Ramilə Qardaşxanqızı - Yad qucaqda düşünəndə
01.07.14
BAŞINI QAT
Başını qat, as özün ürəyindən, unut onu. Sən nağıl olduğun kimi, nağı düşün varlığını. Göydən düşən almalara, nağıl danış. De ki, inanmırsan ona. De ki, yalandı sevgisi. Sonra sığın yalanına, başını qat. Qat başını şirin-şirin, ovut kədərini, ovut... Ovut onsuz qalan səni, sənsiz qalan onu ovut. Dost-tanışdan əhval soruş, başını qat. Qoy onlarda sevinsinlər. Unudulmuş adlarını, bir də səndən eşitsinlər. Başını qat, Kitablatla, şeirlərlə. Başını qat, bu dünyanın içindəki, şairlərlə... Gör nə yazır Əli Kərim, nədən qaçır Ramiz Rövşən? Gör dünyanın harasıdır, harda yatır Əsli, Kərəm? Başını qat, qat odunla, ocağınla. İsin üşüyən qəlbində, üşü onsuz qucağınla. Gör o sənsiz nələr çəkir, od ocaqda üşüyəndə, yad qucaqda düşünəndə, səni onsuz... Gör nə deyir ürəyində, Gözləriylə nə söyləyir, Bəlkə nağıllardan qorxur, Düşən alma onu yeyir?
Avanqard.net
|