Vüqar Əhməd: "Sənətkarı xalq tərifləməlidir" - MÜSAHİBƏ

10.07.14

Filologiya elmləri doktoru, professor, eləcə də AMEA-da ədəbiyyatşünaslıq üzrə dissertasiya şurasının üzvü, nəğməkar şair Vüqar Əhmədlə müsahibə


-Vüqar bəy sizin dövlət kanalında veriliş apardığınız illər mənim uşaqlıq çağlarıma təsadüf edir. O zamanlar verilişiniz maraqla izlənirdi. Amma sonralar davamı gəlmədi. Səbəb nə idi?

 -O zaman mən üç yerdə çalışırdım. Eyni zamanda AMEA da, həm də Müəllimlər İnustitutunda dərs deyirdim. Inustitutun rektoru məni yarımştata keçirə bilməyəcəklərini dedi. Sırf professor elmi adını almaq üçün AzTv dən könüllü olaraq ərizəmi yazıb çıxdım. Bəzi adamlar elə düşünür ki, məni işdən çıxarıblar, amma belə deyil. Bu səbəbdən də efirə çıxmağa icazə vermirlər. AzTv –də mənə qarşı repressiya var. Bu da ona görədir ki, onlar məni özləri çıxarmayıblar, mən özüm işdən çıxmışam. Hansı kanallar ki, AzTv – yə aiddir, onlar da məni qəbul etmirlər. Amma başqa kanallar hamsı məni dəvət edir, verilişlərdə iştirak edirəm. Bunlara baxmayaraq AzTv mənə doğma kanal idi, yaradıcılığımın çox hissəsi orda keçib. Bu kanal dövlətə məxsus olduğu halda anti- demokratik siyasət yeridir. Burda işdən çıxan qara siyahıya düşür. Yeni rəhbər Arif Alışanlı iyirmi il mənimlə dost olub, anamın dəfnində iştirak edib, onun xətrini çox istəyirəm. Amma yuxarıdan qərar olsaydı, digər kanallar da məni dəvət etməzdilər. Onsuz da indi özəl kanal yoxdur ki, hamsının adı özəldir, amma yuxarıdan idarə olunur. Ən baxımlı kanala çıxıram mənim üçün bəsdir. O kanala çıxmaqdansa çıxmamaq yaxşıdır.

- Qadağalar ləğv olunsa yenidən AzT v- yə qayıdarsınız?

 -Xeyr, heç vaxt qayıtmaram. O kanal artıq gözümdən düşüb. Təsəvvür edin ki, Şəhidlər Xiyabanına da gedəndə o tərəfə baxmıram. Məndə artıq o kanala qarşı allergiya yaranıb. Əgər hörmətli prezidentimiz məni sədr təyin etsə gedərəm. Hətta mənim haqqımda film çəksələr belə, yenə də bu kanala ayağımı basmaram. Mən peşəkar televizyonçuyam, aliməm, professoram. Hər zaman AzTv–yə Qeysəl Xəlilov, Qurban Yusifzadə, Elşad Quliyev, Nizami Xudiyev kimi professorlar, tanınmış ziyalı alimlər rəhbərlik edib. Alışanov öz sahəsi üzrə çox gözəl mütəxəssisdir, amma peşəkar televizyonçu deyil. Bu presidentimizin qərarıdır. Mən hər zaman onun qərarlarına sayqı ilə yanaşmışam.

 -Sizcə hər sahəyə uyğun peşəkar təyin olunmamalıdır?


 -Şəhriyarın bir sözü var: “Bizdən irəlidədir Avropalılar, Işi işbilənə tapşırır onlar”. Belə məsləhət olunub. Amma mənim doğma kanalımın bugün acınacaqlı vəziyyətə düşməyinə ürəyim ağrıyır. Mən çox pis oluram ki, Arif Alışanov yaxşı insan olduğu halda, nəyə görə üzü döndü. Yaxşı kadrlar oranı tərk etdi, regionçuluğa yol verdi, öz yerlilərini başına yığdı.

 -Bəlkə bu halların baş verməsinə səbəb Arif Alışanovun məhz televizyonçu deyil, mühasibatçı olmasıdır?


