Qalib Şəfahət - "Tələ"nin tələsi
02.06.14

Son vaxtlar oxuduğum kitablar arasında Eyvaz Zeynalovun “Qanun” nəşriyyatında çapdan çıxmış “Tələ” romanı da var. Adətən oxuyub qurtardığım kitab xoşuma gələndə, məndə xoş hisslər oyadanda onları kiminləsə bölüşmək ehtiyacı duyuram. Yenə belə oldu. Bu yazı həmin ehtiyacdan doğdu.

Düzünü deyim, qabaqlar nə gəldi oxusam da, indi hər kitaba pul vermir, alıb oxumuram. Vaxt az, kitablar isə çoxdu. Hamısı da adamı sevindirmir. Ona görə seçim etməyə məcbursan. Eyvaz müəllimin kitabını görən kimi, fikirləşmədən aldım. Çünki bundan əvvəl onun bir sıra hekayələri ilə internetdən tanışdım. Həmçinin “Bələdçi” və “Qisas” romanlarını alıb oxumuşdum. Həmin əsərlərlə bağlı xoş təəssüratlarım vardı.

“Tələ” romanında, ümumiyyətlə, bu müəllifin əsərlərində məni ən çox cəlb edən, çəkən cəhətlər hansılardı?

İlk növbədə, dilinin rəvanlığı, səlistliyi, gözəlliyi. Eyvaz müəllim sözə qayğı və hörmətlə yanaşır, onun üzərində səbrlə, dözümlə çalışır. Bu əsərləri oxuyarkən dilimizi bəyənməyən, onun kasadlığından, söz ehtiyatının azlığından, bu dildə fikirlərini ifadə etməyə çətinlik çəkdiklərindən gileylənənlərə inanmırsan. Dilimizin bostanına daş atanlara, sadəcə, bu dili Eyvaz müəllim kimi sevməyi onun əsərlərini oxumağı məsləhət görərdim. Arxayın olun, onlar sizi yormayacaq, dilimizi sizə bir daha sevdirəcək, zövq verəcək.

     Keçək əsas romanın məzmununa. Burda belə başa düşdüm ki, yazıcı əsər xatirinə roman yazmayıb, sənət baxımından ona yanaşıb.

     Bu roman nakam  bir eşq hekayəsidir. Əsərin əsas qəhrəmanları İlham və Dilarədir.

    Döyüşdə iştirak etdiyinə görə  onu dərindən tanımayanların yanında lovğa-lovğa danışan İlham müharibədə cətinliyə dözməyib ayağından özünü yaralayaraq, kəndə evlərinə qayıdır.  Çətin güzaran onu şəhərə iş axtarmağa məcbur edir. Satıçı işinə düzəlir. Burda Dilarə ilə tanış olur və bir-birini sevirlər. Dilarənin rəfiqəsi Saranın da İlhamdan xoşu gəlir, onların arasını vurmağa çalışır. Tələ qurur və buna nail  olur. İlham Dilarədən ayrılmaq istəməsə də Sara maddi imkanları ilə onu özünə  tabe etdirir.

     Bu romanı oxuyanda bir fikir başımda fırlandı.Uşaq vaxtı eşidirdim, el arasında belə bir fikir dolaşırdi,ən cox da dedi-qodu gəzdirən kənd arvadlarının dilindən eşidirdim:
     -Filankəs çox bilmişdi. Necə əməl etdisə, filankəsin qızının ailəsini dağıtdı.  Burda mövhümatcılıq, xurafatcılıq üstünlük təşkil edirdi.

     Burda bunları yazmaqda məqsədim başqadır. Əsərdə mövhümatçılıqla deyil, Saranın yüksək bacarığ və qabiliyyəti hesabına  bunlara nail olub. Yazıçı bunları obrazların dili ilə ustalıqla təsvir edib.

     Yazıçı mövhümatçılığı, xurafatcılığı  da bədii boyalarla, obrazların dili ilə tənqid  atəşınə tutur.
    Yazıcı burda iki sevənlərin  əmələ necə tuş gəlməsini, belə desək,  necə tələyə düşməsini bədii boyalarla əks etdirir. İlhamla Dilarə bir- birini məhəbbətlə sevir, lakin öz  eşqlərini qoruya bilmirlər. Bu da onların həyatınin  faciə ilə nəticələnməsinə səbəb olur. Söz yox tələ quran Sara da bu tələdən qurtula bilmir.

    Burda tələ quran Saradır. Lakin cəmiyyətin özü də başdan-ayağa bir tələdir. Istənilən adam asanlıqla bu tələyə düşür və bu eybəcərliyin qurbanı olur.
    Yazıçı ticarətdə insanların pul əldə etmək naminə bir-birlərinə necə kələk gəlmələrini bədii boyalarla incə detalına kimi vermişdir. Üzdə ticarətdi. Hamı elə bilir ki, pul qazanmaq naminə biznes qurur. Alt qatı bataqlıqdır, bataqlığın içində tələ. Hamı o bataqlığın içindədir. O bataqlıqda insanlıq məhv olur. Insanlar mənəviyyatsızlaşdırılır.

    Mənəviyyatsızlaşdırılmışlar məqsədlərə asanlıqla qulluq göstərir və o bataqlıqda məhv olurlar.
    Eyvaz müəllimin  bu əsərində də xüsusi peşəkarlıq özünü göstərir. Başqalarından  fərqli olaraq hadisələr  və əhvalatlar  quru və cansız formada verilmir. Yazıcı  maraqlı təhkiyə yolu ilə oxucuyla  təmas qura bilir. Bu da əsərin sanballı ədəbiyyat nümunəsi kimi genış oxucu rəğbəti qazanmasına səbəb olur.Eyni zamanda obrazların psixologiyasının, iç aləminin daha çox təsvirinə xüsusi önəm verib. Əsərdə hadisə də  var, obrazların psixologiyasının sadə dillə oxucuya çatdırılması da.

    Burda əsas, əsərin dilinin mükəmməlliyi, hadisələrin təhkiyə yolu ilə çatdırılması, obrazların psixologiyasının, iç aləminin özünəməxsus şəkildə qabardılması əsərin sanballığının ən mübariz təzahürüdür.

     Bu, mənim oxucu mülahizələrimdir. Yazıçıya yeni-yeni yaradıcılıq uğurları arzulayıram!


Avanqard.net

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.