"Qanun" Nəşriyyatıyeni kitablar nəşr edib

10.06.14

ƏHMƏD HƏMDİ TANPINAR - SAATLARI QURMA İNSTİTUTU

Əhməd Tanpınarın poeziyası simvolist düşüncədən ­qaynaqlanır.
Bəzən eyni ifadə tərzi romanlarına da sirayət eləyir.
Amma daxili metafizik meyillərini və estetik narahatlıqlarını şeirdə əks etdirdiyi halda sosial mövzuları oxucuya çatdırmaq üçün nəsri seçib.
Romanları zəngin həyat əhvalatlarından yaranır, cəmiyyətdə baş verən məsələlərə özünəxas münasibətilə seçilir.
Mədəniyyəti dəyişdirmək cəhdlərinin insanları aparıb dalana çıxarmasını araşdıranda gəldiyi nəticələr insan və cəmiyyət baxımından diqqətəlayiq müddəalardır.
“Saatları qurma institutu” romanı fərddən başlayıb kütləyəcən cəmiyyətin həmin dəyişmə prosesindəki vəziyyətini oxucuya böyük ustalıqla çatdırır.

 
Bakı, Qanun Nəşriyyatı, 2014, 444 səh. 1000 tiraj
Türkcədən tərcümə: Nəriman Əbdülrəhmanlı
Redaktor: Əsgər Rəsulov
Nəşriyyat redaktoru: Xalid Kazımlı



Sona Vəliyev - Zaman xəbərsiz ötdü

«Zaman xəbərsiz ötdü...» kitabı şairə, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevanın oxucularla növbəti görüşü olmaqla yanaşı, həm də yaradıcılıq hesabatdır.


Kitab beş bölmədən ibarətdir. «Portret cizgiləri» adlı bölmədə şairənin həyat yolu, ədəbiyyat və sənət haqqında fikirləri ilə tanış olmaq olar. Həmçinin müxtəlif vaxtlarda verdiyi müsahibələri oxumaq mümkündür.


«Çəhrayı rəngli dünyam» bölməsinin adı şairənin eyni adlı şeir kitabından götürülüb. Burada müxtəlif vaxtlarda qələmə aldığı şeirlər, habelə ədəbiyyat adamlarının və ictimai xadimlərin şairin yaradıcılığı haqqmda məqalələri yer alıb.


«Arazboyu düşüncələr» bölməsində Vətən, torpaq, vətəndaş təəssübkeşliyi mövzusunda yazılmış şeirlər öz əksini tapıb. Eyni zamanda Sona xaramın «Arazbarı» kitabı haqqında yazılmış məqalələr verilib.


Uzun illərdir publisistik fəaliyyətlə məşğul olan Sona xanımm ayrı-ayrı vaxtlarda qələmə aldığı seçmə məqalələri «Publisistik etüdlər» bölməsində cəmlənib.


Azərbaycançılıq ideologiyası ilə bağlı müəllifin tədqiqat əsəri ilə «Alim və ictimai xadim» bölməsində tanış olmaq olar.


Bakı: Qanun Nəşriyyatı, 2014 568 səhifə. Tiraj 500



Verner MAZER - ADOLF HITLER (həqiqət, mif, əfsanə)


Kitabda Adolf Hitlerin həyatı XX əsr tarixinin əsas şəxsiyyəti kimi ətraflı şəkildə təsvir edilir. Ədəbiyyat və ilkin mənbələrin 20 il boyu öyrənilməsi nəticəsində müəllif Hitlerin şəxsiyyəti və ətrafı haqqında mübahisəli və mifə çevrilmiş məqamlara ay- dınlıq gətirib.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Bakı, Qanun Nəşriyyatı, 2014 560 səhifə (48 səhifə şəkil). 1000 tiraj

Ruscadan tərcümə: Hökümə Həbibova

Nəşriyyat redaktoru: Xalid Kazımlı

 



ƏHMƏD BATMAN - SƏHƏR YUXUM


Mən məna verə bilmirəm, amma niyə bitdiyinə deyil, madam ki, bitəcəkdi niyə bu qədər həvəslə başladıq?

Mən ikimizdə olan bu həvəsə məna verə bilmirəm. Bizə nə oldu, bilmirəm, ancaq yaxşı şeylər olmadığını yaxşı bilirəm. Ya çox yanlış zamanda rastlaşdıq, ya da heç rastlaşmaması lazım olan iki insandıq. Sevgili desəm sevgili deyil, aşiq desəm aşiq deyil, təsadüfən rastlaşanlar idik, odur ki, ondan o yana gedə bilmədik.


