"Qanun" nəşriyyatında yeni kitablar çap olunub

30.05.14

Məhəmməd Əmin Rəsulzadə -  ƏSƏRLƏRİ V cild


Kitab Cümhuriyyət günü münasibətilə nəşr olunub.

Kitabı araşdırıb toplayan, ərəb əlifbasından latın əlifbasına çevirən, ön sözün müəllifi, lüğətin tərtibçisi Professor Şirməmməd Hüseynovdur.

Kitab "Qanun" Nəşriyyatı hesabına nəşr olunub

Neçə min illik dövlətçilik tarixi və ənənəsi olan Azərbaycanda ilk dəfə “Azərbaycan” adlı müstəqil, demokratik Xalq Cumhuriyyəti dövlətinin banisi, istiqlal hərtəkatının bayraqdarı, “Müsavat” partiyasının lideri və ideoloqu M.Ə.Rəsulzadənin əsərlərinin V cildinə onun 1918-ci il fevral-1920-ci il aprel aylarında mətbuatda və rəsmi sənədlərdə dərc edilmiş 100-dən artıq əsəri daxil edilmişdir.
Tariximizin bu mötəbər dövrünün həm böyük yaradıcı memarı və həm də istedadlı tarixçisi olan M.Ə.Rəsulzadənin zəngin irsinin tədqiqi, öyrənilməsi və təbliğində bu əsərlər ən qiymətli mənbələrdən sayıla bilər.

Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi: Samir Xalidoğlu (Mirzəyev)
Bakı, Qanun Nəşriyyatı 2014, 564 səh.




Məhəmmədhüseyn Şəhriyar - HEYDƏRBABAYA SALAM


“Heydərbabaya salam” poeması təkcə Azərbaycan şerinin deyil, bəlkə də dünya ədəbiyyatı xəzinəsinin nadir incilərindəndir. İran ədəbiyyatşünasları həmin poemanı Şəhriyarın və eləcə də İran ədəbiyyatının dəyərli bir sənət nümunəsi kimi qiymətləndirirlər. Əsər İran, Azərbaycan, Türkiyə və İraqda dəfələrlə çap olunmuş, oxucular tərəfindən böyük rəğbət və məhəbbətlə qarşılanmışdır.

Bakı, Qanun Nəşriyyatı, 2014,  36 səh., 1000 tiraj
© Qanun Nəşriyyatı, 2014
© “Azərbaycan Ensiklopediyası” Nəşriyyatı, 1993








ARTUR KONAN DOYL - AL-QIRMIZI ETÜD


...Boş mənzildə meyit tapılır. Bu, Amerika vətən- daşı İnok Drebberin meyitidir. Məşhur xəfiyyə-məs- ləhətçi Şerlok Holms öz "həmkarları" polismenlər Lestreyd və Qreqsona nisbətən bu ölüm hadisəsi- nin səbəbini tez aşkar edir və belə qənaətə gəlir ki, İnok Drebberin ölümünə səbəb - zəhərdir. Meyitin cibindən "C.H. Avropadadır" teleqramı, cinayət baş vermiş yerdə isə nişan üzüyü tapılmışdı. Divarda qanla "RACHE" (almanca "qisas" deməkdir) müra- ciət həkk olunmuşdu. Eyni zamanda, mehmanxana nömrəsində İnok Drebberin katibi Cozef Stancerso- mın bıçaqla qətlə yetirilmiş meyiti və iki həb aşkar olunur. Şerlok Holmsun tədqiqatı nəticəsində məlum olur ki, həblərdən biri zərərsiz, ikincisi isə zəhərlidir.
Sonra məlum olur ki, "Al qırmızı etüd" romanın- dakı bütün həyəcanlı, cəlbedici, kriminal hadisələrin kökünü 30 il əvvəldən axtarmaq lazımdır.

