Xanəmir - "Nobel" mükafatının ədəbiyyatda yeri
29.09.14

Şərin müdafiəsini manifestləşdirmiş masonluq  açıq gözləri oyaraq, vuran ürəklərin başına qurşun sıxaraq, yol tutan ayaqları əlil edərək yeni dünya düzəninin təməl fəlsəfəsini oluşdurur. Masonluq bir dünyada yaşayan yazarlar, şairlər, incəsənət aləmi  üçün başqa bir gerçəklər və işin içində başqa işlər papağının dalını qaldırır. Bu işlərin sulanmış sirrinə vaqif olmaq üçün bir az iynəynən gor eşərək irəliki tarixə azacıq da olsa, nazilərək nəzər salaq. Sovet dövləti kimi mühafizəkar və dünyaya daş çıxardacaq bir yapıya sahib ölkənin ideolojisinin alt təməlində ədəbiyyata, incəsənətə yönəlik  məqsədyönlü bir   siyasət mürdəşirliyindən əl çəkmirdi. Özü də insanların sitəmindən sərmayə biriktirən  bu siyasətin həyata keçirilməsi qaçınılmaz şərtlərlə əhatə olunurdu. Əks təqdirdə istənilənlər əldə oluna bilməzdi. 

Metafizik mədəniyyətləri murdarlayan masonlar soysuz-sopsuz sovet hökumətini, o cümlədən, dinin həmişə gözlərinin ağına-qarasına mürdəşir şəklində görsənən  materialistləri sevmir və qəbul etmirdilər. Onların düşüncələrinə görə, sibirlərdən başlayan sovetlər  birliyi yıxılarsa, onların  önləri açılar, digər qlobal  hesab etdikləri gizli şər poliqonlarında proyektləri   həyata keçirmək imkanları rahatlaşar. Ən azından ona görə ki, sovetlərdə yaşayan yəhudi əsilli  alim, yazar, ziyalı, və ümumən aktiv, kamil insan resursu daha çox idi.  İnsan səadətini sənətdə, ədəbiyyatda, incəsənətdə süstləyib obrazlaşdıran sovetlər dağıldıqdan sonra isə o insan potensialından istifadə eləmək təbii üsulla baş verəcəkdi. Çünki istənilən ideyaya  sahib olan yəhərli-yüyənli yəhudi öncə yəhudidir,  Yerusəlimə yerikləyən yəhudidir, öncə mason anlayışının tərəfdarıdır. 

Masonlar abstrakt, abstraksionizm, avanqard, modern ədəbiyyatı, əsərləri, sənət nümunələrini dəhşətli dərəcədə qəbul edirlər. Masonlar şərə dirəniş göstərən dini sərxoşlanıb sevmirlər. İddialarına görə,  insanlığı sonucda vulqarlığa sürükləyən bütün dinlərin birarada olduğu, qaynayıb qarışdığı vahid din anlayışını  daha çox təqdir edirlər. Ancaq özlərində İlahi dəvətə könül verən, tarixi nümunə göstərə biləcəyin dindən əsər-əlamət tapa bilməzsən, daha çox düşüncələri, fikirləri, ideyalarını qəbul etmədikləri materialistlərdən heç də fərqlənmirlər. Onlar daha yaxşı bilirlər ki, mübarizə apardıqları gücə qarşı, eyni güclə çıxmaq əsas oyun qaydalarından sayılması gərəkir. Məsələn, sovet dövləti ədəbiyyatda, incəsənətdə ən çox realizmi və romantizmi təqdir, təbliğ edirdi. Aysberqi xatırladan abstrakt sənətə qarşı militancasına mübarizə aparırdı. Sənətdəki avamlığı dışlayan avanqard meyilləri birmənalı olaraq  qəbul etmirdi. Stalin hakimiyyətdə olduğu dövrdə bu işin peşini buraxmaz, zamanında uyğuladığı siyasi kursu  partiya və dövlətin ideoloji təməlinin möhkəmlənməsi naminə hər türlü addımı atmaq üçün  kütləvi  qırğın planını işə salar. Bu barədə Stalinin hakimiyyət uğrundakı  uzaqgörənliyini qəbul etməmək mümkün deyil. Dövlətlə, sistemlə bir əsəri, mətni təhlil etmək düzgün kurala sığmır. Bir dövlətin təməlində milyonlarla əsər baş-başa verib quzu kimi yatışır. Yeri gələndə dirilib qoyun olur. Yeri gələndə onun mələməyinə hər cür misilsiz imkanlar yaradılır. Yeri düşəndə də ətindən, südündən, yunundan istifadə edilir. Hətta mən deyərdim ki, onun ayaqları, kəsilən başı da bəzən atılmır. Xaş bişirmək üçün də sənəti, düşüncəni iştahda saxlayırdı. Bu əsərlər – insan, kütlə resursu elə şəkildə bir ritmə və nota köklənməlidir ki, lazım  gəldiyində  eyni vaxta eyni yuxunu hər kəsin görmə, hər sabah günəşin doğuşunu hər kəs eyni vaxtda seyr eləmə imkanına sahib olsun. Məncə, Stalin gözəl  anlayırdı ki, belə sistem əbədi-əzəli ola bilməzdi. Ancaq dünyada gedən proseslər, ideoloji güc mərkəzlərinin gələcəyə yönəlik taktika və stratejilərini nəzərə alaraq, müəyyən dövr çərçivəsində belə bir dövlətin – sovetlər birliyi kimi nəhəng bir dövlətin varlığı mütləq sayılmalıydı. Elə də olur. Lakin bu dövlətin ömrü, tarix də göstərir ki, dünyanın mərkəzləşdirilmiş  güc və beyin strukturları tərəfindən qlobalizm adi altındakı hədəflərini nəzərə alanda, çox, lap çox qısa olmuşdur. Cəmi 70 il. 

