Dostoyevskinin məktubları
02.06.14

Rus dilindən tərcümə edən: Günel Eyvazlı


Aleksandr Yeqoroviçə məktub


Çox hörmətli və köhnə dostum Aleksandr Yeqoroviç!

Mən uzunmüddətli susqunluğuma görə qarşınızda günahkaram. Əslində, bu hiss, günahsız günahkarlıq hissidir. Doğrusu, mənim üçün, sizə aydın olsun deyə, təsərrüfatları açıqlamaq, məktubunuzu uzun müddətdir cavabsız qoymağımın səbəblərini izah etmək çətin olacaq. Çünki səbəblərim çoxşahəli və qəlizdir.

Bildirim ki, hal-hazırda gördüyüm işin üzərində, sürgündə olduğu kimi oturmuşam. Sürgün olunmağıma səbəb əsərimdir –  “Ruskiy vestnik” dərgisində dərc olunan roman. Altı hissəli böyük bir iş.

Noyabrın sonlarında hər şey yazılmış və hazır idi. Yazdıqlarımın hamısını yandırdım. Doğrusu, bəyənməmişdim. Bunu etiraf etməliyəm. Yeni forma və plan məni daha çox maraqlandırdı. O səbəbdən də hər şeyi yenidən yazmağa başladım. Səhərdən-axşamadək işləməyimə baxmayaraq, yenə də azdır. Çünki mən, hər ay “Russkiy vestnik” dərgisinə altı səhifəlik yazı təhvil verməliyəm. Ruhi azadlığım olsaydı, bəlkə də bu mümkün olardı.

Roman ilham işidir. Yazılması üçün dinc ruh və təxəyyül tələb edir. Mən isə sıxıntılar və məhrumiyyətlər  içində boğuluram. Demək olar ki, hər gün borca görə qapımı döyənlər məni həbslə hədələyirlər. Onlarla məsələni həll edə bilməmişəm. İnanmıram ki, tam həll edə bilim. Doğrudur, onların bəziləri yolagələndir və mən onlarla dil tapmağı bacarmışam. Məsələn, bəzilərini borcu beş il müddətində verəcəyimə razılaşdırmışam. Amma, bəziləri ilə problemin necə olacağı hələ də açıq qalır. Və düzəlmir.

Belə hadisələr insanı ruhdan salır. Əl-qolunu bağlayır. Bəzən isə dözülməz həddə çatır. Çox yaxın bir dostumun məktubuna cavab verməməyimin səbəblərindən biri də budur.

Üstəlik xəstəliklər. Xaricdə olduğum beş ay müddətində onu görmədiyimə görə ruh düşkünlüyünə qapılmışdır. Depressiya məni əldən salırdı. Hələ mübtəla olduğum digər xəstəliyi, babasili demirəm. Yəqin siz bu dəhşətli xəstəliyin ağırlığından və fəsadlarından xəbərsizsiniz. Artıq üç ildir ki, xəstəlikdən əziyyət çəkirəm. Bu yaxınlarda yenə də ağırlaşmışdım və 15 gün yatağa məhkum oldum. Bu müddət ərzində əlimə qələm də ala bilmədim. İndi isə, yerdə qalan 15 gün ərzində, beş səhifəlik yazını yazıb yekunlaşdırmalıyam. Son üç gündür özümü hələ ki, gümrah hiss edirəm. Üzücü epilepsiyadan və yataqdan xilas olmuşam.

Sizə problemlərdən yazıb, amma, ailənin çətinliklərindən, mərhum qardaşımın saysız-hesabsız işlərindən, bağlanmış dərgilərimizdən söz açmadım.

Qeyd edim ki, son vaxtlar səbirsiz və əsəbi olmuşam. Özümdən tez çıxıram. Xasiyyətim dözülməz olub. Bilmirəm bütün bunlar məni hara aparacaq.

Bütün qışı heç yerə getməmiş və heç kimi görməmişəm. Yalnız bir dəfə “Roqnedlər”in açılış mərasimində teatrda iştirak etmişəm. Əgər məni həbsə atmasalar, bu cür həyat tərzim romanım bitənə qədər davam edəcək.

İndi isə məktubda qeyd etdiyiniz məqamlara cavab vermək istəyirəm. Yazıb sual edirsiniz ki, dövlətə məxsus idarə ilə əməkdaşlıq etsəm yaxşı olmazmı? İnanmıram. Doğrusunu deyim, pulun və gəlirin çox olduğu yerlər mənə daha çox sərf edir. Ədəbiyyatda elə bir imzam və dəsti-xəttim var ki, borclarım olmasa, halal çörəyimi həmişə qazana bilərəm.

