Şərif Ağayar - Zəlimxan Yaqubun yetimləri
30.06.14

Dünyada böyük ideallar da var, kiçik insan həqiqətləri də. Ancaq həqiqətin dəyəri onun ölçüsündə deyil, sadəcə həqiqət olmasındadır. İnsan böyük ideallara can atır həmişə. Can atmalıdır da! Di gəl, kiçik həqiqətlər də yüksək həssasiyyət tələb edir. Bəzən isə insanlığı bu kiçik, ilk baxışdan elə də əhəmiyyət daşımayan həqiqətlər daha tez və daha dərindən xarakterizə edir.
 
Bu fikirlər Zəlimxan Yaqubun müsahibəsini oxuyandan sonra ağlıma gəldi. Ağır xəstəliklə əlbəyaxa olan şair xeyli maraqlı mətləblərə toxunub.
 
Kimdir Zəlimxan Yaqub?
 
Ona münasibət birmənalı deyil. Onu hədsiz sevənlər də var, zərrəcə xoşu gəlməyənlər də! Amma reallıq reallıqdır! Nə birincilər kimi emosionaldır, nə də ikincilər kimi nihilist.
 
Şair deyir, yetimlər atası olmuşam – haqlıdır!
 
Deyir, insanların duası mənə kömək edir – buna şahidəm!
 
Və elə bu məqamda Zəlimxan Yaqubun dediklərini təsdiq edən bir neçə situasiyanı xatırlatmaq istəyirəm.  
 
“Panorama” qəzetində təzə işə düzəlmişdim. Həmin ərəfədə necə oldusa AYB-nin və Yazıçıların Həmkarlar İttifaqının təsis etdiyi X.R.Ulutürk mükafatını mənə verdilər. Şeirlərimi bu müsabiqəyə Ayaz Vəfalının təklifi ilə təqdim etmişdim. O vaxt (90-ların sonu) “Ədəbiyyat qəzeti”ndə hər ayın ilk həftəsi “Gənclər günü” keçirilirdi. Tədbiri Ayaz Vəfalı aparırdı. Oradan tanış idik.
 
Mükafatın təqdimat mərasiminə “Panorama” qəzetində şöbə müdirim olan Süleyman Qaradağlı ilə getmişdim. Mətbuatda təzə idim. Məqaləni hekayə kimi, xəbəri inşa kimi yazırdım... Süleyman müəllim mənə çox kömək edirdi və belə bir xoş gündə də yanımda olmaq istəyirdi.
 
Natəvan klubunun səhnəsində tanınmış yazıçılar oturmuşdu. Zəlimxan Yaqub da onların arasında idi. Mükafatın qalibləri elan olunandan, diplom və pul mükafatları təqdim ediləndən sonra keçib arxada oturdum. Bir azdan Zəlimxan Yaqub səhnədən düşüb yanıma gəldi, boş yerlərin birində oturdu və mənimlə söhbətə başladı. Tədbirdən sonra isə öz maşını ilə məni və Süleyman müəllimi nəşriyyatacan gətirdi. Hiss elədim ki, o, bunu şöbə müdirimin yanında mənim nüfuzumu qaldırmaq üçün edir.
 
***
 
“Panorama” bağlanandan sonra ədəbiyyat və mədəniyyət yazıları üçün “Yeni Azərbaycan” qəzetinə dəvət olundum. Bildiyiniz kimi bu qəzet hakim partiyanın orqanı idi. Baş redaktor Alqış Həsənoğlu da həmin dövrlərin ən nüfuzlu jurnalistlərindən sayılırdı. Redaksiyada mühit bir az yad idi mənim üçün. Doğrudur, imzamı tanıyır və hörmət edirdilər, ancaq yenə də. Ən azı təzə kollektivə, yeni rəhbərliyə alışmaq bir az zaman istəyirdi. Həmin vaxtlar millət vəkili, xalq şairi Zəlimxan Yaqubun odlu-alovlu vaxtları idi. Mərhum prezident Heydər Əliyevlə səfərlərə gedir, efirdən düşmürdü.
 
Bir gün səhər tezdən podşivkaya baxmaq üçün Alqış Həsənoğlunun qəbul otağına getdim (podşivka orda idi). Qəflətən Zəlimxan Yaqub girdi içəri. Başında buxara papaq... Əynində uzun palto... Mənimlə çox səmimi görüşdü və qəbul otağındaca əyləşib söhbətə başladı. Ağa Laçınlıdan, Hüseyn Kürdoğludan, Malik Fərruxdan və başqa laçınlı şairlərdən, o camaatın qonaqpərvərliyindən, Borçalı ilə ortaq yanlarından xeyli danışdı.  Alqış Həsənoğlu Zəlimxanın səsinə kabinetindən çıxdı. Dedi, şair, bayaqdan səni gözləyirəm. Zəlimxan Yaqubun cavabı gözləniləməz oldu: “Şərifi gördüm, məclisi bura saldım, sən də bir stul çək, əyləş!”
 
***
 
Qağayla (ona dostlar arasında belə deyirik) daha bir qeyri-adi qarşılaşmam Laçın rayon İH-nin keçmiş başçısı Ramiz Cəbrayılovun Taxtakörpü qəsəbəsindəki (Ağcabədi) kabinetində oldu. Kəndimizdə bir aşıq var: Cabbar müəllim... Onun 70 illiyi idi. Tədbir Taxatakörpüdə, Laçının mədəniyyət evində keçirilirdi. Mən də getdim. Səhər tezdən Cabbar müəllim zəng vurdu ki, Bakıdan gələn qonqları başçı qəbul edəcək, sən də dəvətlisən. Getdim. İçəri girəndə Zəlimxan Yaqubla Ağcabədinin millət vəkili Tahir Rzayevi (o da şairdir) başçının otağında gördüm. Zəlimxan Yaqub qalxıb mənimlə elə görüşdü ki, elə bil Yusif peyğəmbər təşrif gətirib. Çaşıb qaldım. Bu iltifatı görən başçı da mənimlə görüşmək üçün ayağa qalxmalı oldu.
 
Sonradan bildim ki, Zəlimxan Yaqub axşamdan başçının qonağı imiş. Laçınlı qələm adamlarından, o cümlədən məndən xeyli danışıb. Başçının münasibətindən hiss etdim ki, məni layiq olmadığım yüksəkliklərə qaldırıb.
 
Yubiley tədbirində Laçın camaatı Zəlimxan Yaqubu çox böyük coşquyla qarşıladı. O da özünə xas, insanların damarını tutan, hətta çoxunun gözünü yaşardan maraqlı bir çıxış elədi. Çıxışında məndən də danışdı və axırda dedi: “Şərifi sizə tapşırıram, onun qiymətini bilin”.   
 
Mən öz şəxsimdə Zəlimxan Yaqubun gənc və imkansız bir qələm adamına göstərdiyi sayğıdan az da olsa yazdım. İnanın, Zəlimxanın qolundan tutduğu yetimlərin hamısı səmimi olub nəsə yazsa, böyük bir kitab bağlamaq olar. Amma əsas olan həmin kitabın yazılması deyil. Əsas olan Tanrıdır ki, o da hər şeyi görür! /kulis.az/          

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.