BSU-da Maksim Qorkinin nəvəsi ilə görüş olub - FOTOLAR

19.09.14

Bakı Slavyan Universitetində Maksim Qorkinin nəvəsi ilə görüş olub.


Tanınmış rus yazıçısı Maksim Qorkinin nəvəsi, E.Vaxtanqov adına Moskva akademik teatrın aktirisası Darya Maksimovna Peşkova, yazıçının ulu nəvəsi aktirisa Yekatrina Aleksandrova Peşkova və onun Y. A. Peşkovanın oğlu Timafey Yevgeneviç Peşkov Bakı Slavyan Universitetinin qonağı oldular. Ali təhsil müəssisəsinin rəhbər heyəti, müəllim və tələbələrinin iştirakı ilə keçirilən görüşdə universitetin rektoru  prof. A. Hacıyev qonaqları salamladı, Azərbaycanda rus dili və mədəniyyətinə olan böyük diqqət və BSU haqqında geniş məlumat verdi: ”2000-ci ildə Ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş Bakı Slavyan Universitetinin inkişafında möhtərəm prezidentimiz İlham Əliyevin böyük  rolu vardır. Müəssisəmizin potensialı və dinamik inkişafı bunun bariz nümunəsidir.” O, həmçinin rus ədəbiyyatında əvəzsiz xidmətləri ilə tanınan məşhur yazıçı Maksim Qorkinin yaradıcılığından söhbət açaraq universitetin kitabxanasında yazıçının müxtəlif məzmunlu kitablarının saxlandığını, onların tələbələr tərəfindən maraqla oxunduğunu və tədris olunduğunu vurğuladı.

Tədbirdə Rus ədəbiyyatı kafedrasının dosenti Yaşar Quluzadə, “Русский язык и литература в Азербайджане” jurnalının baş redaktoru, prof. Flora Nacıyeva öz çıxışlarında Maksim Qorkinin yaradıcılığından söhbət açdılar, “Русский язык и литература в Азербайджане” jurnalının yeni nəşri qonaqlara hədiyyə edildi. Azərbaycanda səfərdə olmasından məmnunluq hissi duyduğunu qeyd edən Yekatrina Aleksandrova Peşkova  bu ölkəyə, şəhərimizin gözəlliyinə, xalqımızın qonaqpərvərliyinə heyran olduğunu vurğuladı və öz xatirələrini bölüşdü.

Tədbirdə  M.Qorkinin ali təhsil ocağının kitabxanasında saxlanılan kitablarından ibarət stendi
təşkil olunmuşdu. Sonda qonaqlar BSU-nun  müəllim və tələbələrinin çoxsaylı suallarını cavablandırdılar və Maksim Qorkinin kitablarını xatirə imzası ilə görüş iştirakçılarına hədiyyə etdilər.

BSU-nun Mətbuat xidməti
































































Yenililklər
12.06.25
Mehriban Vəzir "Rəng mühəndisi" haqqında - Bundan sonra heç nə yazmasa belə... bəsidir
09.06.25
Xatirəsi vətən oldu ömrümə!
09.06.25
Hər il 9 iyun gələndə...
01.06.25
Şərif Ağayarın yeni romanının təqdimatı olub
28.05.25
Şərif Ağayarın yeni romanı təqdim olunacaq
20.05.25
AzTV-də yeni sənədli film - Azərbaycanlıların deportasiyası (1948-1953)
19.05.25
Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib
19.05.25
Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü – MBFW Azerbaijan başa çatıb
17.05.25
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.