Nuranə Nur - “Oğru” elə bağırdı ki...
30.05.14

Mübariz Örənin hekayələri haqqında


Mübariz Örənin hekayələrini onu tanıyandan sonra oxumuşam. Nədənsə bu adamın forması  məndə heç cür yazıçı təsuratı yaratmırdı deyə hər dəfə onu oxumağı, türklər demiş “ertələyirdim”. Sonradan çox yanılmadığımı da anladım, sən demə Mübariz Rusiyada neft mühəndisi və sahibkar kimi çalışıbmış. Amma hekayələrini oxuyandan sonra, mənə elə gəldi ki,  bütün yaxşı  hekayə yazanlar Mübariz formada olmalıdır.


Bildiyim qədər cəmi 6 hekayəsi var. Düzü bunu da elə bu yaxınlarda bilmişəm. Mən də guya bütün hekayələrini oxumamış nəsə yazmağa tələsmirdim hələ. Bu il, “Ədəbi Azadlıq -2014”  müsabiqəsində onluğa düşmüş “Oğru “ hekayəsini oxuyandan sonra münasibət  bildirmək istədim. Bir məsəl var deyərlər “Oğru “ elə bağırdı ki....

Başlangıc kimi bu məqamları verməyim,  əslində yazının quruluşuna müəyyən forma verməyə yönəlir. Mübarizin mətnlərindən fərqli olaraq,  qavramanın klassik konsepsiyasına uyğun olan bu yazının oxucusunu və müəllifi nə dərəcədə maraqlandıracağı da  hələ mənim üçün bəlli deyil.


Mübarizin “Oğru”sunun üzərində düz bir ay işləməsi və onu müsabiqəyə hazırlaması mənə maraqlı gəldi. Amma digər hekayəsinin “Balıq gülüşü”nün  hazırca mətn kimi başında tapması hissi  isə onun həyat hadisələrinə kommunaktiv yanaşması ilə əlaqədar olduğu haqqında düşüncə yaratdı məndə. İndiyə kimi oxuduğum hekayələrdən fərqli olaraq, bu hekayədə sanki  mətn oxucunu yox, oxucu mətni qeyri -adi  təhtəlşüur  vasitəsilə idarə edirdi. Bu kimi mətnlərin oxunub anlaşılması üçün yeni oxucu təcrübəsi  tələb olunur. Və bu  mətnləri anlamağın yeni strategiyası - məkan, zaman və hətta  qəhrəman anlayışının məlum olmayan tərəflərinə yiyələnə bilməkdir. Təkcə oxuda iştirak etməmək, həm də ona yiyələnmək bacarığına sahib olmaqdı. Bu uyğunluq təxminən zaman və məkanı itirmiş adamın öz içində gəzişməsinə də bənzəyir. Amma bu adamın içi özündə başlayıb özündə bitməməlidir.


Mübarizin hekayələrində hadisələrin dolaşıq forma alması və mistikaya meyllillik hekayəni gecə saatlarında oxusan belə, oxucunu yuxulamağa qoymur. Amma mətnə dalmaq, o yuxuya getməkdən də dərin yuxu kimidir. Fərqli  duyumu, poetik qavrayışı oxucuya bəzən gözlədiyindən artıq effekti verir. Cilalanmış dil epizodları əhvalatların mənalanmasında, təsvir elementlərinin kombinasiyalarında mühüm yer tutur. Bəzən onun təsvirləri hallünasiyaya qədər aparıb çıxarır. Hadisə, əhvalatçılıq,  maraqlı təhkiyə, obrazların psixoloji əsarətinə salmaq bu hekayələrin əsas qayələridir. Nəsrin ən kiçik formasında, həyatın hər hansı lokallaşmış bir parçasını bədii reallıqla təqdim etmək bacarağına yiyələnmək yazıçının məharətidir. Əsas odur ki, onun təqdim etdiyi əhvalatlar yorucu deyil. Dili maraqlı ifadələr və şivələrlə zəngindir. Bir sözlə şirəli dildir. Müasir ədəbi kriteriya hesab olunan bu dil, oxucunun dostu, sanki tay-tuşudur. Mübariz post- modern ədəbiyyata iddialı biridir. Belə ki,  post-modern ədəbiyyat özündə “texniki post–modernizm” deyilən bir xüsusiyyəti daşıyır ki, bu da əsərin strukturasında klassik əsər yazma ənənəsinin dekonstruksiyasıdır. Bu qənaəti isə dildən və dialektlərdən uğurla istifadə  olunması yaradır.


