Mayakovski - İntihar, yoxsa KQB sui-qəsdi?

30.06.14

Vladimir Vladimiroviç Mayakovski

1930-cu il аprelin 14-də 37 yaşnında Moskvada, Lübyanski döngəsindəki mənzilində özünü güllələyib.

Ötən əsrin 90-cı illərinin əvvəllərində qızğınlıqla müzakirə olunan sui-qəsd versiyasının isə heç bir əsası yoxdur. Mayakovski sevgilisi Veronika Polonskayanın gözləri önündə intihar edib. Tapançadakı cəmi bir patronla özünü güllələyib. Polonskaya həbs olunsa da, ona qarşı heç bir dəlil-sübut olmadığından azad edilib. Ancaq ilk dəfə ifadə verərkən qadın otaqda olduğunu və hər şeyi gözləri ilə gördüyünü etiraf etsə də, sonrakı dindirilmələrində, görünür, kiminsə məsləhəti ilə bildirib ki, dəhlizlə qapıya doğru gedərkən arxadan güllə səsi eşidib. Elə buradan da belə bir əsassız ehtimal yaranıb ki, şairin dünyadan getməsinə yardımçı olan hansısa bir çekistin də bu işdə əli var...   

Maniakal uğursuzluq kompleksi

Mayakovski ərli qadın və çox firavan həyat sürən aktrisa Veronika Polonskaya ilə həyəcanlı bir roman yaşayırdı. Məlumdur ki, şair ona qədər mühacir Tatyana Yakovleva ilə münasibətdə idi, lakin sovet hökuməti sevimli şairini qısqanaraq onun Parisə getməsinə mane olmuşdu. Mayakovskinin “olmuş” və “keçmiş” deyilməyəcək məşum sevgilisi Lilya Brik isə şairlə birgə olmaq istəməsə də, uzaqlaşmasına da imkan vermirdi. Beləliklə də, şairdə maniakal uğursuz kompleksi formalaşır.      

Ölümlə oynayıb uduzmaq

Veronika Polonskayadan kimlə qalacağına dair qəti qərar verməsini tələb edən Mayakovski anlayır ki, bu qadınla da taleyini birləşdirə bilməyəcək. Şair çox tez sınan, əsəbi reaksiyalara və isteriyaya meyilli idi. Bundan başqa Mayakovski həmişə tamam başqa bir insanı təcəssüm etdirərək sanki həyatda rol oynayırdı. Pasternak yazırdı ki, Mayakovski poetik obrazından nə iləsə fərqlənən adi həyatı özünə yaxın buraxmırdı. Həyatda çoxlarının cavabsız sevgiləri və yaxud itkiləri olur, lakin ikiləşməkdən usanaraq  psixopatik addımlara əl atan şair ölümlə oynamaq qərarına gəlir və bu oyunu uduzur. 

Sergey Aleksandroviç Yesenin

1925-ci il dekabrın 28-də, Leninqradda (Sankt-Peterburq) “Anqleter” mehmanxanasında 30 yaşında özünü asıb.

Əgər Mayakovskinin ölümündə intihar faktı qeyri-təbii görünürsə, Sergey Yeseninin tarixçəsində hər şey intiharın rəsmi versiyasından da açıq-aydın bəlli olur.   

Yesenin mehmanxana nömrəsində mərkəzi istilik borusundan çamadanın qayışı ilə özünü asmışdı. Əgər predmetlər ətraflı təhlil edilərsə (səliqə ilə dayadılmış tumba; məlum deyil ki, qayış o qədər yüksəkliyə necə bağlanmışdı), şairin görünüşü daha çox şübhə doğurur. Sol gözünün altı göyərmiş, alnındakı qıpqırmızı zolaq, sağ qaşının altında deşilmiş yara, əlindəki kəsik yeri. Yeseninin “ölüm maskası” görənlərin hamısını dəhşətə gətirirdi. Sifəti özünü asmış adamın üzünə heç uyuşmaz şəkildə tamamilə ağarmışdı. Müasir tədqiqatçılar detalları nə qədər araşdırsalar da, əldə olan məlumatlar bir nöqtədə kəsişir. Ola bilsin ki, Yesenini əvvəlcə boğub sonra asıblar. Alkoqolun təsiri altında intihar versiyası da özünü doğultmadı. Dostları şairin tamamilə ayıq olduğunu və yoldaşını gözlədiyini  təsdiqləyirlər.  

Əvvəlcə döyülüb, sonra...

Tədqiqatçı Viktor Kuznetsovun versiyası daha gözlənilməzdir. Onun fikrincə, Yesenin, ümumiyyətlə, “Anqleter”də yaşamayıb, əvvəlcə döyülüb, sonra BSİ-nin gizli həbsxanasında qətlə yetirilib. Çekistlər mehmanxanada intihar səhnəsi düzəldərək yalançı şahidlər tapıb protokol quraşdırıblar.        

