Yetim Qacar - Qoğal yetişmədi
01.10.14

BSU Yaradıcılıq fakültəsinin metodisti

Hekayə

Axşamdan beynində bir cümlə ilişib qalmışdı: Sadiqin gözlərində həyat ölmüşdü. Doğrudan da, həyat çox qəribə idi və o bu qəribə həyatı yaşamaqda davam edirdi. Hərdən özünə sual verirdi: “İstəmədiyi həyatı ona yaşatmaqda davam etdirmək ədalətdən idimi? Əgər ədalətdən deyildisə niyə Tanrı bu həyatı ona yaşadırdı”. Bu sualların cavabını tapa bilməyən Vusal stolun üstünə nəzər saldı.

Adət etdiyi kimi, iş otağına girər girməz cibini iş masasının üstünə boşaldırdı. Cibində olarları derkən, cibində nə olurdu ki? Kohnə cib dəsmalı (bircə cib dəsmalı vardı, həyat yoldaşı hər bazar onu yuyub birinci gun cibində hazır edirdi. Vusal cib dəsmalına çıx həssas idi. Çünki o dəsmaldan daha çox gözünün yaşını silmək üçün istifadə eirdi. Onunda gözü heç vaxt quru olmurdu..), metro, maaş və təqaüçü kartları, 29 manatlıq telefon və birdə yol pulu. İndi yenə eyni qaydada düzmüşdü. Metro kartında cəmi 20 qəpik pulu var idi, maaş və təqaud kartları ancaq maaş və təqaüd verilən günü içində pul görürdü. İndi hal hazırda cibi kimi boş idi kartları. 29 manatlıq telefonunun "Simkart"ının kredit xitmətindən istifade etdiyindən "Narkart" ona kreditə belə kontur vermək fikrində deyildi. Səbəbi telefon kartına çox az hallarda kontur vurması idi. Hə, bir də kartların yanında bir diri əlli qəpikliyi var idi. Evdən çıxanda balaca oğlu pulu ona vermişdi və boyük ümidlə axşama qoğal gözləyirdi.

Yaman susamışdı. Gündəlik qida rasionunun 70 faizini təşkil edən buzlu su nədənsə səhər-səhər boğazını göynətmişdi. İsti nəsə içmək istəyirdi. Bufetə gedib qayıdana qədər yolboyu ancaq axşam qoğal istəyən oğluna nə cavab verəcəyi barədə düşünürdü. İndiki uşaqlara da, maşallah, dil çatdırmaq olmur ki. Dünən böyük oğlunun “Ata bizi karuseldə fırlanmağa nə zaman aparacaqsan” sualına cavab axtararkən balaca oğlu “Ata 3 aydır bizi sözü ilə fırladır, daha mənim başım gicəllənir fırlaanmaqdan” - deyib uşaq təbəssümü ilə gülmüşdü. Uşağı qınamırdı əslində. Daha indiki uşaqları söz ilə aldatmaq olmurdu.