Digərləri kimi “Oğru” hekayəsində də müəllif cəmiyyət problemi kodeksində məişət təsvirlərini,  elə hekayənin ilk cümlələrindən  özünəməxsus təhkiyəsi ilə oxucusuna nəql edir. Əslində oxucusunu təsiri altına salır. Mistik düşündürücü əhvalatın qurulması ilə başlayan hekayə sona qədər müammalı gedişatla davam edir. Necə deyərlər mətn boyu sən görünməyən  kəndə bələdçilik  etməlisən. İlk baxışdan elə bilirsən  ki, mətnə “ürcah “ olmusan. Sonra mətn öz oxucusunu önə çəkir və arxasına düşüb sona qədər “ötürür”.


Hekayədən bir hissə: Bu sarsaq yuxu da bir tərəfdən. Dükanın pəncərəsindən asıla qalmış adamın da boğazı üzülmüşdü. “Sənin bu gününə dözə bilmədim, Saşa!” - belə dedi Babuşka! Hə, belə dedi. Boğazından sallalı qalmış adamı göstərib dedi! Kipbağlayan qoşqunun bıçağı mıxlanmışdı pəncərəyə barmaqlıq əvəzi və... dəmirin iti ucu batıb hulqumunu qırmışdı yazığın. “Sənin bu gününə dözə bilmədim, Saşa!” Sinəsi şiddətlə qalxıb enməyə başladı; şübhələri get-gedə gerçəyə çevrilirdi; pəncərədən sallalı qalmış adamı özünə oxşadırdı,- arıq, çəlimsiz... əynində də sırıqlısı... “Göyərçinlərin qarğışı tutub bu nəsli, hamısının boynu qırılıb ölür”.


Hekayə bu kimi “sayıqlama”larla oxucunu diksindirir. Əsərdə baş qəhrəman Saşa –yəni Savalan , ömür boyu atasının etdiyi məzəli oğurluq xatirələrinə görə xəcalət çəkir. Hətta başına gələnlərin və gələcəklərin, elə məhs o üzdən olacağına inanırdı. Bu sarsıntı onu bir tərəfdən də elə həmin yola sürükləyirdi. Hadisələrdə iştirakını özü idarə edə bilmir deyə, qəribə stuasiyalarda aciz qalıb, hər dəfə həyatdan ayılır sanki. Hər ayıldığında, özünü daha dərin yuxuda (həyatda)  hiss etdiyindən, baş verənləri yozmağa çətinlik çəkir. Bu qarmaqarışıqlıq içində hələ aydınlaşmamış çox  məqamlar qəhrəmanın özünə də qaranlıq qalır. Bu baxımdan əsər psixoloji gerçəkliyi həyatla  uzlaşmayan maraqlı düşüncə tərzi ilə oxucusunu bilavasitə ayıq saxlayır. Düzgün qurulmuş sujet xətti mətni mənasız ritorikadan və quru sözçülükdən qoruyur. Lakin əsər öz növbəsidə güzəştsiz təhlilə də imkan verir. İstənilən əsərə münasibət birmənalı olarsa, o əsər oxucusuna uduzar. İstənilən maraqlı halda əsərin yaddaşında inandırıcı dəlillər olmalıdır. Nöqsanlardan biri, bəlkə daha əsaslısı ondan ibarətdir ki, əsərin məqsəd və qayəsi olan səhnələr və təsvirlər çox ötərgi verilib və oxucu dərin  bir psixoloji duruma düşməyə hazır anda dolğun təsəvvür itir. Və qəhrəman düşdüyü stuasiyadan mübarizə aparmamış  “qurtulur”. Mübariz adlı bir yazarın əsərlərində mübarizə meydanının geniş olması gərək. Bir şəxsi iradım da var, mənə elə gəlir ki, Mübariz bəy hekayə yazanda qadın oxucularını az düşünür. Aylarla üzərində işləmiş olduğu bu  hekayədə (hekayənin sonuna yaxın) işlədilmiş adi bir söz  hekayənin bütün estetik tamlığını darmadağın edir. Müəllif əvvəlcədən bu epizoda hazırlıqsız (çünki bu hazırlıq əsərdə yoxdur)  olan bir həssas qadın oxucunu itirə bilər. Halbuki o söz hekayəyə heç bir yenilik və ya qeyri  adilik gətirmirdi. Mən mətndə yeri gəlmiş anda  işlənən və dialoqlar zamanı obrazların  dilindən işlədilən  sözlərdə bu qüsuru görmürəm. Amma müəllifin bu cür bacarağı qarşısında bir mənasiz sözün əlində qalmasını qınayıram. Çünki, bu və eləcə də digər hekayələri çox  zəngin metafora və bənzətmələrlə tam bir  bədii  nümunədir.


Mubariz Örənin üslubundakı xüsusiyyətlər onun yaradıcılığı ilə daxili aləmi arasında  uyğunlaşdırma cəhdləridir. Bu cəhdlərdə onun nə dərəcədə müvəffəq olması zamanın işidir.  Zamanın bir parçasına aid olan  biz isə, ona bu işdə Mübariz Örənə daimi  müvəffəqiyyət arzulayırıq.

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.