Qanun Nəşriyyatı, Bakı, AZ 1102, Tbilisi pros., 76
Qanun Nəşriyyatı, 2014180 səh. 1000 tiraj
Ruscadan tərcümə:      Samir Bulut
Redaktor:                      Rövşən Ağayev

Yenililklər
02.12.21
“Məhəmməd İqbal: Eşq və düşüncə şairi” kitabı nəşr olunub
02.12.21
“Vərqa və Gülşa” miniatür əlyazmasında yer alan illüstrasiyaların nəşr edildiyi kitabın təqdimatı olub
02.12.21
Bölgələrə kitabla gəlirik! – Şəmil Sadiqin yazısı…
01.12.21
“Aşıq sənətinin Ələsgər zirvəsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
27.11.21
Kənan Hacı - Yazı sənətinin tarixi
24.11.21
Təranə Vahidin “Qarışqa təqvimi” çap olunub
23.11.21
Muni Vitçer - Altıncı Ayın qızı Nina    
23.11.21
İlk dəfə olaraq “Arı” və “Mirat” satirik jurnalları transfoneliterasiya edilərək yeni əlifbada toplu halında nəşr edilib
22.11.21
Cəmşid Cəmşidovun tərcüməsində Muni Vitçerin əsəri çap olundu
22.11.21
Turan Yazqan: Türk dünyasının səsi
17.11.21
“Nizami Gəncəvi sözünün orbitində” kitabının təqdimatı keçirilib
17.11.21
Türkiyənin məşhur şairi Sezai Karakoç vəfat edib
17.11.21
“Nizami Gəncəviyə məktub” beynəlxalq esse müsabiqəsi elan olunur
17.11.21
Elçin Hüseynbəylinin “Vida” romanı çap olunub
17.11.21
BAFTA qısa filmləri Bakıda nümayiş olunacaq
11.11.21
“Nizami Gəncəvinin poetik portreti” kitabı nəşr olunub
11.11.21
“Şərq irsi” adlı Beynəlxalq Müasir İncəsənət Sərgisi açılacaq
08.11.21
Kənan Hacı - Ekspress qatarında eksperimental mozaika
08.11.21
Fəxri Uğurlu - Klassikanı diri saxlamaq
08.11.21
"Şuşa" sənədli filminin təqdimatı olub
08.11.21
4+4: rəqəmsal namə
08.11.21
İsfar Sarabski Parisdə iki gün konsert verib
05.11.21
“Hədəf Nəşləri”nin təsisçisi Şəmil Sadiqin ƏDV ilə bağlı müzakirələrə əlavə və dəyişiklərlə bağlı təklifləri
05.11.21
Kənan Hacı - Yazıçılarımız nəyi bacarmır?
04.11.21
Qələbə ilə bitən ilk roman
04.11.21
Ədəbiyyat İnstitutunda Məhəmməd İqbalın “Seçilmiş əsərləri”nin təqdimatı keçirilib
04.11.21
Azad Qaradərəli - Qara sevda
03.11.21
"Qarabağın qara kitabı" və "Qarabağ - qələbəyə doğru" kitablarının təqdimat mərasimi keçirilib
03.11.21
Kənan Hacının “Hakimə açılan atəş” romanı oxucularıın böyük marağına səbəb olub
02.11.21
“Şuşa, sən azadsan!” və “Biz” filmləri təqdim olunacaq
02.11.21
Rusiyanın Tretyakov Qalereyasında Tahir Salahovun sərgisi açılıb
02.11.21
Şamaxıda Yaradıcılıq Mərkəzi istifadəyə verilib
01.11.21
Altı əsr yaşı olan xalça 5,4 milyon dollara satışa çıxarılacaq
01.11.21
Nizami Kino Mərkəzində “Fulya” sənədli filminin premyerası olub
01.11.21
Zahid Sarıtorpağın İranda kitabı çap olunub
01.11.21
Vidadi Babanlının "Sabaha ismarıc" adlı romanı çap olunub
01.11.21
Poetik diktatura - Firuz Mustafa yazır
26.10.21
Çempion idmançı, istedadlı aktyor və doktorant
25.10.21
Azad Qaradərəli -  Zəngəzur ağacları
24.10.21
I Sumqayıt Kitab Sərgisi keçiriləcək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.