“Bir parça qənd pis olmazdı” düşüncəsi ilə şkafa boylandı, amma yaddaşı ona gözündən tez cavab verdi. 3 gün bundan qabaq növbə ilə qəndqabının, şəkər tozunun, daha sonra da qənd bankasının içinə isti su doldurub “şərbət içirəm” deyə özünü aldatmışdı. Əgər o qənd almayıbsa, görəsən şkafa boylanmaqla hansı möcüzəyə ümid edirdi? Kofe soyuyana qədər başımı xəbərlərlə qatmaq düşüncəsi ilə monitora boylandı. Xəbərlər qan ağlayırdı. İŞİD-ə cavab olaraq indi də şiələr kəsilmiş başla futbol oynayıb videonu "yotube"ye yerləşdirmişdilər. Böyük bir idarədə balaca bir otaqda elə balaca da bir stol sahibi idi. Nə qədər edirdisə insanların bu qədər qansızlaşmasının səbəbini tapa bilmirdi. Boşluğa düşmüşdü. Hər tərəf boşluq idi. Cibi boş, kartları boş, qənddanı boş... Təkcə urəyi dərdlə dolu idi. Dünən şöbə müdiri məktubu ona verib belə demişdi: Kuryer hələ işə çıxmayıb, məktubsa təcili çatmalıdır nazirliyə. Səndən başqa kiməsə güvənə (oxu: səndən başqa kimsəni loxlaya) bilmirəm. Sən də mənim qardaşım, apar məktubu nazirlikdə qutuya sal gəl. Utana-utana: -Vergilər Nazirliyinə hansı marşrut gedir? - deyib susmuşdu. Şöbə müdiri: -Nə marşrut? - deyib gülümsəmişdi. Əslində haqqı da var idi. Axı o Vusaldan fərqli olaraq marşrutdan istifadə etmirdi. Vusal: - Bəs nə ilə? – deyə daha bir məntiqsiz sual vermişdi. Qarnı hamilə qadının qarnını geridə qoyan Akif müəllim “Bir manatlıq yoldur, otur taksiyə get dana” - demişdi və yenə də gülümsəmişdi. Vusal da candərdi gülümsəyib: “Oldu müəllim”, - demiş və tez otaqdan çıxmışdı. Qorxmuşdu ki, dili dinc durmayıb “Axı mənim cibimdə 70 qəpik pulum var” - desin. Canını dişinə tutub 1 manatlıq taksi yolunu piyada gedib qayıtmışdı. İndi axşam evə necə gedəcəyini düşünürdü. 20 qəpik pulla həm evə getməli, həm də oğluna qoğal almalı idi. Düzdür, indi şirniyyat dukanlarında 20 qəpiyə qoğal tapmaq mümkünsüz məsələ idi, amma keçən dəfə işə gələndə yolunun üstündəki şirniyyat sexindən biri 25 qəpik olan qoğalı 30 qəpiyə ona satan satıcı irişə-irişə - Müəllim, 5 qəpiyim yoxdur, - demişdi. Sonra da irişməyini hırıldamaqla əvəz edib “gələn dəfə gələn də qoğalı sənə 20 qəpiyə verəcəyəm”- demişdi. Demək, qoğal hazır idi. Bəs yol pulu? Eh, həmişəki variantdan istifadə edər. Metrodan keçməyə kartında gediş var. Qaldı kənd aftobusuna, onu da birtəhər yola verər. Onsuz da o düşdüyü dayanacağa qədər kənddə dərs dediyi şagirdlərdən biri onun pulunu odəyəcəkdi.

Öz-özünə verdiyi sualdan diksindi: Birdən şagirdlərimdən heç biri olmadı, ya da aftobusda olan şagird məndən sonraki dayancaqda düşməli oldu, onda necə olacaq? Eh, gör nəyi özümə dərd edirəm e. Gör nəyi düşünürəm. Bəyəm az olub belə? Cibində 20 qəpiyi olduğu üçün öz dayanacağında düşə bilməyib son dayanacaqa qədər gedib, ya da şagirdi düşən dayanacaqdan sonraki dayanacaqdan düşüb piyada geri qayıdıb. Heç yadından çıxmaz. Bir dəfə bu minvalla düz son dayanacaqa qədər getmişdi. Son dayanacaqda sürücü “mən daha şəhərə qayıtmıram”- deyib onu elə ordaca - çölün ortasındaca mədəni şəkildə yerə atmışdı Hələ üstəlik yuxulu gözlərinə işarə edib “ağsaqqal adamsan, az iç də bu zəhirmarı”- demişdi. Yenə bu söhbət qanın necə qaraltdısa, kofeni isti içə bilmədi. Hesabatları qabağına qoyub soyuq kofeni xəyalında isti kofe kimi canlandırıb içməyə və işləməyə başladı. Dəhlizdə səs kəsilmişdi. İdarəni sanki bir boşluq öz ağuşuna almışdı. Saatına baxdı, 7 idi. Bir saat idi iş vaxtı bitmişdi. Onunsa başı işə elə qarışmışdı ki. Eh, guya saat 6-da xəbər tutsaydı nə olacaqdı ki. Allah kasıblığın üzünü qara eləsin. Uşaqların verdiyi sifarişlərdən qacmaq üçün evə bacardığı qədər gec gedib evdən bacardığı qədər tez çıxırdı. Razı idi az yatsın, amma təki yenə də pulsuzluğuna bəhanə kimi kimisə yalandan öldürüb, ya da türməyə saldırmasın. Axırıncı dəfə oğlu ondan top istəyəndə “topsatan əmini polislər tutub” sözünü elə urəkldən demişdi ki, özü də inanmışdı buna. Əlində top satan kişi ilə hər gün üz-üzə gəlirdi. Onu tutduran günün səhərisi rastlaşanda istər -istəməz gülümsəmişdi. Alverçi də bunu istehza kimi qəbul edib bir az zarafat, bir az da narazi şəkildə “Ağren alem, men neynim, sənin kimi oxuyub müəllim ola bilmədim, top satan oldum. Neyə gülersen mene?”- demişdi. Bu yay bütün dondurma satanların atası onun dilində optavoy ölmüşdü. Hər gün evdə m hərfinin iyi gələn kimi marpjnasatanın atası öldüyü üçün işə çıxmadıqı məlum olurdu ?????? . Onsuz da min fikir bir borcu odəmir.

