Cavanşir Yusifli - Vaqifin şeiri: “.... bu dünya dəmyə dünyadı...”
15.09.14

Bir şeirin dedikləri: Vagif Səməd oğlu


Bu yazıda əvvəlkilərdən fərqli olaraq bütün yaradıcılığı bir şeir kimi oxumaq cəhdlərini bulmaq olar. İki səbəbdən: 1) filoloji baxımdan maraqlıdır; 2) ən azı, kitabdakı şeirlərin özləri bunu tələb edir. Bu şeirlər ardıcıllıq mənasında yox, məna, ideya baxımından bir bütöv mətn olmağa meyllidir, ilk qələm təcrübələrindən son şeirlərinə qədər. Yəni, müvafiq kontekstdə nə qədər fraqmentar görünsə də, əslində Vaqif Səmədoğlunun yaradıcılığı bir tam – bir mətn olmağa çalışan stixiya baxımından çox böyük maraq doğurur və fikrimizcə, məhz bu nöqtədə maraqlı filoloji araşdırma perspektivi görünür.

Fikirlər təntiyib, sustalır bir-bir,
Kaş ki, ömrü boyu uşaq qalaydım.
Ay ata, deyirəm, sənsiz dünyada,
Kaş ki, övladın yox, şeirin olaydım...

Çıxış nöqtəsi budur, ... kaş ki, övladın yox, şeirin olaydım... Vaqifin yazılarında səsini başqa bir səsə qatıb çatdırmaq, kadr arxasından danışmaq, ürəyində yara kimi qövr eləyən həqiqəti quş dili ilə çatdırmaq... kimi cəhətlərin olması bu mətnlərin təhlilini “qəlizləşdirir”. Şeirdə, poetik mətndə yalnız şairi axtarıb-bulmağa öyrəncəli oxucu üçün bunu izah etmək çətindir. Bütün hallarda bu bir adamın izinə düşüb tam fərqli ovqatla rastlaşmaq qaçılmazdır. Bizə belə gəlir ki, hər bir poetik mətndə şeir deyilən nəsnə  itmiş nəbzin tutulması anlamına uyğun gəlir. İtmiş nəbz tutulduqda şeir ürəyin ağrıyan yerini nişan verir, bu məqamdan etibarən alt-üst (hardasa əcaib-qərayib) müqayisələrə ara verilir, küy aradan qalxır, dünya, gerçəklik şairin üstündən yeriyib sərhədləri aşır, təbii anlamaq mənasında “dil problemi” aradan qalxır, çünki, əvvəldə dediyimiz kimi, bu səs, bu dil birbaşa deyil, bir “quş boğazıyla” çatdırıldığı üçün artıq bizim anladığımız “təbii dil” anlayışını ötüb keçir; ümumən şeirdə, poetik mətndə hər şey məhz “ötüb keçmə” anından sonra təkan götürür və Vaqifin şeirlərində bu təkan çox güclüdür.  Və bəlkə elə buna görədir ki (səbəblərdən biri ola bilər ən azı), onun mətninə gözlənilməzlik  ovqatı hakim kəsilir, həmişə (lap əvvəldən) gözlənilməzliyin yolunu gözləyirsən.  Məhz bu səbəbdən, Vaqifin bu tipli “fraqmentar” mətnləri daha çox böyük bir müşahidənin nəticəsi təsiri bağışlayır. Zahirən “döngəsiz” olan mətləblərin içi, dolanbacları təsəvvür edildiyindən  də mürəkkəb və qəlizdir.

Nəhəng bürünc xaç kimi
Yırğalanır sinəmdə
Aramızda qalmış buludlar,
Təyyarənin uğultusu,
Məsafə.
Qəflətən şamları sönmüş
Kilsədir
Qara dəniz
Sənsiz...

Bu parçadan vaz keçib başqa bir nümunəyə, bizim təhlil üçün aldığımız mətnə baxaq.

Ömür yolu açıq yoldur
Nə getdi, getdi...
Əlində bir gün də qalmır,
Nə itdi, itdi...
Bu dünya dəmyə dünyadır,
Nə bitdi, bitdi...

Sonra –

Göy üzü tutqun, qəmli
Göy üzü
Qırış-qırış.
Kənddə
Qapı ağzında oturub,
Keçmişə baxan qarıya
Bənzəyir göy üzü
Bu gün...


