Vasif Əlihüseyn - Rəqqasə
10.06.14
BSU-nun məzunu
Kişi gülüşləri çökər sinənə, baxışlar üstündə donub qalarlar. Kasıba - fəqirə əl tutmayanlar, zərli lifciyinə pullar salarlar.
Zillənər gözlərin yad kişilərə, süzülər alnından soyuq tərində. Ailəli qadınlar çilədən çıxar, qısqanar səninçün əclaf ərin də.
Başından açarsan o uzun tülü, bu şam işığında ölər kimliyin. Bəlkə xatirəndə yaxşı qalıbdır, bu şam işığında bakirəliyin.
|