Telefonuna gələn sms onu sevindirdi. Görəsən kim idi məni yada salıb sms yazan? Bankdan pul götürüb bütün dukanlara olan borcunu bağlamış, hələ üstəlik məktəbə gedən oğlunun ayaqqabısını balaca oğluna hədiyyə edib boyük oğluna bir ayaaqabı da almışdl. Əvvəllər məhəllədə olan bütün dukanlara borcu olsa da, indi cəmi 3 banka borcu var idi: Unibank, “Yapikredit”, bir de “Qapikredit”. Hər maaş alanda aldığı maaşın 90 faizi kreditlərə gedirdi. “Qapıkredit” arvadağanın məhəllə qadınları ilə oynadığı lotereyaya deyirdi. Tez-tələsik telefonu götürüb sms bölümünə girdi, sevinci nahaq imiş, “Yapikredit” borcunun odəmə zamanını ona xatırladırdı. Otağın qapısını bağlaydı, əsas qapıda dayanan muhafizəçi ilə saqollaşıb metroya doğru istiqamət aldı. Əyindəki pencəyi 30 manata alsa da, dostları yarızarafat, yariistehza “Vusalın 300 manatlıq kostyumu” deyirdilər, amma bu sözdən qətiyyən incimirdi, çünki inciməklə heç nəyi dəyişə bilməyəcəkdi.

Sexin balaca pəncərəsindən qoğalın iyi adamı məst edirdi. Dostu piştaxta arxasında idi. Bir az sevincək oldu, “bir qoğal ver” - deyib adəti üzrə gülümsədi. Dostunun telefonuna gələn zəng heç yerinə düşmədi. Qoğalı ona verib piştaxtanın arxasını tərk edən dostunu gozləmək istəsə də, onu əvəz edən qadın “qardaş, qoğal götürdün, pulunu ver də” - deyib onu tələsdirdi. Tez-tələsik 20 qəpiyi piştaxtanın ustünə qoyub geri dönüb getməyə başladı. Qadın “a qardaş, pulu tez ver də,” - deyib arxasınca qışqırdı. Artıq söz eşitməmək üçün addımlarını yeyinlətdi, amma deyəsən qadın ondan daha sürətli imiş. Ərəbzəngi kimi qabağını kəsən qadın “ay müəllim, hara qacırsan, atana borcum var? Niyə pulumun başını kəsirsən? Mən o 5 qəpikləri yığıb sənin kimi qansız müəllimlərə verirəm ki, balamı imtahanda kəsməsinlər,” – deyə hay saldı. Bir az da qalsaydı yoldan keçənlər onların ətrafınd dairə yaradacaqdılar. - Ay bacı, xırdam yoxdur, Vallah sabah verərəm, - deyib tələsik uzaqlaşmaq istəsə də, bacının susmaq fikri yox idi. - Nədi, gərək elə mənim də balam qoğal bişirib satsın, sənin oğlun da müəllimlik eləsin? Sən bunun kostyumuna bax, qalstukuna bax, dediyi sözə bax: xırdam yoxdur. Olmaz da, axı rüşvəti dollarla alırsınz. Siz cibinizdə xırda pul gəzdirməzsiniz də! Onları izləyən insanlar da atmacalarından qalmırdı, kimisə “boyuna bax, etdiynə bax, qoğal oğurlayır,” - deyib gülümsədi. Başqa birisi “pulun yoxdur, gəl maşınımı yu, pulun olsun,” - deyə, - “it kimi oğurluq edirsən,” - deyib üstünə yeridi. Cavan oğlanlardan biri yanındakina xitabən “kənara, kənara durun, indi Makedonla Namiq dalaşacaq, mən də bunları çəkib "Yotuba" qoyacaqam, qoy xalqımız qoğal oğlusunu tanısın” - deyib hırıldadı. Gözləri dolmuşdu. Əlini cibinə atdı. Tərs kimi deyəsən yaylığı işdə unutmuşdu. Qadın dil boqaza qoymadan danıırdı: “Gəl, uşaq kimi ağlama, zibilləri at, bir qoğal verərəm özün yeyərsən. Görürəm, oğru olsan da, mədəni oğrusan. Özümə desəydin bu qədər hay-küy də olmazdı.” Cavab vermək istəsə də, boğazı qurumuşdu. Qolundan kiminsə tutduğunu hiss edib boylandı. Polis idi, cavan bir polis: - Dayday, qoğal oğrusu sənsən? Bu yaşında oğurluq edirsən? Day biz cavanlara ne deyək sən aqsaqqal belə edəndə? Polisin sözlərinə ağlaya-ağlaya “mən oğru deyiləm, oğlum,” - cavabını verdi, - “Vallah, oğru deyiləm.” Polis: “Mənim atam oğurluq etməz, ömrünü sənin kimi oğrularla mubarizəyə həsr edib, düş qabağıma, oğru,” – dedi. “Bəlkə deyəcəksən qoğal özü sənin əlinə tullanıb? Birbaş şöbəyə!” - deyib qolundan dartdı, sonra isə “zərərçəkən!,” - deyib qışqırdı. Dostunun üzünü görəndə ağlayan gozləri biraz gülən fason oldu. Elə dostu da onu görən kimi güldü, amma bu gülüşlər tam fərqli idi. O, susuz səhrada su tapmış kimi gülürdü. Dostu isə həmişə olduğu kimi gülümsəyirdi. Bir az ürəkləndi, “bax, mənə inanmirsan, satıcıdan soruş, özü mənə demişdi ki, qoğalı bu dəfə mənə 20 qəpiyə verəcək. Mən də 20 qəpiyi qoyub qoqalı götürdüm.” – dedi. Dostu “sən Allah, rəis, bağışla, müəllim adamdır. Yəqin deməyi unudub. Bizm arvadağanı tanımırsan biraz həyasızdır, bunun da ağzında dili yox, desin ki, ərin deyib mənə.” Qolu polisin əlindən azad olanda sevindi. Utana-utana polisə “baqışla,” - deyib yolu keçməyə başladı. Dostu rəsinin hörmətini edib “dayan, dayan,” - deyib onu səslədi. Dayanmaq fikri yox idi. Oğlu evdə qoqal gözləyirdi. Yatmamış evə çatıb uşaqı sevindirməli idi. Metronun girişində dostu ona çatanda əlindəki salafan qoğalla dolu İdi. Yenə də gülürdü. “Müəllim, apar bunu uşaqlara ver, özün dedin 3 uçağın var, bir qoqal onlara ne edəcək ki?” Asta səslə “lazım deyil,” - deyib metorya daxil oldu. Ağlamaq istəyirdi, özü də hönkürüb ağlamaq. Kənd avtobusunun arxa oturacağında oturub xəyala getmişdi. Ayaqüstə duran iki gənc ona baxıb gülür və arada əllərindəki telefona baxıb bir birlərinə gözləri ilə işarə ediridlər. Telefonuna gələn zəng onsuz da həyacanlı olan onu bir az da həyacanlandırdı. Yoldaşı idi, ev telefonundan zəng ediridi. Söndürüb yenidən evə zəng etməyə konturu yox idi, ona görə də məcbur olub “bəli” düyməsini basdı. Oğlu idi. Şirin səsi ilə “ata, qoğal satanı tutublarsa özün gəl, qoqal istəmirəm, tez gəl, səni opüb yatım, ata.” – dedi. Qəhərdən boğulub “gəlirəm, oğul, almışam qoğal,” – dedi. Yoldaşı telefonu uşaqdan alıb “tez gəl, uşaq yatmayıb səni gözləyir, qoğal deyib ağlayir, O birilər onsuz da “ata almayacaq” deyib yatdılar, amma bu kirimir.” Vusal – “oldu”,- deyib telefonu söndürdü. Sabah telefonun da pulunu ödəmeli idi.

