Aliq Nağıoğlu - Bütün analara rekviyem
08.09.14

      -Salam, ana... Mən qayıtdım... Sənə nə olub?- dünyada ən doğma, ən yaxın olan adamı-ananı qucaqlayacaqsan... Sənin dərbədər olduğun o illərdə elə qocaldı, elə kiçik oldu ki, deyərdin dünyanın ən aciz, köməksiz adamıdır. Səni heç olmasa hərdən görmək ümidi ilə o, artıq öz ömrünü başa vurmaqdadır. Bu dünyada nələri görmədi ki!.. Kiçicik xəbər bəs edir ki, sənin sağlıq durumun, rahatlığın haqda kişi müdafiəçi sənətindən ona sızsın, çatsın.

      Harda olmağından asılı olmayaraq, o, həmişə sonsuz həyəcan içində olub. Sakitcə qonşuluqdakı məscidin həyətinə gəlib, əllərini onun müqəddəs divarlarına qoyub, sənin canına dualar oxuyub. Məsciddən çıxanda əllərini göyə açaraq, sağ əlini üzünə çəkə-çəkə dodaqlarının aramsız pıçıltıları hələ taxta qapısının kandarınadək kəsilməyib.

      Üzünü sənin sinənə qoyub, səssiz-səssiz hönkürəcək, büzüşmüş-qısılmış çiyinləri titrəyəcək, örpəyinin qırağı ilə axan göz yaşlarını siləcək, qızarmış gözlərini sənin qıyılmış gözlərinə dikib deyəcək:
      -Heç, heç-ç, oğlum... Bu, sevinc göz yaşlarıdır... Heç fikirləşmirdim belə tez gəlməyini...

    Ana ürəyinin xoşbəxtliyinin və istisinin həddi-hüdudu olmayacaq. O, qəfəsdən çıxantək çırpınacaq, tənhalığın bitməsindən isinəcək, uzun-uzadı gözləməkdən yorulmuş bütün əzası titrəyəcək, yanağının qırışlarındakı göz yaşları xəfifcəsinə alışıb-yanacaq.

       -Sənin saçların büsbütün ağarıb ki!..-yüngülcə fəryad edəcək, sənin qısa saçlarını darayacaq, titrəyən barmaqlarını nəvazişlə sənin saqqal basmış yanaqlarına toxunduracaq. Çoxdandır axı sənin, indi amansız illərin kişi taleyinə vurduğu zərbəyə məruz qalan, xurmayi yumşaq saçlarına, incə uşaq yanaqlarına doğma ana əli toxunmamışdı:

      -Elə sən də mənim ağ saçlımsan, ana, -gülümsəyib ona cavab verəcəksən, codlaşmış əllərini körpəlikdən qoxusu tanış qısalmış hörüyünə, tamam qırış-qırış olmuş alnına çəkəcəksən, boğazındakı qəhəri udacaq, nəmli gözlərini gizlədəcək, dodaqlarını onun taqətdən düşmüş balaca əllərinə söykəyəcəksən. Bir anlığa otağa sakitlik çökəcək, kəfkirli divar saatının ahəngdar tıqqıltısı eşidiləcək. Çürümüş balaca pəncərələrə axşamqabağı qüruba gedən günəşin şəfəqi düşəcək, haradasa yerinə girməyə ləngimiş cücələr civildəşəcək, qaranquş-ana çiy kərpic otağındakı yuvasına qayıdacaq, küçədən keçən tozlu qoyun sürüsünün mələşməsi, çobanın üşkürəkdə yanıqlı oyun havası, arabadakı biçilmiş yoncanın ətri  varlığın bu lal saniyələrini dayandıracaq.

      -Mənə bax haa! Axı sən yoldan gəlmisən, yorğunsan, özün də ac-susuz! Yaman xərifləmişəm, bala...- danışmaqdan yorulacaq, dəyirmi masanın üstünə ağ süfrə sərəcək, qab-qacaq çıxarıb cingiltiylə düzəcək, kiçik buxarının üstündən sənə tanış dadlı kəndli yeməyini çəkəcək.

      Yaxınlıqdakı məsciddən axşam azanının səsi yüksələcək. Yenə onun rəngsiz dodaqları aramsız tərpənəcək, əllərini yuxarı qaldırıb üzünə çəkəcək, stulunu yaxına çəkib, sənə baxacaq, baxacaq, tamaşa etməkdən doymayacaq...
 

Yenililklər
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.