"Qanun" nəşrlər evi yeni kitablar çap edib

18.06.14

PAUL AUSTER - NYU YORK TRİLOGİYASI

Çağdaş Amerika ədəbiyyatının ən nəzərə çarpan yazıçılarından biri olan Paul Austerin “Nyu York Trilogiyası” “Ölümdən əvvəl oxunmalı 1001 əsər” siyahısındakı əsərlərdəndir. Bu kitab – “Şüşə Şəhər”, “Qarabasmalar” və “Qıfıllı Otaq” romanlarından ibarətdir. Dedektiv romanla postmodern strukturun sintezindən ibarət olan və Kafka yaradıcılığına uyğun bir üslubla yazılmış üç romanda yazıçı öz oxucusunu qıfıllı otaqlarda, keçmişdə və gələcəkdə, təhlükəli küçələrdə, xaotik və qarışıq xarakterə bürüdüyü qəhrəmanının arxasınca gəzdirdiyi ərəfədə, romanın hər səhifəsinə səpələdiyi kiçik işarələrə məna verməyi oxucunun öhdəsinə buraxır. O, qəhrəmanlarını həqiqi və ya xəyali qıfıllanmış otaqlara salır, azadlığı ancaq oradan qaçıb xilas olaraq əldə edə biləcəkləri bir dünya qurur, xilas üçün açarlar da verir. “Nyu York Trilogiyası” adi oxucu üçün sadəcə qıfıllı bir otaq və ya güzgülərlə doldurulmuş dəhlizdir, peşəkar oxucu üçün isə bu trilogiya, dünyanı tamamilə başqa prizmadan gözlərimizin qabağında nümayiş etdirərək ruhumuzdakı yaraları göstərən bir ümmandır.
 
Bakı, Qanun Nəşriyyatı, 2014,  416 səh., 1000 tiraj

İngiliscədən tərcümə edən: Ziyad Quluzadə
Redaktor: İlqar Fəhmi



ORXAN BAHADIRSOY - GÜNAHDIR SƏNİ SEVMƏK

İnsan anatomiyasına əsasən insanın cinsi doğularkən onun cinsi orqanından, yəni bədən quruluşundan bilinir. Lakin bu insanın bədən cinsi yəni, cismani cinsi hesab edilir. Kiçik yaşlarından isə uşaq öz daxlində hansı cinsin biruzə verdiyini kəşf edir və bu daxildə gizlənən cins onun istər məişətdəki rəftarından, istərsə də, seksual maraqlarından məlum olur.

Bu roman da məhz özü ilə eyni cinsdən olanlara cinsi marağı olan homoseksuallar haqqındadır. Eynicinsli münasibətlərin günah, yasaq, əxalaqa və dəyərlərə zidd hesab olunduğu bir cəmiyyətdə bir-biri ilə aşkara eşq yaşayan iki gəncin sevgisi romanın əsas süjet xəttidir. Lakin, burada qəhrəmanların homoseksualların cəmiyyətdəki azadlığı uğrunda mübarizə yoluna qoşulması, bu eşq-məhəbbət və mübarizənin fonunda ölkədəki transseksualların, geylərin də həyatı və aqibəti yer alır.
 
Bakı, Qanun Nəşriyyatı, 2014. 132 səh., 500 tiraj






Aqata Kristi - ƏLİFBA SIRASI İLƏ QƏTL


“Əlifba sırası ilə qətl” Aqata Kristinin əfsanəvi romanlarından biridir.

Bu romanda Aqata Kristi tanınmış centlmen və dahi detektiv Erkül Puaronun daha bir sərgüzəştindən bəhs edir. Bir-biri ilə əlaqəsi olmayan insanların dalbadal silsilə qətlləri törədilir. Bütün bu qətllərin hamısında qurbanların adları və cinayət törədilən yer ingilis əlifbası sırası üzrə seçilir. Cinayətin yerini də, vaxtını da qatil əvvəlcədən özü seçir və detektivə bildirir, ancaq fərasətli Puaro daima cinayət baş verən yerə gecikir. Bu rəqabət Puaronun qatilin corab satan ticarət agenti olduğunu təxmin edənə qədər davam edir.

Bakı, Qanun Nəşriyyatı, 2014, 284 səhifə. 1000 tiraj
Ruscadan tərcümə: Afaq Mustafa
Redaktor: Xalid Kazımlı

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.