Bu kitab bəlkə artıq bir qəhvə içirdər. Bəlkə sənə əlindəkinin dəyərini öyrədər. Hər şeydən vaz keçdiyin halda həyata yenidən başlamağa imkan yaradar bəlkə də… unutduğun bir sevgilini xatırlayarsan, səndən başqalarının da ağrı-acılarının ola biləcəyini görərsən. Bəlkə bu kitabla eşqi öyrənərsən, bəlkə sənə görə eşq yoxdur. «Eşq yoxdur» desən belə, hər kitab bir eşqdir. Kitablar bizə yeni başlanğıclar təqdim edərkən yeni vidalar hazırlayar. Bir başlanğıcla bir vida arasında sıxışmış yazılar var burada. Bax, o yazılar sənsən. Bəlkə də sən yazsaydın bu kitabı ən çoxu bu kitab qədər özünü izah edə bilərdin. Kitabda sən varsan, mən varam, biz varıq.

Dönə-dönə oxuya bilməyin arzusuyla…


Bakı, Qanun Nəşriyyatı, 2014, 272 səh., 1000 tiraj

Türkcədən tərcümə: Nizami Zöhrabi

Redaktor: Seymur Şahbazov

Korrektor: Tünzalə Xəlilqızı   




ORHAN PAMUK - MƏNİM ADIM QIRMIZI

 

Nəqqaşın öz üslubu, rəngi, səsi olmalıdırmı?

Padşahın əmrilə gizli kitab hazırlayan nəqqaşlardan biri öldürüləndə qatili üslubuna görə tapmaq olarmı?

Məşhur türk yazıçısı, 2006-cı il ədəbiyyat üzrə Nobel mükafatı laureatı Orhan Pamukun «Mənim adım Qırmızı» romanı 1591-ci ilin doqquz qış günü ərzində İstanbulda baş verən sənət, eşq, qətl hadisələrini təsvir edir.

Roman bir çox məziyyətləriylə yanaşı, Nizaminin əsərlərinə çəkilmiş miniatürlər, böyük rəssam Kəmaləddin Behzadın misilsiz əsərləri, ümumiyyətlə, nəqş sənəti haqqında bənzərsiz hekayətdir.


Bakı, Qanun Nəşriyyatı, 2013, 636 səh., 1000 tiraj

Türk dilindən tərcümə:  Nəriman Əbdülrəhmanlı

Redaktor:  Əsgər Rəsulov

Nəşriyyat redaktoru: Ehtiram İlham



 

Suzanne Collins - ACLIQ OYUNLARI


Hadisələr qəddar rejimin hökm sürdüyü xəyali Panem dövlətində cərəyan edir. Kapitoli 12 bölgənin əhalisini vəhşicəsinə istismar edir və total qorxu altında saxlayır. Məhz bu məqsədlə mərkəz ildə bir dəfə hər bölgədən bir oğlan və bir qız iştirakçı olmaqla qladiator  döyüşləri – aclıq oyunları təşkil edir. Kitabın baş qəhrəmanı Katnis Everden döyüşlərin  könüllü iştirakçısıdır: o, püşkə əsasən oyunlara qoşulmalı olan kiçik bacısını əvəz edir. Bu bölgədən olan ikinci xərac – Pita Mellarkla birlikdə Katnis oyunlarda sağ qalmaq və qalib gəlmək üçün yüksək dözüm və iradə göstərməli, güc və ağıl işlətməli olur. Fantastika, macəra və detektiv elementləri ilə zəngin olan roman oxunaqlı dillə və yüksək bədii üslubda qələmə alınıb. Yazıçı əsərində totalitar dövlət nəzarəti və insan azadlığı mövzusunu ustalıqla işləyib. 


Amerikan yazıçısı Suzanne Collins 1962-ci il avqustun 10-da ABŞ-nın Konnektikut ştatının Ferfild dairəsinin Sendi Huk kəndində anadan olub. 1991-ci ildən uşaq televiziya veriliş və serialları üçün ssenarilər yazmağa başlayıb. 2003-cü ildə uşaqlar üçün ilk kitabı – “Yeraltı salnamələri” seriyasından “Yerüstü Qreqor” adlı birinci romanı işıq üzü görüb. Collins 2007-ci ilə qədər populyar və oxunaqlı seriyadan daha 4 kitab çap etdirib. 2008-ci ildə “Aclıq oyunları” romanı – eyniadlı trilogiyanın birinci hissəsi çıxıb. Əsər çox qısa müddətdə bestsellerə çevrilib. Növbəti iki il ərzində trilogiyanın daha iki kitabı oxucuların ixtiyarına verilib. “Aclıq oyunları” romanı 2012-ci ildə Suzanne Collinsin öz ssenarisi əsasında ekranlaşdırılıb.