Stalin ədəbiyyatla bağlı deyirdi: “Bizə elə hekayələr lazımdır ki, oxucunu imperialist müharibələrin dəhşətindən ayırıb, belə müharibələri təşkil edən imperialist hökumətlərin devrilməsinin labüdlüyünə inandira bilsin... Biz əksinqilabi müharibə kimi, imperialist müharibələrin əleyhinəyik. Amma biz antiimperialist, inqilabi, azadlıq müharibələrinin lehinəyik”. Göründüyü kimi, Stalin imperialist hökumətlərinin devrilməsini qarşıya məqsəd qoyur. O yaxşı anlayırdı ki, şəbədəsi əskilməyən bütün şər, şeytani  oyunlar irtica ixraxına dayalı imperialist mühitin,  sistemin daxilində baş qaldırır. Onun da napoleonlar, hegellər, eynşteynlər, nitsşelər  yetişdirdikcə artıb kökələn kökünü  kəsmək üçün hökumətlərin devrilməsi, çökməsi və ən əsası da yerində sovet ideoloji  sisteminin insanlığın itmiş, qeyb olmuş sevdasında  dostluq, qardaşlıq  təranələrinin təbəssümünü saçan bərabərliyin bədirlənib romantikamızın uca göylərində  bərqərar olması lazım idi. Bu baxımdan, Stalin haqlı olaraq ədalət tərəzisinin saxta gözlü ədəbiyyatının rəşadət vəd edən rolunu dəqiq bilir, onun  dünya idarə sisteminə verəcəyi töhfələrin nə qədər qarşı güclərin əhdini kəsərək əhəmiyyətli olduğunu anladığından, istəmirdi ki, sovet dövlətinin yazarları imperialist güclərin dəyirmanına   soyudulmuş, ilıq su töksünlər. Stalinin sənətə yönəliş suyumunda  Sibirlərə bağlı buz bağlamış sular daha çox önəm kəsb edirdi.  Bu baxımdan Stalinin siyasi reputasiyasını qaldıran repressiya planlarını  da yaxşı başa düşmək mümkün olsa da,  təbii ki, buna haqq qazandırmaq heç cürə mümkün deyil. 

Sovetlərin dağılmasını isə sovet hökumətinin başçısı M. Qarbaçovla, onun  qanlı əlləriylə həyata keçirdilər. Bu  zeytun və əncir müqəddəsliyini  yoxa çıxarmış zəhmətin və xəyalları da xərçəng qorxusunda saxlayan xəyanətin qarşılığı olaraq, onu Bakı neftindən maya tutmuş  Nobel sülh mükafatına təqdim etdilər. Kimlər? Masonlar. Xatırladım ki, dünyada bir çox ünlü təşkilat və qurumlar, şirkət və komitələr, şəxslər var ki, birbaşa masonlarla, mason lojalari ilə əlbir, əlaqədardırlar. Hətta masonluğun mərkəzi, beyin gücü sayılırlar. Belədə,  mayası Bakı neftindən tutulmuş Nobel mükafatı verən mədəniyyətin korrupsionerliyini məharətlə  mühafizə edərək mənəviyyat kataklizmlərinə yol açan komitənin də əsasını cəddi meymunlara əsir düşmüş masonlar təşkil edir. 