Yeri gəlmişkən, sizə son dövrlərdə gördüyüm ədəbi işlərdən danışmaq istəyirəm. Bunları nəql etdikdən sonra, sizin üçün hər şey aydınlaşacaq.

İş elə gətirdi ki, mən Katkova “Sovrimennik” dərgisində, ən aşağı qiymətə əməkdaşlıq etməyim istəyim haqqında təklif irəli sürdüm. Onlar bu təklifələ razılaşıblar. Sonra mənə etibarlı mənbələrdən gələn məlumatlara görə aydın oldu ki, bu dərgidə son illər ədəbiyyat nümunələri getmədiyindən, hal-hazırda belə yazılara böyük ehtiyac var. Həm də aydın oldu ki, Turgenev daha bu dərgi ilə əməkdaşlıq etmir, Lev Tolstoylasa mübahisə yaranıb. Məhz belə bir şəraitdə mən onların karına gəlmişəm. İşlərinə yaramışam. Amma, onlar vəziyyətə hiyləgərcəsinə yanaşdılar. Roman onların jurnalı üçün çox böyük idi və dərgidə yayımlanmasında hər səhifəyə ödənilməli olan 125 rubl isə büdcələrinə uyğun deyildi. Onların bütün cəhdləri, qiyməti aşağı salmaqdan ibarət idi. Bu məqsədlə, danışıq aparmaq üçün, Moskvaya gəlməyimi istəyirdilər. Mənim isə məqsədim belədir: əgər Allah kömək edərsə, möhtəşəm alınacaq romanımın 3 hissəsini dəyişmədən dərc olumasına çalışacam. Əslində, bununla mən oxucuların reaksiyasını öyrənmək istəyirəm. Yaranmış mənzərənin effektini müəyyənləşdirmək istəyirəm. Düşünürəm ki, romanı oxucu qazana bilsə və bəyəniləsə, nəşriyyat qiyməti nəinki aşağı salar, əksinə bir az da qiyməti artırar. Onlar belə etsələr, bu onlar tərəfindən müqəddəs bir addım olacaq.

Həyatıma korluq verib, əlimi sıxıb kasıb həyatı yaşayıram. Məhrumiyyətlərə, ehtiyaclara qarşı dözüm nümayiş etdirirəm. Hər halda qonararı öncə almaq istəmirəm. Məqsədim də budur. Çünki, öncə pulu alsam həm ruhən, həm də fikrən azad olmayacağam və dərginin asılılığına düşəcəyəm. Bunu isə heç istəmirəm.

İki həftə bundan qabaq romanımın birinci hissəsi “Cinayət və cəza” başlığı ilə, “Ruskiy vestnik” dərgisinin yanvar sayında yayımlandı. Mən artıq romanın, insanları heyrətləndirməsi barədə fikirlər eşitmişəm. Roman hamını heyrətə salacaq və hamı üçün yeni olan məqamlar çoxdur. Təəssüf edirəm ki, romandan bu qədər danışdığım halda, onu sizə göndərə bilmirəm.

İndi dinləyin: güman edin ki, mən romanı möhtəşəm bir sonluqla bitirəcəyəm. Gözlədiyim kimi. Bu il onu ikinci dəfə nəşrə verib, əlimə iki min, üç min məbləğində pul alacağam. İnanın, bu məbləği dövlət orqanlarından heç biri mənə verə bilməz. Amma, əsl dərd onda olacaq ki, mən romanımı düşündüyüm kimi bitirə bilməyəcəyəm. Onu korlayacağam. Son vaxtlar belə olacağını daha çox hiss edirəm. Borclara görə həbsə atılsam bu elə belə də olacaq. Arzularım puç olacaq.

Özüm haqqında həddindən çox danışdım. Bunu eqoizm kimi qiymətləndirməyin. Bu, öz küncündə yerində susan insanlara aid bir xüsusiyyətdir. Həm də çox dəhşətlidir.

Həyat yoldaşınıza, mənim dərin hörmətimi və səmimi salamlarımı yetirin, lütfən. Ən başlıcası isə ona can sağlığı arzulayıram.

Əziz dostum, Siz ailənizdə xoşbəxtsiniz. Tale isə, insanın yeganə xoşbəxt olacağı yeri – ailəni məndən əsirgəyib.

