Zahir Əzəmət: "Dünya poeziyasında baş verənlərdən xəbərimiz yoxdur" - MÜSAHİBƏ
04.06.14

"Bir ildir bu işlə məşğulam, elə  bir kitab yoxdur ki, onun bütün tirajlarını satıb bitirə bilək. Bizim kimi kiçik nəşriyyatların hədəfi ziyan etmədən özünü dolandırmaqdır”.
 
 
"Zero” kitab evinin rəhbəri, şair Zahir Əzəmətlə söhbət

 

- Zahir bəy, son illər çoxlu tərcümə kitabları çap olunur. Bəs bədii tərcümənin keyfiyyəti, sizcə, hansı səviyyədədir?

- Bu sahədə boşluq çoxdur. Müəyyən problemlər kadr çatışmazlığından, bazarın tələbindən doğur. Çox vaxt oxucular tərcümənin səviyyəsindən, hərf səhvlərinin çoxluğundan şikayətlənirlər. Yüksək səviyyəli kardları-tərcüməçi, redaktor, korrektor və s. işə çəlb etdikdə bir kitabın qiyməti ikiqat artmış olur. 500 nüsxə kitabın çap olunması və üstəlik satılmamasını nəzərə alsaq, bu da əlavə kadrların işə cəlb olunmasını çətinləşir.

Ümumi baxanda, Gürcüstan kimi kiçik ölkə ilə müqayisədə Azərbaycanda tərcümə işi o qədər sürətli deyil. Xarici ölkələrdə hər il ədəbi  mükafatlar almış, eləcə də satış sayına görə ilk onluğa düşmüş əsərlər  tərcümə olunur. Hələ ki bu bizim kitab bazarında öz əksini tapmır. Amma bizi böyük ölkələrlə də müqayisə etmək olmaz. Çünki o ölkələrin kitab bazarı böyükdür. Bizdə tərcümə işi və kitab bazarıyla daha çox iş görən "Qanun" nəşriyyatı, kiçik nəşriyyatlar və yayın evləridir. Onlar da özlüyündə kiçik kitab bazarını formalaşdıra bilib. Amma ümumilikdə bu, kiçik rəqəmdir.

- Tərcümə işlərini necə qəbul edirsiz?

- Gənc tərcüməçilər bizə müraciət edərkən tərcümələrinə baxırıq. Normal redaktə ilə əmələ gəlirsə, qonorarımız az olsa da, razılaşıb tərcüməni qəbul edirik və nəşr edib bazara çıxarırıq.

-Tərcümə üçün qonorar hansı standartlara uyğun müəyyən olunur?

- Bazara çıxarılacaq kitabın həcmi-tirajı, satış qiyməti və onun nəşri üçün çəkilən xərc, topdansatış şəbəkəsinə çıxan xərc, korrektor, redaktora ödəniləcək haqq hesablanır - bunları nəzərə alaraq qonorar müəyyənləşdirilir. Əlbəttə, böyük tirajla kitab satılsa, tərcüməçiyə verilən qonorar da çox olar. Bir ildir bu işlə məşğulam, elə  bir kitab yoxdur ki onun bütün tirajlarını satıb bitirə bilək. Bizim kimi kiçik nəşriyyatların hədəfi ziyan etmədən özünü dolandırmaqdır. Yəni işimiz biznes deyil, kitab nəşr etməklə maarifçiliyə dönmüş olur.

- Bədii tərcümədən qazancın az olması nədən irəli gəlir, tərcümənin zəif olmasından, ya necə?

- Kitab bazarının kiçik olması ilə yanaşı ölkədə peşəkar tərcüməçi azdır. Tərcümə etdiyi əsəri incəliyinə qədər bilənlər iki-üç nəfərdir. Gənc tərcüməçilər də işləyə-işləyə yetişməlidilər. Tərcümə olunmalı əsərlər çoxdur. Oxucunu operativ məlumatlandırmaq lazımdır. Ancaq peşəkar səviyyədə tərcümələri də gözləmək düzgün deyil. Burda həm də dövlətin dəstəyi vacibdir.

Prezidentin sərəncamıyla dünya ədəbiyyatından tərcümələr nəşr edildi. Bu işin üzərində xüsusi komissiya işlədi. Otuz min tirajla kitab dərc olundu və bütün dövlət kitabxanalarına pulsuz verildi. Bu proses davam etməlidir. Əgər biz dünyaya inteqrasiya etməkdən danışırıqsa, dünyanı da Azərbaycana gətirməliyik. Xalqa dünya ədəbiyyatını, mədəniyyətini, dilini çatdımaq lazımdır. Eləcə də Azərbaycanı dünyaya tanıtmaq lazımdır. Həm xairici əsərlər dilimizə, həm də bizim dildən xarici dilə tərcümə olunmalıdır. Dövlət dəstəyi ilə yenidən tərcümələr üçün siyahılar tərtib olunmalıdır. Həm klassik, həm müasir ədəbiyyata müraciət olunmalıdır.