Ədəbiyyatda  masonlar realizmi, sovetlərin təqdir elədiyi romantizmi qəbul etmirlər. Reallıq yalandan uzaq, romantiklik isə reallığın üzərində, reallığın bir pillə irəli görüşü, irəliki məsafəsidir. Yəni hədəfdir. Sovet ədəbiyyatı, əslində, realizmdən – a nöqtəsindən, romantikliyə – b nöqtəsinə doğru irəliləyir, inkişaf edirdi. Sovet ədəbiyyatı spiralvari, üçbucaqlı, çoxbucaqlı deyildi. Sadəcə, başlanğıcı və sonu, sonunun da yeni bir başlanğıca dönmə imkanları tükənməyən bir ədəbi anlayışı qapsayırdı. Masonlar  keçici də olsa, üstünlük hədəfləyən sovet ədəbi üsulunu sevmirdi. Ona görə də sovet dövrü fərqli cərəyanlara meyillənən, o cümlədən, avanqard və modernizm hərəkatını dəstəkləyirdilər. Çünki bu akımlar, cərəyanlar sovet ideoloji sisteminə zidd  dünyagörüşü formalaşdıra bilərdi. Masonlar abstraksiyanın sovet ədəbiyyatı və incəsənətində iz salması üçün nə gərəkirdisə, etməyə hazır idi. Sovetlər də bunun qarşısını almaq üçün  öz yöntəmini uyğulamaq zorundaydı. 

Başqa bir gerçəklik ondan ibarət idi ki, abstraksıyanı qəbul edən masonik dünya gücü, dini simvol və sistemə dayalı ədəbiyyatı, incəsənət nümunəsini də görmək istəmirdi. Çünki dini motivli, dini qaynaqlı nümunələrin mahiyyəti onların şər, şeytani əməllərinin ifşasına yönələ bilirdi. Masonların “kainatin ulu memarı” anlayışı əsla “Allah” demək deyildir. Üç sözdən oluşan bu birləşmənin qapsadığı ad, (kainatın ulu memarı) elmdən, ideologiyadan xəbər verirdi . Allah adı həm səsləniş, həm də məna  ifadə etmə etibarı ilə  dini bir qavrama oturdulmuşdu.  Sanki Allah bu anlayış və “güc”  tərəfindən həm “sroka” oturdulmuşdu, həm də “cəzaya talib” tutdurulmuşdu!!!  Ancaq kainatın ulu memarı  sonradan yaradılmış bir ad, bir mahiyyət kəsb elədiyindən,  din də sonradan yaradılmış olmadığından, ona sadəcə, reforumçuluqla yanaşma imkanının olması, istər-istəməz  bu qarşıdurma, gözə kül üfürüb üzdə Allaha bağlılıq maskası ilə kütləni formilo eləmə, özünə inandırma, ən əsası isə seçilmiş şəxsləri  böyük oyuna qatma və onları qoruma prinsipi güdür, belə məsum niqabda gestapo rejimini əsas tuturdu.  

Masonluğun birmənalı olaraq, Allahla, dinlərlə heç bir müsbət əlaqəsi ola bilməzdi. Əksinə o dinləri bir-birinə qatma, yaxud da dinlərin dayaq nöqtələrini dağıtma prinsipləri həmişə  vazkeçilməz  kodeks olaraq  qarşılarına məqsəd kimi qoyulub. Bu prizmadan yanaşıldığı zaman, Tomas   Eliotun da təqdir elədiyi kimi, dini qapsamlı və içərikli mətnləri, sənət əsərlərini, nümunələri heç vaxt əslində lənətləməyəcəklər. Bu cür  təmiz əsərlər gələcəkdə də qorunmuş, arınmış, hətta hisslərinə həsəd aparacağınız insanların həmsöhbəti, həyatlarının naxışı ola biləcəklər. Bu əsərlər işıq dalğalarının hər an kainatın dərinliklərindən, sonsuzluqlarından dünyamıza  həmişə  xeyir impulslarıyla  istiqamət alacaq, bizim isə itirilmiş  o ilahi işıqların qarşısına çıxara biləcəyimiz kəhanətlərə sinə gərən güvəncimiz olacaqlar. 

Bizlər bəzən böyük  mənfi , şər gücləri qoyub, onlara söykənərək  balaca xeyirxah güclərə qarşı mübarizə aparır, ya da o xeyir gücünə qarşı əsilliyini çıxan itirmiş aqressiv psixologiya ilə silahlanırıq. Çünki, təbili çalınmış yanlış təbliğatların əsirinə çevrilmiş hələ də “qırmızı” qullarıyıq. Bəyliyini və kosmik özgürlüyünü hifz edən öz beyin potensialımızdan, əsla istifadə barədə düşünmürük. Sadəcə, əzbərlədiyimiz, şüur imkanlarına  dönüşdürdüyümüz saxta, şər yaşam əsaslarının simvol və atributlarıyla dolub daşaraq, özümüzü “anlayışlı”,  “bilgili”, “ intellektual kəsim” zənn edirik. Oysa bəzən ürəkdən mübarizə apardığımız bir tərəfin nə qədər xeyir içində xürrəmliyini, bizə lazımlı olduğunu görmə imkanından çox-çox uzağıq. 