Atanızın sizə təklifi və sizin ondan imtinanız haqqında da məktubda qeyd etmişdiniz. Bəlli işlərimin çoxluğundan qorxuram sizə məsləhət verə bilməyim. Amma, bir şeyi unutmayın. Axır sözünüzü əvvəldən deməyin. Qərarınızı isə yaya saxlayın. Düşünürəm ki, yayda Peterburqa gələcəyəm. Qismət olsa görüşərik.

Ümumiyyətlə, mən çox sevinirəm ki, siz daxilən, ruhən xalqa bağlı bir insansınız. Sizinlə müxtəlif mövzularda həmsöhbət olmaq mənim üçün xoşdur. Doğrudur, bəzən fərqli fikirlər səsləndirirsiniz və mən sizinlə razılaşmıram. Hər halda düşünürəm ki, bunların hamısı vətəndən kənar, xaricdə yaşamağınızla və xarici mətbuatı izləməyinizlə əlaqədardır. Xarici mətbuatda Rusiya ilə bağlı məsələlərdə çox ifrata varırlar. Xəbərləri şişirirlər. Şəxsən özüm də, xaricdə olan zaman bunları müşahidə etmişəm. İstəsək də, istəməsək də bunlar düşüncələrimizə təsir edir. Bir çox məqamlarda isə  sizinlə tamamilə razıyam.

Qeyd edim ki, sizin məndə qalmış əşyalarınız olduğu kimi komoddadır. Bir də sizə borcum var. Bir az gözləyin, mən bu borcu mütləq qaytaracağam. Bilsəniz ki, burada hələ nə qədər adam məndən borclarımı ödəyəcəyimi gözləyir.

Romanımın bitirdikdən sonra nə edəcəyimi bilmirəm. İnanıram ki, ədəbi imzam tam tanınandan sonra, payıza dönəndə yeni nəsə yazmağa başlayım. Planlarım çoxdur, amma, ağılla hərəkət etməliyəm. 

Hələlik sağ olun çox hörmətli dostum. Ümid edirəm ki, növbəti məktubda bir-birimizə daha xoş xəbərlər göndərəcəyik. Balacalarınızı da yerimə öpün.

Hörmətlə, Sizin F.Dostoyevski

***

P.A.İsayevə məktub


Çox hörmətli Pavel Aleksandroviç!


Mən məktub vasitəsilə sənə, məndən xahiş etdiyin 30 rublu göndərirəm. Məktubda xəstəliyin barədə yazmısan. Ümid edirəm indiyə sağalmısan. Yeni il münasibətilə sənə yalnız və yalnız xoşbəxtlik, can sağlığı arzulayıram.

Məktubda yazırsan ki, iki dəfə mənə məktub yollamısan. Qeyd edim ki, məktubların heç biri mənə gəlib çatmayıb. Hətta özüm də məəttəl qalmışam. Bütün məktublar zamanında mənə yetişdiyi halda, niyə məhz sənin məktubun gəlməsin?

Bütün bunlarla bərabər demək istəyirəm ki, sonuncu pulumu sənə yollayıram. Hal-hazırda əlimdə bir qəpiyim də yoxdur. Göndərdiyim pulu da, yazıq balalarımın boğazından kəsirəm.
Moskvada, sənə yardım etməməyim haqqında, səninlə qəti maraqlanmamağım haqqında şayiələr yayılıb.

Məgər mən sənə yardım etmirəmmi? Sənə çalışmaq üçün yerləri tövsiyə etmirəmmi? Əgər uğur qazana bilmirsənsə, bu artıq mənim günahım deyil. Sən işlərin öhdəsindən gələ bilmirsən.

Anan dünyasını dəyişməmişdən öncə, “Paaşanı tək buraxma” deyə vəsiyyət etmişdi. Mən bu sözə günü bu günə qədər əməl edirəm və heç vaxt səni tək buraxmamışam. Amma, nəzərə al ki, sənin artıq 30 yaşın var və həyatında baş verən uğursuzluğa görə mən günahkar deyiləm.

Mənə elə gəlir ki, sənin həyatında nəsə qeyri-adi şeylər baş verir. Pul istəyəndə səsin gəlir, sonra isə yenə də səndən soraq almaq mümkün olmur.

Əgər məktubunda, hörmətli həyat yoldaşıma öz sayğılarını göndərməyi unutmusansa, barı övladlarıma öpüş yollayardın. Onlar bu dəqiqə yataq xəstəsidirlər. Fedya isə bir həftədir ki, ölümlə əlləşir. Nə isə, hələlik.

Səmimiyyət və hörmətlə F.Dostoyevski



Ədəbiyyat qəzeti

Yenililklər
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.