Maaş kartını bankomata salıb çıxartmaqdan utanırdı, kart sanki dil açıb “maaş hələ koçməyib” deyirdi. Butün yol boyu telefonla oynaya-oynaya ona baxıb gülümsəyən yeniyetmələr düşəndə “dayday, "Youtube"de videonu qoyubar, düşməsəydik gostərərdik, “Qoğal oğrusu” yazıb baxarsan,” - deyib onun üzünə sonuncu dəfə gülümsədilər. Sürücü yanında oturan pulyığanına diribaş olmaq barədə tapşırıq verirdi. “Bir az diribaş ol, indi qocalar da aferist olub. Yalandan “pulum yoxdur” deyənlərə urəyin ağrimasın, tut güclə al! Plan veririk e, şeytana nokərlik eləmirik.” Vusal qulaq asa-asa: “Qansızlar” - deyirdi və əslində o sözü kimə dediyini özü də bilmirdi. Sürücü - bu da son dayanacaq, - deyib salona göz gəzdirdi, Vusala səslənib - a kişi, sonuncudur, dursana- dedi. Pulyığan - yəqin yatıb, dayan durğuzub yola salım – deyib Vusala yaxınlaşdı. Vusal qollarını qucaqlayıb özünə sıxılmışdı. Pulyığan caqırmaqdan yorulub silkələməyə başlayanda Vusal daş kimi oturacaqdan yerə yıxıldı. Sürücü tez-tələsik onu yerdən qaldırmaq istəyən pulyığana komək etmək istəsə də gec idi, Vusal ölmüşdü.

Yenililklər
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.