 -Vallah mən deyə bilmərəm. Düzünü desəm bu haqda unutmaq istəyirəm. Ümumiyyətlə AzTv – ni xatırlamaq, bu haqda danışmaq istəmirəm. Sonra deyecekler ki, orda işləmək üçün ürəyi gedir. Sadəcə yaxşı insanın xarakterinin dəyişməsinə pis oluram.

 -Bu sizi məyus edir?


-Hər zaman Arifi yaxşı insan kimi xatırlamışıq, onun başına and içmişik. Mən onu çox istəmişəm, görəndə də mehriban görüşürük. Mən heç vaxt onun arxasınca danışmamışam. Nə sözüm olub mətbuatda demişəm.

 -Deyirsiniz ki, Arif Alışanov yaxşı insandır, sizinlə münasibəti normal olub. Amma dövlət kanalının rəhbəri olduğu halda siz bu kanala loru dildə desək həsrət qalmısız. Sizcə səbəb nədir?


 -Bilirsiniz ki, indi müqəddəs ay olan Ramazan ayındayıq. Bu ayda Qurani-Kərim nazil olub, yalan danışmaq, şər atmaq olmaz. Elə etsin ki, vəzifəsi olmayanda da onun salamın alan olsun. Ola bilər ki, sabah presidentimiz sərəncam imzalasın, o vəzifəsindən azad olunsun. Pul heç nəyi əvəz etmir. O milyonlara sahib olan bir insandır, mən isə kasıb adamam. Buna baxmayaraq indi də mənə hörmət edir, sayqı ilə yanaşırlar.

 -Eyni zamanda teleaparıcı, müəllim, şair kimifəaliyyət göstərmisiniz. Üçünü bir arada çatdırmaq çətin olmurdu ki?

 -Mən verilişimi həftədə bir dəfə hazırlayırdım. Baş redaktor müavini olmuşam, işimdə heç vaxt “çepe” olmayıb. Böyük bəstəkarımız Ramiz Mirişli ilə birlikdə işləmişik. Ifaçılar da hər zaman bizdən razı qalıblar. Elmi yaradıcılığım da ləngitməmişəm. İndiyə kimi 30 kitabım çıxıbsa onun iyimisi ali məktəb dərsliyi, monoqrafiyalardır. Gənc çağlarım idi o vaxtlar, enerjili idim, yorulmaq bilmirdim.

 -2000 – ci ildə parlament seçkilərində iştirak cəhdiniz uğurlu alınmayıb. Sizcə səbəb nə idi?

-Bu haqda mənim müsahibələrimdə səhv məlumat verilib. Seçkilərdə belə oldu ki, seçkiqabağı mən səs topladığım üçün namizədliyim qeydə alındı. Sabahısı gün Yasamal Rayon Seçki Dairəsinin sədri Qədir Kərimov mənə zəng etdi ki, bəs sənin namizədliyin ləğv olundu. Özü də dedi ki, sənin namizədliyinə yuxarıdan icəzə vermədilər. Bu yaxınlarda onunla bir toyda rastlaşdım. Dedim ki, anam sənə qarğış edə-edə öldü. Mənə cavab verdi ki, ananın qarğışı mənə düşdü, vəzifəmi daha da böyütdülər. Qədir Kərimov yalançı, saxtakarın biridir. Seçkidə saxtakarlıq vətənə xəyanətdir.

 -Gələn il parlament seçkilərində iştirak etməyi düşünürsünüz?

 -Hələ dəqiq deyə bilmirəm. Əgər demokratik keçirilərsə, iştirak edərəm. Son zamanlar presidentimiz korrupsiyaya qarşı islahatlar aparır. Siyasi atmosferə baxdıqdan sonra belə qərar verə bilərəm.

 -Seçkilərin demokratik keçiriləcəyinə necə əmin olacaqsınız ki?

 -Əgər demokratik hallar baş verərsə mən buna qismən də olsa əmin olaram. Ancaq əminəm ki, seçkilərdə iştirak etsəm qalib gələcəm. Çünki elə bölgələr var ki, məni çox sevir, çox güman ki, seçkilərdə də məni dəstəkləyəcəklər. Məsələn, Qarabağ zonası məni çox sevir.