İndən sonra çətin ki, şairin qatilinin kim olduğunu öyrənə bilək, ancaq ehtimal etmək olar. Sergey Yesenin sadə insan deyildi – çılğın, yalanla barışmaz idi, çoxlu dost və pərəstişkarları ilə yanaşı düşmənləri də yox deyildi. Ona imzasız məktublar yazır, hədə-qorxu gəlir, həyatına sui-qəsd təşkil edir, möhkəm döyür və qarət edirdilər. O, sadiq təbəə şeirləri, təşviqat xarakterli əsərlər yazmırdı, istənilən məsələyə aid özünün müstəqil fikri var idi və onu ucadan bildirməkdən çəkinmirdi. Əsərlərinin nəşrinə qoyulan senzura qadağalarını çətin qəbul edirdi. Davranışındakı hər şey diqqət çəkirdi: alkoqoldan həddindən artıq istifadə etməsi, tez-tez dava-dalaş və qalmaqallara qoşulması, Aysedora Dunkanla evlənməsi, antisemitizm, sovet hökumətini tənqid etməsi. Versiyalardan birinə görə, Trotski və onun məsləkdaşları Zinovyev və Kamenev şairi aradan götürmək istəyirdilər ki, Stalin siyasi intriqalarında (guya ki, Stalinin hansısa hiyləgər bir planı var idi) şairdən onlara qarşı istifadə edə bilməsin. Bəziləri belə hesab edirlər ki, Yesenin hamını – Stalindən tutmuş yazıçı həmkarlarınadək - özündən narazı salmağa macal tapmışdı, onlar da şairlə BSİ-nin əli ilə hesablaşdılar. Hər necə olsa da, bu, fakt olaraq qalır:  Rusiya qızılı saçlı şairini erkən itirdi. 

Marina İvanovna Svetayeva

1941-ci il аvqustun 31-də Yelabuqada (Таtarıstan) 49 yaşında özünü asıb.

Marina Svetayeva çox ağır günlər yaşayırdı və odur ki, bu həyatdan qurtulmaq istəyirdi. O, Puşkin adına təsviri incəsənət muzeyinin yaradıcısı professor İvan Svetayev və pianoçunun demokratik ziyalı ailəsində böyümüşdü. İsveçrədə orta  təhsil almış, Sarbonna universitetini bitirmişdi, ingilis, fransız, alman dillərində sərbəst danışırdı, 6 yaşından şeirlər yazırdı. Görkəmli zabit Sergey Efronla ailə qurmuşdu. Sonra hər şey tərsinə çevrilir. Efron ağqvarrdiyaçı idi, Marina isə qələbəyə inanmırdı, sanki qarşıda onları gözləyən faciəni hiss edirdi. Onlar mühacirət etməli olurlar. Çox ağır günlər keçirir, bəzən bir tikə çörəyə də möhtac olurdular. Ailə geri qayıtmaq qərarına gəlir. Rəsmi məlumata görə, Sergey geri qayıtmaq naminə xaricdə XDİK ilə əməkdaşlıq etməyə razı olur. 1939-cu ildə Marina, əri, qızı Alya və oğlu Georgi SSRİ-yə qayıdırlar.   

Tezliklə repatriant (əsirlikdən, mühacirətdən və s. vətəninə qayıtmış adam – tərc.) qadının ailəsi əsl cəhənnəmə düşür: XDİK qızı Alyanı casus kimi həbs edir, sonra isə Sergey, sevimli əri, həm də ələ salınaraq zindana atılır: “orden gözləyirdin, order aldın”. Efronu güllələyirlər, qızı isə 15 il həbsdə qalır. Svetayevanın özü nə iş, nə mənzil tapa bilir, əsərlərini heç kim çap etmir. Yaxın adamlarının dediyinə görə, şairə oğlu ilə ac-yalavac qalmışdı.  

Svetayeva ehtirasla sevən ana idi: vətəndaş müharibəsində qızını itirdikdən sonra oğlu onunçün sanki müqəddəs bir bütə çevrilmişdi. Elə şairənin ən dəhşətli ürək ağrıları da ömrünün sonunacan Mura adlandırdığı sevimli oğlu ilə bağlı idi. Oğlu təxliyyə olunduqları Yelabuqda yaşamaq istəmirdi, ona qarşı kobudluq edir, hədsiz qayğısından azad olmaq istəyirdi, ancaq digər tərəfdən də onun köməyi olmadan yaşaya bilmirdi. 1940-cı ildə şairə yazırdı: “Artıq bir ildir ki, ölümü ölçüb-biçirəm. Ancaq hələ lazımam”. Onu yaşadan da məhz bu gərəklilik duyğusu idi. Sonuncu həlledici təkan Muranın bu sözləri oldu. O, səsini ucaldaraq demişdi: “Bizdən birimiz buradan köndələn çıxacaq”. “Mən”, – deyə Marina qərarını vermişdi.      

Marina ölüm qabağı üç məktub yazıb qoymuşdu: “əziz yoldaşlar” sözləri ilə başlayan rəsmi məktub; 16 yaşlı oğlunu himayəsinə götürmək xahişi ilə şair N.Aseyevə ünvanlanmış məktub (yeri gəlmişkən, Aseyev bu xahişi yerinə yetirmədi) və oğlu Georgiyə yazdığı sonuncu məktub.  

/axar.az/

Tarix
30 İyun [09:04]
Oxunub
885 dəfə
Müəllif
- See more at: http://axar.az/news/22501#sthash.FmsiTpLg.dpuf

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.