"Qanun" nəşriyyatında yeni kitablar çap olunub
12.09.14

Rüstəm Behrudi - Bir dəli ayrılıq kimi

Rüstəm Behrudi 80-ci illər ədəbiyyata gəlmiş, istedadlı şair, geniş düşüncə və fikir adamıdır.

Milli azadlıq hərəkatının ilk fədailərindən olan R.Behru­dinin bütün yaradıcılığı yeni türk milli düşüncə tərzinin formalaşmasına, fəlsəfi fikirlərin zənginləşməsinə xidmət etmiş sənət nümunələridir.

O “şairlər gerçək aşiqlər deyillər. Onlar yaşa­nılası lazım olanı sözə çevirdilər və ona görə də sevdanın nə olduğunu heç vaxt bilməyəcəklər” söyləsə də, dillər əzbəri olan sevgi şeirlərinin müəllifidir.
Bu kitabda onun müxtəlif kitablarında nəşr olunmuş sevgi şeirləri toplanmışdır.

Bakı, Qanun Nəşriyyatı, 2014, 232 səh., 500 tiraj
Redaktor: Tahir Kazımlı
Tərtib edən: Ülkər Mirzəyeva
Rəsmlər: Con Miro





Dale Carnegie - How to win friends and   influence people


Natiqlik sənəti və insan münasibətləri sahəsində görkəmli Amerika mütəxəssisi Deyl Karneginin Azərbaycan oxucusuna təqdim olunan bu əsərində işgüzar dünya adamlarının gündəlik görüşlərindən və şəxsi əlaqələrindən, cəmiyyətin üzvləri ilə rəftarından, incə mətləblərdən, düşməni dosta çevirməyin yollarından bəhs olunur.
Kitab geniş oxucu kütləsinə ünvanlanmışdır.

Bakı, Qanun Nəşriyyatı, 2014, 312 səh.,
Ruscadan tərcümə edən:   Həmid VƏLİYEV
Redaktor:    İradə Muradova
Korrektor:   Flora Əliyeva





 
Malcolm Gladwell - DAVID AND GOLIATH

Bir sıra bestseller müəllifi jurnalist Malkolm Qladuell, mifik David və Qoliafın qarşıdurmasından qaynaqlanaraq zəifin qüvvətli üzərində qələbəsini analiz edir. Hər bir fəsildə bir adamın – məşhur və ya naməlum, sıradan və ya qabiliyyətli – həlledilməz görünən bir problemlə qarşılaşarkən fəaliyyət göstərmək məcburiyyətində qalan birinin tarixçəsi da­nı­şılır. Necə etməli: qaydalara uyğun oynamaq, yoxsa öz instinktlərinə bel bağlamaq? Təslim olmaq, yoxsa sona qədər müqavimət göstərmək? Cavab zərbəsi endirmək, yoxsa ba­ğışlamaq?

İnsan – adaptiv bir varlıqdır, lakin elə vəziyyətlər olur ki,  orada adaptasya məğlubiyyətə bərabərdir. Ona görə də öz daxili ehtiyatlarını – iradə, ağıl, fiziki resursları, fantaziyanı – səfərbər edərək olumsuz şərtlər üzərində qələbə çalmaq lazımdır. Çox qüvvətli “qoliaflara” qarşı böyük çətinliklərlə qalib gəlmiş real adamların hekayələri bizə göstərir ki, hətta zəiflər belə taleyin dəhşətli zərbələrinə davam gətirərək nəinki qırılmır, hətta yeni qələbələr üçün özündə qüvvə tapa bilir.

Bakı, Qanun Nəşriyyatı, 2014, 288 səhifə, 1000 tiraj
İngiliscədən tərcümə:  Sabir Sadıqov
Redaktor:   Təhminə Bədəlova
Korrektorlar:   Anjela Quliyeva
                       Aysel Məmmədova





 
TRUMAN  KAPOTE - TİFFANİDƏ SƏHƏR YEMƏYİ

“Tiffanidə səhər yeməyi” Truman Kapotenin oxunaqlı əsərlərindən biridir. Əsərdə söhbət şıltaq təbiətli, düzənsiz həyat yaşayan bir qızın – Holli Qolaytlinin taleyindən gedir. Holli Qolaytlidə uşaq sadəlövhlüyü ilə yüksək qadın cazibəsi birləşir. O, sanki bununla hadisələrin cərəyan etdiyi Nyu-Yorkun da mahiyyətini təcəssüm etdirir. Nyu-York – arzuları əlçatan uzaqlıqda, lakin parlaq vitrin şüşələrinin arxasında gizlədən şəhər...
“Tiffanidə səhər yeməyi” rəvan təhkiyəli əsərdir, birnəfəsə oxunur.

Bakı, Qanun Nəşriyyatı, 2014, 152 səhifə. 1000 tiraj
İngiliscədən tərcümə:     Məlahət Adilova
Redaktor:   Xalid Kazımlı
Korrektorlar:   Flora Əliyeva,
                       Ceyran Abbasova 
                                     




 

JEFFREY J.FOX - HOW TO BECOME A GREAT BOSS

Bizim zamanda şirkət yalnız o vaxt gəlirlə işləyəcək ki, onda əməkdaşlıq ruhu hökm sürsün, rəhbər vəzifələri dəqiq müəyyənləşdirsin, hər bir əməkdaş isə öz iş yerində şirkətin uğurunun qeydinə qalsın. Ona görə də rəhbərlərin öz ətraflarına istedadlı əməkdaşları toplaması həmişə çox mühümdür. C.C.Foksun kitabı bu çətin vəzifəni yerinə yetirmək üçün sınanmış və qeyri-standart tövsiyələrdən ibarətdir. Tövsiyələr müəllifin və bir sıra Amerika şirkətlərinin aparıcı top-menecerlərinin real təcrübələrinə əsaslanmışdır və yüksək səviyyədə praktiki əhəmiyyət kəsb edirlər.
Kitab həm hazırda fəaliyyət göstərən rəhbərlər, həm də vəzifə tutmağa çalışanlar və gələcəkdə böyük rəhbər olmaq istəyənlər üçün nəzərdə tutulmuşdur.
 
Bakı, Qanun Nəşriyyatı, 2014, 136 səhifə. 1000 tiraj
Rus dilindən tərcümə:        Fəxrəddin Ağazadə
Korrektor:                             Nigar Musayeva



 

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.