Gənc şair Yusif Nazimin “Şou dünya” adlı kitabı çap olunub
27.05.14

Orxan Fikrətoğlu: "Yusif Nazim sağlam ayaq üstədir. Nə yazdığını bilir”

Gənc satirik şair Yusif Nazimin “Şou dünya” adlı şeirlər kitabı çapdan çıxdı.


Kitabda cəmiyyətdəki “gözəlliklərə” güzgü tutan “Super eşşək”, “Qoyun”, “Əziz kreslo”, “Məmişin tribunadan etirafı”, “Şou-biznes”, “Müğənni Mətiş”, “Yaltağın oğluna nəsihəti”, “Əzrayıla təklif”, “Xarakter”, “Milli söyüş”, “Həkim”, “Hacı”, “Din şou”, “Quş”, “Dıbışın təəccübü”  “Xiyar” və s. bu kimi satiraları, sevgi və digər mövzularda yazdığı şeirləri, eləcə də həyata baxış tərzini əks etdirən aforizmləri çap olunub.

Nəzərə çatdıraq ki, Yusif Nazim gənc olsa da onun yaradıcılığı cəmiyyət tərəfindən qəbul olunmuş ədəbiyyat adamlarının da diqqətini çəkir. Bu baxımdan kitabın “Ön söz” müəllifi  yazıçı-dramaturq, telejurnalist Orxan Fikrətoğlunun onun haqda dediyi fikirlər maraqlıdır: "Yusif Nazim sağlam ayaq üstədir. Nə yazdığını bilir. Yusif Nazim ənənədə olan və sabaha dünəni çıxaran bir şairdir. Açın qapıları, o gəlir".

 Qeyd edək ki, Yusif Nazim (Məmmədov Yusif Ağaəhməd oğlu) 1988-ci il oktyabrın 10-da Şamaxı rayonunun Ərəbqədim kəndində anadan olub. 1995-ci il sentyabrın 1-də Qobustan rayon Göydərə kənd 9 illik əsas məktəbin 1-ci sinfinə daxil olub. 2004-cü ildə bu məktəbi bitirərək, təhsilini davam etdirmək üçün Fizika-riyaziyyat və informatika təmayüllü liseyə qəbul edilib və 2006-cı ildə bu liseyin məzunu olub. Bakı Slavyan Universitetinin "Yaradıcılıq", Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin "Mühasibat uçotu və audit" fakültələrini bitirib.

Yaradıcılığa 14-15 yaşlarından başlayan Yusif Nazim, əsasən, satirik mövzuda yazır. 2011-ci ilin may ayında böyük satirik şairimiz Mirzə Ələkbər Sabirin vəfatının 100 illiyinə həsr olunmuş ümumrespublika üzrə "Satira və qəzəl" müsabiqəsinin fəxri diplomuna layiq görülüb. "Şou dünya" gənc şairin ilk kitabıdır. Əldə etmək istəyənlər şəhərmizin kitab mağazalarından maraqlana bilərlər.




Yenililklər
27.11.21
Kənan Hacı - Yazı sənətinin tarixi
24.11.21
Təranə Vahidin “Qarışqa təqvimi” çap olunub
23.11.21
Muni Vitçer - Altıncı Ayın qızı Nina    
23.11.21
İlk dəfə olaraq “Arı” və “Mirat” satirik jurnalları transfoneliterasiya edilərək yeni əlifbada toplu halında nəşr edilib
22.11.21
Cəmşid Cəmşidovun tərcüməsində Muni Vitçerin əsəri çap olundu
22.11.21
Turan Yazqan: Türk dünyasının səsi
17.11.21
“Nizami Gəncəvi sözünün orbitində” kitabının təqdimatı keçirilib
17.11.21
Türkiyənin məşhur şairi Sezai Karakoç vəfat edib
17.11.21
“Nizami Gəncəviyə məktub” beynəlxalq esse müsabiqəsi elan olunur
17.11.21
Elçin Hüseynbəylinin “Vida” romanı çap olunub
17.11.21
BAFTA qısa filmləri Bakıda nümayiş olunacaq
11.11.21
“Nizami Gəncəvinin poetik portreti” kitabı nəşr olunub
11.11.21
“Şərq irsi” adlı Beynəlxalq Müasir İncəsənət Sərgisi açılacaq
08.11.21
Kənan Hacı - Ekspress qatarında eksperimental mozaika
08.11.21
Fəxri Uğurlu - Klassikanı diri saxlamaq
08.11.21
"Şuşa" sənədli filminin təqdimatı olub
08.11.21
4+4: rəqəmsal namə
08.11.21
İsfar Sarabski Parisdə iki gün konsert verib
05.11.21
“Hədəf Nəşləri”nin təsisçisi Şəmil Sadiqin ƏDV ilə bağlı müzakirələrə əlavə və dəyişiklərlə bağlı təklifləri
05.11.21
Kənan Hacı - Yazıçılarımız nəyi bacarmır?
04.11.21
Qələbə ilə bitən ilk roman
04.11.21
Ədəbiyyat İnstitutunda Məhəmməd İqbalın “Seçilmiş əsərləri”nin təqdimatı keçirilib
04.11.21
Azad Qaradərəli - Qara sevda
03.11.21
"Qarabağın qara kitabı" və "Qarabağ - qələbəyə doğru" kitablarının təqdimat mərasimi keçirilib
03.11.21
Kənan Hacının “Hakimə açılan atəş” romanı oxucularıın böyük marağına səbəb olub
02.11.21
“Şuşa, sən azadsan!” və “Biz” filmləri təqdim olunacaq
02.11.21
Rusiyanın Tretyakov Qalereyasında Tahir Salahovun sərgisi açılıb
02.11.21
Şamaxıda Yaradıcılıq Mərkəzi istifadəyə verilib
01.11.21
Altı əsr yaşı olan xalça 5,4 milyon dollara satışa çıxarılacaq
01.11.21
Nizami Kino Mərkəzində “Fulya” sənədli filminin premyerası olub
01.11.21
Zahid Sarıtorpağın İranda kitabı çap olunub
01.11.21
Vidadi Babanlının "Sabaha ismarıc" adlı romanı çap olunub
01.11.21
Poetik diktatura - Firuz Mustafa yazır
26.10.21
Çempion idmançı, istedadlı aktyor və doktorant
25.10.21
Azad Qaradərəli -  Zəngəzur ağacları
24.10.21
I Sumqayıt Kitab Sərgisi keçiriləcək
22.10.21
Kənan Hacı: “Güclü xarakterə malik insan haqqında yazmaq ikiqat çətindir” - Müsahibə
21.10.21
"Cəbrayıl əfsanəsi"nin təqdimat mərasimi olacaq
20.10.21
Türkiyədə təşkil olunan Beynəlxalq Şeir və Ədəbiyyat Festivalında ölkəmiz də təmsil olunur
20.10.21
Təranə Vahid - Yaddaşsız kölgələr
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.