 -Qarabağın hansı rayonu daha çox sevir sizi?

 -Füzuli camaatı, onlar məni öz şairləri kimi qəbul edir. Özümü tərifləməyi sevmirəm, amma bilirəm ki, Abşeron rayonunda, Cənub rayonlarında da məni sevənlər çoxdur.

 -Özünüzdən danışmağa niyə utanırsınız?


 -Insan təvazökar olmalıdır. Mən özümü tərifləməyi sevmirəm. Tərif Allaha yaraşır. Bəndə ölüb gedir. Ümumiyyətlə yaradıcı insanların özlərini tərifləməklərini sevmirəm. Sözü bitən sənətkar özünü tərifləyər. Sənətkarı xalq tərifləməlidir. Indi söz adamları çalışsınlar ki, və başqaları, və sairə olmasınlar. Bu siyahıya" daxil olmasınlar". Mən bir sənətkar kimi, bu siyahıya daxil olmaqdan çəkinirəm. Amma hal- hazırda o qədər şairlərimiz, yazıçılarımız var ki, bu siyahıya aiddirlər, amma bütün günü özlərinə tərif vururlar.

-Siz müasir şairlərdən, yazıçılardan hansıları “və başqaları” siyahısında görürsünüz?


 -O qədər var ki, onlar özləri də bunu bilirlər. Bütün günü sosial şəbəkələrdə özlərini tərifləyirlər. Çayxanada, restoranda oturub bir- birilərinə yazı yazdırırlar. Mirzə İbarahimov deyərdi ki, indiki tənqidi məqalələrdən kabab iyi gəlir. Bir qonanqlıqla öz kitabı haqqında məqalə yazdırır. Iş adamı var ki, onun yaradıcılığı haqqında 10-a qədər monoqrafiya yazılıb. Amma baxırsan ki, həmin adamın bir qəpiklik yaradıcılığı yoxdur. Ən çox vəzifəli insanların yaradıcılığından dissertasiyada müdafiə olunur. Bir dənə kasıb, yetim şair və ya yazıçının əsərlərindən müdafiə olunmur. Bir dəfə olsun Nüsrət Kəsəmənlinin, Ramiz Rövşənin əsərlərindən müdafiə olunmayıb. Seyran Səxavətin güclə bir əsərin magistatura işinə saldırdım.

 -Belə hallara şahid olmuş insan kimi inanırsınız ki, Azərbaycanda demokratiya mövcuddur?


 -Hələ gəncdir də, oğlan özünü həddi buluğa çatanda tanıyır. Dövlətimizin 23 yaşı var.

 -Deyirsiniz hələ də həddi buluğa çatmayıb?


 -Cənub rayonlarında oğlan 14 yaşında həddi-buluğa çatır. Şimalda bu proses bir az gec gedir. Axı bizə 70 il Sovet küləyi vurub.

 -Hansı yönünüzlə daha çox fəxr etmisiniz?

 -Mən daha çox alim kimi özümlə fəxr edirəm. Xiyabani, Pişəvari haqqında ilk monoqrafiyanın müəllifiyəm. Cənubi Azərbaycan ədəbiyyatı, tarixi və musiqisinə ömrümün çox hissəsini həsr etmişəm. Mən özümə alim demirəm, Lütfizadənın yanında mən heç kiməm. Onun bildiklərinin yanında mənim alimliyim bir nöqtədir. Sağolsun AMEA-nın prezidenti, akademik Akif Əlizadə bu il məni akademiklər İsa Həbibbəyli, Kamal Abdulla, Teymur Kərimlinin təqdimatı ilə "Fəxri Fərman"la təltif etdi.

 -Sizin şeirlərinizə mahnılar bəstələnib. Demək olar ki, sizin gəlir mənbəyiniz şeirlərinizdir?


 -Yox, qətiyyən. Cavan çağlarımda bir söz işlətdim ki, indi də onun altın çəkirəm. O vaxt dedim ki, adam yaradıcılığın satmaz. Illər keçdikcə, maddi problemlər məni sıxdıqca səhvimi anladım. Indi də pul almağa utanıram. İndi versələr bəlkə də alaram. Bir söz var ki, heç vaxt “heç vaxt” demə. Mən indi prezident təqaüdü belə almıram.
 