Təkcə fransız ədəbiyyatından Viktor Hüqonu tərcümə etməklə iş bitməməlidir. Fransız ədəbiyyatında XX əsrdə hansı tendensiyalar olub, onun təmsilçiləri haqqında nəşrlər olmalıdır. Biz bilmirik alman, fransız poeziyasında nələr baş verir. Dünya poeziyasında baş verənlərdən xəbərimiz yoxdur. Onların ədəbi dərgilərindən, almanaxlarından xəbərsizik. Təbii ki, tərcümə dərgiləri, misal üçün, "Xəzər" jurnalı kimi dərgilər bu işlə məşğul ola bilər. Amma o da dövlət dəstəyindən məhrumdur, illərdir büdcəsi yoxdur.

Finlandiya Avropanın ən çox kitab oxuyan ölkəsidir. Kiçik olmasına baxmayaraq yaşam standartları Avropa Birliyindəki ölkələrdən üstündür. Bir xalq nə qədər intellektual olarsa, ümumi daxili məhsulu da, gəlirləri də çox olacaq. /oxuzali.az/



Yenililklər
24.02.20
Rəvan Cavid - “Azğın”: roman, yoxsa cızma-qara gündəlik?
24.02.20
"Kitabi-Dədə Qorqud”un üçüncü – Günbəd əlyazması" cap olunub
24.02.20

İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub

24.02.20
Azər Abdulla - Peşmanlıqdan sevincə keçid
23.02.20
Elçin Hüseynbəyli - Qarağac - Romandan parça
23.02.20
Bədirxan Əhmədli - Gerçək və intellektual türkçü Muhsin Kadıoğlu
23.02.20
Könül Nuriyeva - "İsanın İncili"ndəki sonsuz suallar
23.02.20
Əlyazmalar İnstitutunda “Nəsimidən nəsimlər” kitabının təqdimatı olub
23.02.20
Ədəbiyyatşünaslığın inkişafına dəyərli töhfələr verən alim – akademik Həmid Araslı
21.02.20
İnsanın əzəməti – Dino Butsatinin hekayəsi
21.02.20
Tramp “Oskar” mükafatının Cənubi Koreya filmi “Parazitlər”ə verilməsini tənqid edib
21.02.20
Məşhur yazıçı hekayəsini 1 ABŞ dollarına satdı
21.02.20
Müslüm Maqomayev haqqında çəkilən serialın treyleri yayımlandı - VİDEO
21.02.20
Xalq rəssamı Böyükağa Mirzəzadənin anadan olmasından 99 il ötür
21.02.20
Taleh Eminoğlu - Knut Hamsun: bir medalın iki üzü
21.02.20
Bakıda Beynəlxalq film festivalı keçiriləcək
21.02.20
"Müqayisəli ədəbiyyatşünaslıq" jurnalının yeni sayı çıxıb
21.02.20
Hacı Ələmdar Mahirin anım günü
18.02.20
Özbəkistanda “Hər anımız Vətən desin!” adlı şeir müsabiqəsi elan olundu
12.02.20
"Təkrarın tənhalığı”nda "Sevdiyim əsər” – Fərid Hüseynin kitab təqdimatından reportaj
10.02.20
Gülbala Dadaş - “Hər kəsin öz eşqi” kitabı haqqında
07.02.20
Fərid Hüseynin kitablarının təqdimat mərasimi keçiriləcək
05.02.20
Bəsirə Əzizəlinin Muhsin Kadıoğlu haqqında monoqrafiyası çap olunub
05.02.20
İradə Musayeva -  Süleyman Rüstəmi əksinqilabçı adlandıran repressiya qurbanı
03.02.20
Cavanşir Yusiflinin Səlim Babullaoğlu haqqında kitabı nəşr edilib
02.02.20
İradə Musayeva - Bağırovun gizli tapşırığı: “Boynuna qoyuluncaya qədər döyün!”
01.02.20
"Qanun” nəşriyyatında "The Paris Review müsahibələri” adlı kitab nəşr edilib
01.02.20
Rusiya Yazıçılar İttifaqı ilə AYB arasında əməkdaşlıq müqaviləsi imzalanıb
29.01.20
İradə Musayeva - Bağırov bu tərcüməçimizi həbs etmək üçün Stalindən icazə istəmişdi
28.01.20
Fərid Hüseyn - İnsanın unutqanlığı bəzən onun ədalətidi
28.01.20
AYB-nin Gənclər Şurasının “Ulduz”u nəşr edildi
25.01.20
İradə Musayeva - Müstəqil Azərbaycan” sözü dilinizdən çıxmadımı?
25.01.20
Fazil Abbasov - Qanımı süz, şərab kimi...
25.01.20
Əsmər Hüseyn Xan - Onda balaca idik, adımız uşağıydı
25.01.20
Şəhla Aslan Türkiyənin "KonTV" kanalında aparıcılıq edəcək
24.01.20
İradə Musayeva -  Repressiya illərində  tragik həbs situasiyaları...
22.01.20
“Dünya ədəbiyyatı” dərgisinin yeni sayı esse janrına həsr edilib
22.01.20
İlham Əziz - O dünyadan gələn səslər
22.01.20
İradə Musayeva - Repressiya dəhşətləri
22.01.20
Yazıçı-publisist Aqşin Babayevin daha bir kitabı çapdan çıxıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.