Əli Şirin Şükürlü - May ayından fraqmentlər
30.05.14

şeir-esse

***
heç nə uzun sürmür; nə gözəllik, nə cavanlıq, nə xoşbəxtlik, nə bədbəxtlik.
ömür də elə. hər şey daimidir amma, dəyişmələr şəklində. uşaq idi əvvəlcə.
yox, heç uşaq da deyildi. nə idisə yox idi əvvəlcə, - yəni var idi. sonra doğuldu körpəşəklində. cavan oldu. qoca oldu. oldu, oldu, oldu və öldü. yenə yox oldu,
ya da yenə doğuldu. 
heç nə uzun sürmür. körpə də oldu, cavan da, qoca da.  ya da nə körpə oldu, nə cavan, nə də qoca. xoşbəxt də oldu, bədbəxt də. ya da nə xoşbəxt oldu, nə də bədbəxt. gözəl də oldu, çirkin də. ya da nə gözəl oldu, nə də çirkin. var da oldu, yox da. ya da nə var oldu, nə də yox.


***
hələ dünən dəniz sahilində idim. geri çəkilmişdi dəniz bir neçə addım; bəlkə də çox, bəlkə də az. mən öz arşınımla ölçürəm geriçəkilməni. dənizinsə öz ölçüləri var yəqin. bir qız çöməlib, nəsə cızırdı ləpələrin tərk eləyib uzaqlaşdığı qumluğun üstə. “nə yazırsan belə həvəslə, nə yazırsan, gözəl qız,pozular onsuz da tez-gec yazılanbütün yazılar”. heç nə uzun sürmür, hər şey daimidir amma.
baxıram maraqla həyata vurğun gözəl qızın cızdıqlarına. ləpələr yaxınlaşdıqca indi sevinə-sevinə geri çəkilir qumluğa məzəli rəsmlər cızan o qız. yazdıqlarını həvəslə təslim edir dənizə.  


***
pozulmayan yazılar da var axı, deyəsən. ömrünün son günlərini yaşayan ümidsiz xəstə. eləsini siz də görmüsünüz yəqin. oturub öz ölmünü müşahidə edir səbrlə. sonunu gözləyir bir həyat tarixçəsinin. hər şey son üçün yaranıb sadəcə. “son”a qədər daim darıxır, tələsir yaranan.  bütün tarixlər müxtəlifdi, nəticə eyni. həyat ki var qısametrajlı film. uzun sürmür; yaşam müddəti bir aldanış. istər 50 olsun, istər 150. eyni hissi yaşayar insan; ömür – an – daima keçmişə yuvarlanan. heç nə uzun sürmür, hər şey daimidir amma.
nəhayət. uzanır xəstə asta-asta və son dəfə nəfəs alıb, özü örtür gözlərini və gözlərindəki ümidsizliyi. 


***
həyətimizdəki yaşıllıq heyran edir adamı. otlar çox boy atıb amma, arasında addabudda tikanlı kollar. kolları biçməyin vaxtıdı. elə otları da. yoxsa bir də gördün ilanlar dolaşır otların arasıyla. qarşısını almaq gərəkdi gözəllikdə vurnuxa biləcək təhlükənin. arabir qurban vermək lazımdı gözəlliyi də. heç nə uzun sürmür, hər şey daimidir amma.
necə həvəslə biçir yaşıllığı günəmuzd işləyən cavan mırıqdiş oğlan. ya heyvanlara yem olacaq göz oxşayan yaşıllıq, ya da yığılıb bir tərəfə taya şəklində solacaq itirincə gözəlliyini.  


***
bulaqdan su yığıram balonlara. su – azıb, bəlkə də azdırılıb, - dağlardan süzülüb gələn, itirməyib sərinliyini. hələ hopdurmayıb canına qapalı məkanların istiliyini.
bulaq başındakı yerimi təhvil verirəm başqasına. növbə onundu indi. başqa gözləyənlər də var. gözləyirlər və yaxınlaşırlar bulağa növbə ilə. darıxmayın, tələsməyin də, xanımlar və cənablar: heç nə uzun sürmür, hər şey daimidir amma.
uzaqlaşıram bulaqdan avtomobilin baqajında balonlarda sərin dağ suyu. uzaqlaşdıqca isinir yavaş-yavaş itirsə də azadlığını. 