-Nə üçün prezident təqaüdü almırsınız?


-Məktublarım prezidentə çatmır. Deyirlər orda gərək adamın, qohumun olsun. Mənim də orda heç kimim yoxdur. Indi prezident təqaüdü almaq üçün gərək Yazıçılar Birliyində “komanda”nın üzvü olasan. Mən də bu birliyin üzvüyəm, amma o “komanda” ya daxil deyiləm. Rəhmətlik Qabil bir dəfə dedi ki, Əliağa Vahidi Yazıçılar Birliyi tanımır, Əliağa Vahid də onları tanımır. Indi belədir də. Onlar məni, mən də onları tanımıram. Indi bəzi şairlər bu birliyi tərk edir. Mən tərk etməyəcəm. Adım qalıb da orda. Gələcəyi bilmək olmaz, bəlkə nəisə oldu.

 -Nə ola bilər, nəyi nəzərdə tutursunuz?


 -Heç olmasa bilirik ki, yazarlarımız dolanır. Gənc istedadlı yazarlarımız təqaüd alır. Yenə də dolanırlar da. Yazıçılarımızdır da bir komanda yaradıb, dolanırlar.

 -Düşünməmisiniz ki, bu dürüstlüklə heç nə əldə etmək olmur. Bəlkə mən də onların “komanda” sına qatılım?

 -Əsla, maddiyata görə heç kimə əyilmərəm. Mən dindar insanam, çətin günüm 10 gün çəkib, 11-ci gün Allah hər şeyi yoluna qoyub. Xaricdə əsərlərim çap olunub, Tehranda “Anam mənim” poemam çapdan çıxıb. Türkiyədə kitabım çap olunacaq. “Məmməd Əmin Rəsulzadə” romanım sifariş olunub. Bu pilləyə öz gücümə gəlmişəm. Dünya Azərbaycanlılar Konqresinin sədr müaviniyəm. Məni Türkiyədə, Qazaxistanda, Tehranda yaxşı tanıyırlar.

 -Maddi vəziyyətinizdən demək olar ki, razı deyilsiniz. Gəliriniz az olur?


 -Mən indi akademiyada işləyirəm. Ora yeni direktor təyin olundu. Professor, millət vəkili İsa Həbibbəyli. Çox yaxşı insandır. Onun akademiyaya gəlişindən sonra mən çox həvəsləndim. Bir başqa yerdə də işləyirəm. O təşkilatın rəhbəri Allah adamı, müqəddəs bir insandır. Həm də adaşımdır. Ora üçün yazılar yazıram. Bir də yaxşı dostlarım var ki, mənim kitablarımın çap olunmasında mənə sponsorluq edirlər. “Qarabağ yuxusu” romanımın təqdimatında da onlar etdilər. Insan gərək hər zaman özündən aşağı baxa. Mənə hər zaman deyirlər ki, səndə paxıllıq hissi yoxdur. Cavab verirəm ki, paxıl olmaq o deməkdir ki, sən o paxıllıq etdiyin insandan səviyyəcə aşağı birisən. Mən özümü nə fəhlədən yüksək, nə də nazirdən aşağı səviyyədə hiss etmirəm. Mənim aləmimdə bütün insanlar eynidir. Bir şeir var: “Əgər yolun düşərsə məzarstana Burda şah da yatır, gəda da yatır”. Mən heç bir yazıçı şairə paxıllıq etməmişəm. Qibtə etmişəm Məhəmməd Füzuliyə, Məmməd Araza bu sənətkarları həmişə həsədlə oxumuşam.

-Sözlərinizə yazılan mahnılar ürəyinizcə olur?

 -Çoxu ürəyimcə olur.

 -Ürəyinizcə olmayanda nə edirsiniz?