** 

Elə isə necə olur ki, dini motivli əsərləri, sistemlərə kozr verən, donor pompalayan  sənət nümunələrini həm masonların, həm də sovetlərin  sevmədiyini biliriksə, burdan hansı nəticəni çıxarmış sayılırıq. Din soyuqları, sazaqları  sibirlərdə deyil, insanların ruhunda cilvələndirən nə soysuz  sovetlərin, kommunistlərin nə də mədəniyyətlərin qənimi, milli məharətliliyi murdarlayan masonların malı deyil. Onu hər zaman qırışmal  qarşılarında qırılmış, sındırılmış,  ya da plastilin yapısında gördülər. Kəhanətləri dağıdan, insan psixologiyasının gələcək  güvəncini şərdən gizləyən  gerçək, həm də insanlıq tərəfindən hələ də dərilməmiş din islamdır.  İsasıyla, Məryəmiylə incidilmiş “İncil” pozula bilər, ancaq Vatikanın, Romanın  məkrini itirəcəyi xristianlığın pozulmasına inanmıram. Ancaq nə islamın, nə “Quran”ın  pozulması mümkün deyil. Bu mənim günbəgün saatbasaat sibirləri isindirəcək inancımdır. Masonlar xristianlığı hədəf alsalar da, islamın adını çəkmədən onu heç görmək istəmirdilər. Birdən-birə iki dinin güclərini qarşılarında görmək çətin və ağır idi. Xristianlarla işlərini bitirdikləri təqdirdə, İsanı da, Məryəmi də qoruyan  islamı yox eləmə təcrübələri və imkanları artacaqdı. Sadəcə, xristianlıq  intellektualığı və çevikliyi sayəsində, kilsə mərkəzləşməsi sayəsində tarixin astarında-üzündə  diyirlənən gərəkən dirənişini zamanında göstərə bildi. Xristianlığı yeyə bilməyən masonluq islama heç gözünü dikmədi. Amma islamla bağlı heç bir simvollaşmış ifadə işlətməsələr də, bütün fəaliyyətlərini Qaybda irilən islama yönəltdilər. Mısmırığını sallamış  bütün müsəlman dövlət və hökumətlərini bir-birinə qatıb, gərəkən  devirmək, devrimlik dərsləri verməkdədirlər.  Xortlamış xristianlıq nə mənəvi, spiritual, nə də “materialist” müsəlmanlıq üçün qorxulu deyil. Bundan sonra  səlib yürüşü arxetipi də artıq təpətini itirmiş tarixə qarışdı. Sadəcə, hər iki din üçün bir güc varsa, o da maddi mətahını mənəvi mətah altından sırıyan masonluqdur. Sovetlərin və masonların sərvaxtlığını, səadətini sevmədiyi, qəbul eləmədiyi əsas din olan islam hər zaman böyük ədəbiyyatlara da, incəsənətə də, mədəniyyətlərə də cadar torpaqlara, quru iqlimlərə yaşıllıq yəhərləyib,  yön verib. Sovet dönəmində  H. Cavidi sovetlər də sevmədi. Çağdaşlığıyla gələcəyə yeni arxaiklik, geriçilik modeli aşılayan Avropada yaşasaydı, heç imperialistlər də sevməzdi. Demək bizim burdan dünyanın hikmət çarhovuzundan  çıxaracağımız nəvəli, nəticəli, kötücəli, yeddicəli nəticə, “dini içəriyi olmayan istənilən mətn”  mərdanəliyini itirməklə  masonların işinə gələ, müəllifi  Bakının halal-hümmət nəcib neftindən maya tutmuş Nobelə aday göstərilə bilər. Milli anlayışları  saz tutub söz qoşub dəf çalaraq  dəf eləmək, mason dünyagörüşünün komik  konyukturasında əritmək çətin olmayan yaxın tarixlərə insanlığın ərdəmini zorlayan ticari  təcrübəsidir. Din rüzgarı əsən hər hansı bir sənət nümunəsində  Nobel  mükafatına qarşı bir əsəb, bir etiraz, şərə qarşı, mason lojalarına, şeytani beyin mərkəzlərinə qarşı bir sitəm, etiraz vardır. Bunu bilməmək, görməzlikdən gəlmək uşaq başı aldatmaq dərəcəsində gülüncdür. Bizim intellektual kəsim isə, hələ də, bilmirəm, bəlkə də, Bakının əziz neftinin xətrinə “Nobel, Nobel!!”,  deyib durur. Bu işin arxa baxçasında isə əkilən həşişlərdən, ağ ölümdən, viruslardan, xərçəngdən, dünya əhalisinin 90%-nin iyrənc üsullarla  necə yox edilməsi planından  sanasan ki, xəbərləri yoxdur. /kult.az/

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.