***
izdihamlı zal. yubiley toplantısında çıxışımdan: “zaman ki var – o ya var, ya da yoxdu. yoxdusa, çox yaxşı, itirər yaşı ifadə eləyən o rəqəmlər mahiyyətini. varsa da, fərq etməz, yan keçir çox sevdiyim bu adamın taleyindən...”
yaranan nə varsa ömür - daşıyar özüylə kiçik, bambalaca bir hissəsini yaradanın. yaradansa bir od misalı, nə qədər paylansa azalmaz.
heç nə uzun sürmür onsuz da, hər şey daimidir amma. doğulsa da, yox olsa da, qayıdış var hər an, qayıdış. tələsər, darıxar. darıxar, tələsər. qayıdar, elə hey qayıdar. gözləyən var axı təbəssümlə.


... – 26.05.2014

Yenililklər
03.08.20
“Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda V beynəlxalq elmi-nəzəri konfrans keçiriləcək
03.08.20
Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri elan olunub
03.08.20
Əziz Mirəhmədovun “Seçilmiş əsərləri” çap olunub
30.07.20
Məşhur amerikalı aktrisa vəfat etdi
30.07.20
İsmayıllıda “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin təməlqoyma mərasimi keçirilib
30.07.20
Qazaxıstanda Xoca Əhməd Yasəvinin məqbərəsi bərpa edilib
30.07.20
“Xəzərin dalğaları” adlı Beynəlxalq Sulu Boya Festivalına 500-dən çox sənət əsəri göndərilib
29.07.20
Çağdaş Monteneqro şeiri - Eşq barədə gecə şeiri və sairə
29.07.20
Rembrandtın avtoportreti rekord məbləğə satılıb
29.07.20
"Azərbaycan ədəbi tənqidi" kitabı dəyərli elmi-nəzəri mənbə və birliyin təcəssümü kimi
29.07.20
Azərbaycan filmi Venesiya Film Festivalında əsas müsabiqəyə seçilib
29.07.20
Qismət Rüstəmovun kitabı Türkiyədə çap olundu
28.07.20
Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi - Vasif Adıgözəlov
28.07.20
Vüsal Bağırlı - Qəribə adam
28.07.20
Çağdaş dövrümüzdə biri-birini təkrarlayan şairlər
27.07.20
XI Bakı Beynəlxalq Qısa Filmlər Festivalına film qəbulu başladı
27.07.20
Qahirə Universitetində Azərbaycan ədəbiyyatı tədqiq olunacaq
24.07.20
Dan Braunun "Cəhənnəm" romanı
24.07.20
Şəhid general-mayor Polad Həşimovun xatirəsinə həsr olunmuş film çəkiləcək
24.07.20
Konstantin Simonov - Evin sənə əzizsə...
23.07.20
Polad iradəli, ay Polad paşam...
23.07.20
Vladimir Korotkeviç - Kitabdaşıyanlar
23.07.20
Azərbaycanın ilk peşəkar qadın rəssamı
23.07.20
Elçin Hüseynbəyli - Bir adamlıq şəhər...
22.07.20
“#ulduzlu nəşrlər” seriyasından növbəti kitab işıq üzü görüb
22.07.20
Mədəniyyət nazirinin birinci müavini Anar Kərimov nazirliyin kollektivinə təqdim edilib
21.07.20
Antuan De Sent-Ekzüperinin "Adamların planeti" əsəri nəşr olunub
21.07.20
"Ulduz"un iyun sayı nəşr olunub
21.07.20
Dünya şöhrətli müğənni soydaşımız Sami Yusufdan Azərbaycana dəstək
21.07.20
Kamal Abdullanın yeddi cildliyinin birinci cildi işıq üzü görüb
20.07.20
Anar Kərimov Mədəniyyət nazirinin birinci müavini təyin olunub, nazir vəzifəsinin icrası ona həvalə olunub
20.07.20
Milli Mətbuat Gününə dəyərli töhfə
20.07.20
Prezident Xalq artistinə ad günündə ev bağışladı
20.07.20
“Türkologiya” jurnalının növbəti nömrəsi çapdan çıxıb
20.07.20
“YARAT” da növbəti müzakirə “Rəqəmsal yuxular”a həsr edilib
20.07.20
“Bakı, Moskva, Varşava” adlı kitaba resenziya üçün müsabiqə elan edilib
16.07.20
Qarabağ müharibəsi ilə bağlı yeni film
16.07.20
Fəxri Müslüm -  Mənim, Ay-ulduzlu, Azərbaycan əsgərim
16.07.20
Mərhum şairin kitabı işıq üzü görüb
16.07.20
"Cəlil Məmmədquluzadə yaradıcılığında etnoqrafiya məsələləri" nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.