Bakı, Qanun Nəşriyyatı, 2014, 418 səhifə. 1000 tiraj
İngiliscədən tərcümə:     Anzulə Əmirova

Nəşriyyat redaktoru:     Seymur Şahbazov

Korrektor:         Tünzalə Xəlilqızı                                   




 

BALACALARÜÇÜN SEVİMLİ XARİCİ NAĞILLAR


Kitabda uşaqlar üçün ən məşhur, ən sevimli xarici nağıllar toplanmışdır. Bu nağıllarla neçə-neçə nəsil tərbiyə almışdır. Çünki şifahi xalq ədəbiyyatı - nağıllar, dastanlar, bayatılar və s. janrlar uşaqları mərhəmətli, qayğıkeş, vicdanlı, namuslu, ədalətli olmaq kimi nəcib hisslərə yiyələndirir. Onları Piter Pen kimi qayğıkeş, Mauqli kimi qoçaq, Pinokkio kimi sadəlövh, Robin Hud kimi yenilməz, Fındıqqıran kimi həssas, Sindbad kimi cəsur, Alisa kimi ədalətli olmağa sövq edir.

Kitabdakı nağıllar müasir, uşaqların başa düşdüyü dildə nəql edilir.


Bakı, Qanun Nəşriyyatı, "Əli və Nino" Nəşriyyatı, 2014 144 səh., 1000 tiraj

Tərcüməçi: Afaq Mustafa

Redaktorlar: Xəzər Əlizadə Rövşən Ağayev

Yenililklər
02.12.21
“Məhəmməd İqbal: Eşq və düşüncə şairi” kitabı nəşr olunub
02.12.21
“Vərqa və Gülşa” miniatür əlyazmasında yer alan illüstrasiyaların nəşr edildiyi kitabın təqdimatı olub
02.12.21
Bölgələrə kitabla gəlirik! – Şəmil Sadiqin yazısı…
01.12.21
“Aşıq sənətinin Ələsgər zirvəsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
27.11.21
Kənan Hacı - Yazı sənətinin tarixi
24.11.21
Təranə Vahidin “Qarışqa təqvimi” çap olunub
23.11.21
Muni Vitçer - Altıncı Ayın qızı Nina    
23.11.21
İlk dəfə olaraq “Arı” və “Mirat” satirik jurnalları transfoneliterasiya edilərək yeni əlifbada toplu halında nəşr edilib
22.11.21
Cəmşid Cəmşidovun tərcüməsində Muni Vitçerin əsəri çap olundu
22.11.21
Turan Yazqan: Türk dünyasının səsi
17.11.21
“Nizami Gəncəvi sözünün orbitində” kitabının təqdimatı keçirilib
17.11.21
Türkiyənin məşhur şairi Sezai Karakoç vəfat edib
17.11.21
“Nizami Gəncəviyə məktub” beynəlxalq esse müsabiqəsi elan olunur
17.11.21
Elçin Hüseynbəylinin “Vida” romanı çap olunub
17.11.21
BAFTA qısa filmləri Bakıda nümayiş olunacaq
11.11.21
“Nizami Gəncəvinin poetik portreti” kitabı nəşr olunub
11.11.21
“Şərq irsi” adlı Beynəlxalq Müasir İncəsənət Sərgisi açılacaq
08.11.21
Kənan Hacı - Ekspress qatarında eksperimental mozaika
08.11.21
Fəxri Uğurlu - Klassikanı diri saxlamaq
08.11.21
"Şuşa" sənədli filminin təqdimatı olub
08.11.21
4+4: rəqəmsal namə
08.11.21
İsfar Sarabski Parisdə iki gün konsert verib
05.11.21
“Hədəf Nəşləri”nin təsisçisi Şəmil Sadiqin ƏDV ilə bağlı müzakirələrə əlavə və dəyişiklərlə bağlı təklifləri
05.11.21
Kənan Hacı - Yazıçılarımız nəyi bacarmır?
04.11.21
Qələbə ilə bitən ilk roman
04.11.21
Ədəbiyyat İnstitutunda Məhəmməd İqbalın “Seçilmiş əsərləri”nin təqdimatı keçirilib
04.11.21
Azad Qaradərəli - Qara sevda
03.11.21
"Qarabağın qara kitabı" və "Qarabağ - qələbəyə doğru" kitablarının təqdimat mərasimi keçirilib
03.11.21
Kənan Hacının “Hakimə açılan atəş” romanı oxucularıın böyük marağına səbəb olub
02.11.21
“Şuşa, sən azadsan!” və “Biz” filmləri təqdim olunacaq
02.11.21
Rusiyanın Tretyakov Qalereyasında Tahir Salahovun sərgisi açılıb
02.11.21
Şamaxıda Yaradıcılıq Mərkəzi istifadəyə verilib
01.11.21
Altı əsr yaşı olan xalça 5,4 milyon dollara satışa çıxarılacaq
01.11.21
Nizami Kino Mərkəzində “Fulya” sənədli filminin premyerası olub
01.11.21
Zahid Sarıtorpağın İranda kitabı çap olunub
01.11.21
Vidadi Babanlının "Sabaha ismarıc" adlı romanı çap olunub
01.11.21
Poetik diktatura - Firuz Mustafa yazır
26.10.21
Çempion idmançı, istedadlı aktyor və doktorant
25.10.21
Azad Qaradərəli -  Zəngəzur ağacları
24.10.21
I Sumqayıt Kitab Sərgisi keçiriləcək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.