 -Ürəyimcə olmayanda o musiqini dinləmirəm. Amma ürəyimcə olan, çox sevdiyim musiqilər də var ki, hansı ki, mənim sözlərimə bəstələnib. “Azərbaycan” şeirim var ki, onun sözlərini İzzət Bağırov bəstələyib. Çox güclü şeirdir. Professor Tahirə Məmmədli bu şeirin Səməd Vurğunun Azərbaycan şeirindən sonra ən güclü “Azərbaycan” şeiri olduğunu deyib. Sonra daha çox bəyənilən əsərim isə “Anam mənim” dir. Rəhmətlik Ələmdar Mahir deyərdi ki, Cəfər Cabbarlının “Ana” şeirindən sonra ən güclü şeir Vüqar Əhmədin “Anam mənim” şeiridir. Elçin Əlibəyli də mənim “Azərbaycan” şeirimi yaradıcılığımın şah əsəri adlandırıb. Biz Məcnunuq, o isə Leyli, Ona saldıq mehri- meyli. Qarabağçün saç ağardan, Azərbaycan, Azərbaycan.

 -Sizcə şeir musiqini sevdirir dinləyiciyə, ya musiqi şeiri?


 -Şeir, çünki ilk öncə şeir yaranır. Bəstəkar, ifaçı, şair bunların vəhdəti önəmlidir. Bunları ayırmaq olmaz. Əgər söz də, musiqi də gözəl olarsa, ifaçı musiqini zəif səsləndirəndə bütün əziyyət hədər gedir.

 -Qismən də olsa şou bizneslə əlaqəniz var. Sizcə şou- biznesdə qalmaq üçün nə lazımdır? Gözəl ifa yoxsa yaxşı qalmaqallar?

 -Tarixdə qalmaq üçün gözəl ifa, şou biznesdə qalmaq üçün isə yaxşı qalmaqal. Xalqımızın bir hissəsinin musiqi duyumu yoxdur. Hər gün ekrana çıxıb ifa edənləri yaxşı ifaçı kimi tanıyırlar. Indi heç bir bacarığı olmayan, səviyyəsiz müğənnilər çoxdur.

 -Sizcə bu səviyyəsiz müğənnilərin gündəmdə olmasının, irəli getməsinin səbəbkarı kimlərdir?

 -Səviyyəsiz ifaçıların gündəmdə olmasının səbəbkarı mediadır. Indi hər müğənninin öz jurnalist dəstəsi var ki, ancaq onların təbliği ilə məşğul olur. Deyirlər Azərbaycanın iki böyük problemi var, Qarabağ və korrupsiya Koorrupsiya Azərbaycanın bir nömrəli problemidir. Düzdür bu sahədə bəzi addımlar atılır, amma bunun qarşısını almaq olmayacaq. Mümkün deyil. Gənc nəsilləri vəzifəyə qoymaq lazımdır ki, onlar rüşvət almasınlar.

 -Axı belə bir söz var ki, aşıq gördüyün çalar?


 -Həə, bu da düzdür. Indiki gənclər də gözlərin açıb rüşvət alan ataların, əmilərin, dayıların görüblər. Mən həmişə rüşvət almağı pisləmişəm. Son 2-3 ayda artıq əlehinə deyiləm. Çünki maaşlar çox azdır, camaat zorla dolanır. Məsələn yazıq tibb bacıları 120 manat maaş alır, axı o bu pulla necə dolansın. Vallah mən ona verdiyim 5 manatı halal edirəm.

 -Siz özünüz də rüşvət alırsınız?

 -Kimdir ki, mənə rüşvət verən? Məndən kimin işi keçir ki, mənə də rüşvət təklif etsin? Bir gün Qabil Salam Qədirzadəyə deyir ki, mən heç vaxt rüşvət almaram. Salam da cavab verir ki, ay kişi sənə kimdir ki, rüşvət verən. Sənin ömür boyu kabinetin, kreslon olmayıb. Kimin səndən işi aşıb ki, sənə də rüşvət təklif etsin. İstəsəm akademiyada kimisə incidərəm, pul alaram. Amma anam mənə deyib ki, rüşvət alsan südümü sənə halal etmərəm. Çünki anası pulu uşağının başına fırlayıb sənə verəcək. Buna görə də mən heç vaxt rüşvət almıram. /moderator.az/

Yenililklər
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.