Əfsanə Səxavət Sahilin “İsanın qadını" romanını tənqid edir
03.06.14

Mətiş və Hidiş

İlk dəfədir bu biçimdə roman oxuyuram. Qulağım heç bu qədər söyüş eşitməsə də  gözüm görüb oxudu. Təbii ki, müəllifi bu söyüşlərə görə qınamaq fikrim yoxdur. Mətiş canıyanmış elə birmühitdə böyüyübki, biz ondan mədəni nitq gözləyə bilmərik. Elə xalaları, əmiləri olanın dilindən “dür” tökülməsə idi təəccüblü olardı. Həm maraqsız və həm də qeyri-real... (Kiçik məktəblilər belə bilir ki, ədəbiyyatda vulqarizim deyilən ifadə vasitələri var).

Hələ də kitabın havasındayam. Elə ona görə də onun dilində də yazacam. Həyəcanlanmayın Mətiş kimi arada söyüş söyməyəcəm.

Müəllif romanda maraqlı bir pryomdan istifadə edib. Eyni əhvalatı bu taydan Mətiş danışır, o biri taydan Səxavət Sahil. Mətiş demiş müəllif oyun çıxarıb. Ona görə də əsəri iki hissəyə bölmək olar. Məhəbbətin danışdığı hekayə və yazıçının yazdığı hekayə.

Mətiş də onun söhbətinə tez-tez müdaxilə edən müəllifi bəyənmir. Bu da romana maraq gətirən ikinci məqamdır.

Kişinin qadının dilindən yazması da özlüyündə maraqlıdır. Bu böyük ustalıq tələb edir.

Müəllif Mətişə minnətdar olmalıdır. Onun adından cəmiyyətə nə mesajlar atıb...

Əsərin İsa ilə bağlı hissələri isə romana mifik-mistik ruh verir.  Təbii ki, bu təxəyyülün məhsuludur. Şam ağacının müqəddəs olduğunu isə bilmirdim. Kitabın adı “İsanın qadını” olsa da burda İsa ikinci plandadır. Türmə səhnələri, Mətişin yuxularının onun həyatına təsirindən daha qabarıqdır. Onu hər kəs yuxuları ucbatından dəli hesab edir. Bu səbədən Mətiş dəlixanaya düşməli, ya da ən azından işdən çıxarılmalı idi. Təbii ki, bu mənim düşüncəmdir.

Amma tez-tez oxucudan üzür istəmələr yerinə düşmədi. Səkkizinci səhifədəki birinci abzasın mətni isə çox çirkindir. Kobud desək yeri yoxdur. Əsərə xələl gətirir.

Mətişin dilindən yazılan “mən yazıçı deyiləm”, “Heç gözümün ucu ilədə baxmıram yazıçılığa” və.s kimi ifadələr müəllifin “özünü əvvəlcədən sığortalamaq tədbiri” təəssüratı yaratdı məndə.

Əsəri nəşrdən əvvəl də oxumuşdum. Dəyişikliklərlə qarşılaşdım. İndi əsər daha təsirli və məntiqli bitir. Belə də olmalıydı. İlk dəfə oxuyarkən niyəsə müəllifin qadının içini, hisslərini tam aça bilmədiyini düşünmüdüm. Yanlmışam. Yəqin ki, “başdansovdu” oxuyubmuşam.

Hidiş bədbəxtində əsərə girməyi ilə çıxmağı bir oldu.  Müəllif imkan vermədi ki, Hidiş “hidişliy”ini eləsin. Amma o olmasa idi roman belə təsirli bitməzdi.

Bir balaca da qaydaya uyğun olaraq romanın dilindən danışaq. Vulqarizim və varvarizimlərdən bol-bol istifadə edilmiş bu kitabda heç bir sintakti-leksik pozuntu sezmədim. Qeyd edəcək xüsusi qüsur tapmadım.

Sonda bir arzu keçdi ürəyimdən kaş romanı rus dilinə tərcumə edərdilər və kitabı rahib və rahibələr oxuyardı...


Avanqard.net

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.