"Qanun" nəşrlər evi iki yeni kitab nəşr edib
11.06.14

"Qanun" nəşrlər evi iki yenu kitab nəşr eidb. Kitablar haqqında məlumatı təqdim edirik.


ANNA FRANK - Gündəlik    

Bu 13 yaşlı yəhudi qızının – Anna Frankın yazdığı gün­dəlikdir. Almaniyada doğulan Anna ailəsi ilə birgə alman faşistlərindən xilas olmaq məcburiyyətilə Niderlanda köçür. Bir neçə ailənin qal­dığı  sığınacaqda yaşadığı vahimə, qorxu dolu günlər onu  gündəlik yaz­mağa sövq edir. Öz ad günündən, yəni 12 iyun 1942-ci ildən etibarən 1 avqust 1944-cü ilədək gündəlik yazır. O, əvvəlcə buna əyləncə kimi yanaşır və başına gələnləri gündəlikdə  özündən uydurduğu Kitti adlı rəfiqəsi ilə gündəlikdə bölüşür. Lakin Niderlandın təhsil nazirinin radio ilə əhaliyə müraciətini dinlədikdən sonra bu işlə daha ciddi məşğul olur. Nazir insanları alman faşistlərinin işğalı ilə bağlı istənilən sənədi qoruyub saxlamağa çağırırdı.

Anna Frankın həyat tarixçəsi – gizlənməyə məcbur olan, sonrasa doğ­malarıyla birgə həbs düşərgəsinə düşüb, məhz yəhudi olduğuna görə orada məhv olan yəhudi qızının taleyidir. Diqqəti cəlb edən cəhətlərdən biri budur ki, Anna Frank özünün və yaxınlarının gələcəyi ilə bağlı daim qorxularla dolu olsa da, gündəliyi üçün narahat olmur, sanki onun bir möcüzə nəticəsində salamat qalacağını qabaqcadan bilir: ailəsinin həbsindən sonra sədaqətli dostlar son anda döşəmədə tökülüb qalmış kağızları xilas edirlər, bəlkə doğrudan da, tarix üçün lazım olan əlyazmalar yanmır?
Gündəlik kitab şəklində ilk dəfə 1947-ci ildə Niderlandda işıq üzü görür. 1952-ci ildə Amerika və İngiltərədə nəşr olunur. Hazırda gündəliyi dünyanın 70-dən çox ölkəsi öz dilində çap edib.   
                                           
Bakı, Qanun Nəşriyyatı, 2014, 384 səh. 1000 tiraj
Ruscadan tərcümə: Vaqif Azəryar
Redaktor: Nüşabə Hüseynli
Korrektor: Gülgəz Nur





YOQA

Yoqa – Hindistanda və Tibetdə, yüzilliklərlə vedist, tantrist və buddist ənənələri əsasında inkişaf edən qədim sistemdir.

Qədim yoq mədəniyyəti – insanı tənəffüsdən, bədəndən, əqildən və ruhdan özünütəcrid etmək – yəni ruhun dünyadakı əzab və əziyyətdən xilas olaraq səadətə qovuşmaq uğrunda bir vasitədir. Bəs nəyə görə biz bu gün yoqadan istifadə edirik? Bu qədim məlhəm və gizli təlim müasir dövrdə bədənin ruhlanmasına və gücün toplanmasına necə kömək edir?

Biz bədən vasitəsilə dünyanı dərk edir, duyğu və həyəcanı sınaqdan keçirir, özümüzü təqdim edirik. Yoqa təlimində ehtimal ki, insanın səadət və azadlığı onun sağlamlığından asılıdır. Emosional, fiziki və mənəvi rifah insana inkişaf etməyə, firavan yaşamağa imkan verir. Yoqanın digər fiziki hərəkətlərdən fərqi ondadır ki, o, həyatın bütün aspektlərinə toxunur.

Bu kitabda bütün yuxarıda deyilənlər illüstraliyalarla birlikdə öz əksini tapmış və Siz – tələbkar oxucularımıza təqdim edilir.

Bakı, Qanun Nəşriyyatı, 2014, 92 səh. 1000 tiraj, 3.99 AZN
Ruscadan tərcümə: Bəhram Mustafabəyli
Redaktor: Müqəddəs Şahbazov

Yenililklər
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.