Cavanşir Yusifli - Ədəbiyyatin yandırıb külə döndərdiyi Soler…
10.06.14

«Studio» romanı axan zamanın romanıdır, bizim dövran barədə yazılan ən gözəl romanlardan biridir. Eyni zamanda bu, Filip Solerin də ən gözəl əsəridir.

Filip Soler Bordoda doğulub. İlk romanı – «Bir maraqlı tənhalıq» 1958-ci ildə nəşr edilib. Bu münasibətlə o, XX əsrin iki azman sənətçisinin xeyir-duasını alıb: Moriak və Araqondan. Sonralar yazdığı «Park» romanı ona «Medicis» ödülünü qazandırıb. Filip Soler həm də böyük naşirdir. Belə ki, o, 1960-cı ildə məşhur «Tel Quel» məcmuəsinin əsasını qoyur. 1983-cü ildən etibarən isə o, «L’infini» adlı dərginin nəşrinə başlayır.

Jan-Lük Qodar sonuncu filmlərinin birində («For ever Mozart»), Filip Solerin «Mond» qəzetində Marivo barədə çap etdirdiyi məqalədən seçdiyi sitatı bir neçə dəfə, təkrar-təkrar verir. Art üzərində yerləşən «Metropolis» jurnalının redaksiyası tez-tez kameralarını Sebastiyən-Botən küçəsindəki bir ofisə tuşlayır. Orada Filip Soler «L’infini» dərgisini nəşr edir. Suallar çox adidir: sən sürrealizm, Haydeger, fransız romanı, yaxud rəssam Bakon barədə nə deyə bilərsən?

İllər boyu biz «Mond» qəzetində ayda bir dəfə Solerin yazısını oxuyardıq. İndi o, yenidən Prust, Selin, Araqon, Nobakov, Sənt-Böv, Rembo, Kafka və «Tövrat»ı oxuyur. O, sehrkarlar kimi burdan vurub ordan çıxır, həmişə də eyni ideyalarla aşıb-daşır. Soler 30 ildir ki, «Bir maraqlı tənhalıq» romanının adını doğrultmaqnan məşğuldur. Bu, qüssə yox, şadlıq gətirən, rəqs edən, odda yanıb suda çıxan… tənhalıqdır. O, yalnız sıçrayışlarla irəliləyir, əl-qol atır, hərdən Vato və Haydegerdən misallar çəkir, hərdən Rembonun Leklosunu da məzəmmətdən qalmır. Onun arzuladığı qədər düşməni var, ancaq inanmadığı qədər dostları da mövcuddur. O, marginal adamları sevir, bu adam heç də Qayyimardakı kürsüsünə mismarlanmış təəssüratı oyatmır.

Bəzən bu adam öz əsrindəcə azır, çaşıb qalır, sirli-sehrli səsi Bibliyadan gəlir. O, özünə başqalarının gözüylə baxır: «İti fəhmli, klassik zövqlü, modernist, maoist, fars həvəskarı, dəli, müdrik, oyunbaz…» («Zövqlərin müharibəsi» əsərinə ön sözdən).

Onun kitabları Lümyer qardaşlarının lentləri kimi bir-birinin dalınca işıq üzü görür, dünyaya hələ taleyi şübhəli olan canlı varlıqlar tək gəlir. «Studiyo» romanı buna əyani və paradoksal nümunədir. Bu, onun baş kitabıdır. Bizim dövrün ən gözəl romanı – «Studio» janr etibarilə nədir? – romanmı, essemi? Bəli, esse. Hölderlin, Rembo, bir də Haydeger haqqında hekayəmi? – Bəli, hekayə. Gözümüzü açıb görürük ki, bir kişi Bordoda gəzişir, o, bizi qədəm-qədəm iş otağındakı stolunadək aparır. Romanmı? Xeyr! Daha çox axmaqda olan zaman barədə bir romans. Bu çay yoluna uğraşanları yıxıb özüylə aparır… Bu hal eksperimental ədəbiyyatdanmı gəlir? Elədir. Haydegerin misilsiz, ən gözəl meditasiyaları tənhalıqdan axıb gələn bir səslə qovuşur. Bu səsin canında təmiz avtobiqorafik çalarlar aşıb-daşır. Fikir verin: 1949-cu ilin avqustunda, 13 yaşın içindəydim, anamın bacısının xəstəliyi şiddətləndi, evin qapı-pəncərələri kip bağlandı, bağlanan kimi bürkü ağırlığıyla hamının üstünə çökdü. Bağça al-qırmızı rənglərdən aşıb-daşırdı, mənsə bütün günü gövdəsi qaralmış heyva ağacına dırmaşıb oturmuşdum. Mariya indicə gəlib, onunla birgə Pireneyin də bir hissəsi təşrif gətirib. Heç nə, heç nə əvvəl olduğundan artıq olmayacaq. Eşidin və bir də oxuyun. Tonun tez-tez dəyişməsi və bu dəyişimdəki azadlıq… çox şey söyləyir.

Solerin dili xüsusi mövcudluq modusuna arxalanır, bu dilin «əynindəki paltar» oxşar və adi deyil. Burada dilin harmoniyaya əsaslanan latın dövrü qırmızı xətt kimi keçir, təfəkkür və fəhmin qovuşağı necə nüanslar oyadır, bir də görürsən ki, bayaqdan oxuduğun dialoqlar monoloqlaşıb və bu monoloqlar heç haradan yox, bax, elə sənin öz içindən gəlir. Bu romanda demək olar bütün ədəbi janrlar bir-birinə qarışaraq əvəzlənir. Bu əsərdə hər şey hansısa bir (!) əsas məntiqin gücünə yox, öz-özünə peyda olur və yerini digərinə verir. Bütün məkan sehrli pıçıltılarla dolur. İnsan öz dərdini bir əlcə kağız parçasına etibar edir, sonra qəfildən Hegel məntiqi, yaxud televizor ekranına çıxarılan bir informasiya onun gözləri önündən ötüb keçir. Və budur bizim müəllif metafizikə çevrilir. Onun sehrinin gücünə romanda klassiklər – Rembo, Kafka… dirilir.

Yaddaş xətti, romandan elektrik cərəyanı daşıyan naqil kimi, qüssəyə bulaşan sevinctək keçir. Nadanlıq və axmaqlıq, dünyanın belə-belə işləri hər şeyi yavaşca soyudub buza döndərir, ancaq Soler ani bir sıçrayışla (yəni, sehrli çubuğun hərəkətiylə) hər şeyi qaydasına salır. O, bu kimi şeyləri süpürüb atmır, onların tempini yavaşıtmır, əksinə, pis olana qarşı nəsə qoyur. Əsərin əsl qiyməti burada – iki əzəli, böyük qüvvənin çarpışmasında meydana çıxır. Qəzəb, hiddət, intim təbəddülatlar, arxayınçılıq barədə qarışıq xəyallar, həyatdan zövq almağa çağırış – həyəcan təbili, gənclik anlarının ürək titrədən həyəcanları, hər şey, hər şey xatirələrdən çıxıb dirilir və əbədi qayıtmazlığa üz qoyur.

Bir sözlə, «Studio» elə bir romandır ki, elə ilk cümləsiylə bu gün çox yazılan ağır romanları unutdurur, insanın yadına yalnız özünü salır.

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.