Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin növbəti buraxılışının məzun günü qeyd olunub.Mərasimdə fakültənin yaradıcısı, universitetin sabiq rektoru, Multikulturalizm, Dini və Milli məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla, xalq şairləri Nəriman Həsənzadə, Zəlimxan Yaqub həmçinin şair və yazıçılardan Səlim Babullaoğlu, Qalib Səfəhət, Çingiz Əlioğlu, Vahid Əziz, Əhməd Qəşəmoğlu, Adil Həsənoğlu, Əli Şirin Şükürlü, İlqar Süleyman Bizaban, Mehman Qaraxanoğlu, Elmar Hüseynov, Kanan Hacı, Etimad Başkeçid, Qəşəm Nəcəfzadə, Qanturalı, Cavanşir Yusifli, teleaparıcılar Rafiq Həşimov, Nərgiz Cəlilova da iştirak edib.
Tədbirin aparıcısı, BSU-nun prorektou Telman Vəlixanlı fakültə barədə qısa məlumat verib.
Sonra məzunlara həsr olunmuş videoçarx tədbir iştirakçılarına tədqim olunub. Bundan sonra yaradıcılıq fakültəsinin dekanı mərhum Elnarə İmamquliyevanın xatirəsinə hazırlanmış fotoslayd nümayiş etdirilib.
Fakültənin dekanı Rüstəm Kamal, xalq şairləri N.Həsənzadə, Zəlimxan Yaqub, şairlər Çingiz Əlioğlu, Vahid Əziz, teleaparıcı Nərgiz Cəlilova çıxış edərək məzunlara bundan sonrakı fəaliyyətlərində uğur arzulayıb.
Yaradıcılıq fakültəsinin yaradıcısı Kamal Abdulla ədiblərə tövsiyyələrini verib və fakültəni bu il bitirən dinləyicilərə “Ədəbi işçi” sertifikatları təqdim olunub.
Tədbirin geniş reportajı saytda yaxın günlərdə işıqlandırılacaq. /1937.az/