Vaqifin şeirlərində bütün günü, bütün ömür boyu gördüyümüz nəsnələrin tərs üzü var, qüssəyə, dərdə bələnmiş şəkildə. Bu şeirlərdə “gecənin üzü-gözü quş səsinə” bələnib, bir arı “bürküyə, gün işığına ilişib”, buludlar, burda bu gün dayanmayın, bürküyə ilişib, çıxa bilməyən səs var, - deyilir. Və bu şeirlərdə dünyada, elə Azərbaycanda da yazılan poetik mətnlərdə rastlanmayan qəribə obrazlar var – şairin öz obrazı, özünü, xatirələrini şeirə çevirmək cəhdi.  “Şair kimi yox, şeir kimi ölmək istəyirəm...”. Bu şeirlərdə axtardığım obrazı bulmaq üçün mətndən-mətnə adlayıram, hərəsində bir qırıq, bir şüa tapsam da, bir tam halında onlar ələ gəlmir və anlayıram ki, bütün yaradıcılığı bir şeir kimi oxumaq mümkünsüzdür, çünki bədii obrazlardan hörülən sistem həmişə açıq qalır və ya açıq qalmağa məcburdur.

... Burda yurd salma, gülüm,
Bura vətən yeridir.
Üfüqə gedənlərin
Gözdən itən yeridir...

Orta əsrlər şairi haqqında demək olar ki, o, yerlə göy arasında mediumdu, müasir şairlərə gəlincə bu söz uçub-tökülür, tuş gəlmir, indiki dövrdə şair obrazının qırıntılarından bəhs etmək yerinə düşür. Belə olduğu üçün şair “informasiya alıb-vermir”, nəyisə ötürmür, bu iki qütb, bu iki sərhəd dirəyi arasında azıb-qalan bir obraza çevrilir. Şeirin içində itib-batır, Vaqifin bir şeirində deyildiyi kimi, sağımdan-solumdan güllələr keçir, mənə tütək səsi dəydi uzaqdan....

Vqifin mətnlərində şeir obrazı var – hər şey bu obrazdan keçərək ad qazanır, müəyyənləşir, çərçivəyə düşür, yaxud mövcud çərçivəni vurub-sındırır.  Bu obrazın açımı təqribən belədir ki, keçmişlərdə deyildiyi kimi, “lirik qəhrəman” hər şeyi – dünyanın mənasını, ömrün, həyatın faniliyini, taleyin başa qaxınc olmasını .... məhz bu burulğan içində arayıb-bulmaq istəyir.

İlişmişəm,
Şeirlərimin hörümçək toruna.
Azad olub
Yaşaya bilmirəm...
Amma bəlkə
Mənə yaşamaq yox,
Şeir yazmaq gərəkdir...

Bəzən də belə: kaş məni burda qoyub / gedəydilər yaxınlarım/ unudaydılar bu bağa gələn / yolların hamısını.../Allahın məhkəməsi qabağında / üzümə duraydılar / bu kimsəsiz bağda... Sözlər yalvarışla, ən aşağı tonda – eşitməklə-karlığın sərhədində deyilir: şeirin gözünü / insan gözləri açır, ana/ qorxma yazdıqlarımdan / mənim şeirlərim / kor doğulur, ana.. Bax, bu ən aşağı tonla deyilən sözlər / səslər iki əli yaxasında qalan insanın çökmüş, darmadağın içindən gəlir: bir fransız şərqisi oxunacaq yaxında/ yenə/ başdan-başa şumlanmış / bir el düşəcək yadıma... Hər şey min il qabaq baş verdiyi kimidi, heç nə dəyişməyib, bu məmləkətdə dəyişiklik, səsin, sözün ... görünməyən qatlarında, yalvarış və həsrətin lap dibində baş verir, belə olduğu üçündür ki, gecə və gündüz bir-birini əvəzləmir, bir-birinin içindən çıxır və “tanımaq” feili də real həyatda potensial gücünü itirir:

Elin yaz çağıydı,
Torpaq gülürdü,
Çiçəklər solanda
Tanıdım səni.
Yadımdan çıxmışdın,
çıxmışdın gülüm,
Gözlərin dolanda
tanıdım səni...
    
Çünki söhbət şairdən gedir, şeirin içindən dünyaya düşən şairdən..

Şeirlərdən ev tikmişəm
Gedib-gələn yox.
Sözlərimlə məclis qurub
Deyib-gülən yox.
Bir kəs döyməyib qapımı
Yoldan ötən yox.
Özüm də yola çıxmıram
Yolda vətən yox...

Vaqif Səmədoğlunun bir sözü də var: bu dünyada oxunmamış bir nəğmə yoxdu, ancaq qəfildən və təzədən yada düşəndə hər şey dəyişir, onun şeirləri də köhnələrin qəfildən dirilməsi, söz kimi açmasıdır...

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.