Xalq Yazıçısı Qılman İlkinin 100 illiyi qeyd edilib


02.10.14

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq Yazıçısı Qılman İlkinin 100 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçirilib.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşıb.
Mərasimdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək vurğulayıb ki, görkəmli yazıçının yubileyi Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən qeyd olunur.
Bildirilib ki, ilk qələm təcrübəsi “Yaralı şahin” hekayəsi olan yazıçının müxtəlif illərdə işıq üzü görən “Qalada üsyan”, “Şimal küləyi”, “Hədiyyə”, “Dağlı məhəlləsi”, “Dəniz qapısı” və digər kitabları da hər zaman böyük oxucu marağına səbəb olub. Qılman İlkin ədəbiyyat tarixində özünəməxsus mövqeyə malik sənətkarlardan biri kimi uzun illər ərzində çoxcəhətli, səmərəli fəaliyyət göstərib. Zəngin Azərbaycan nəsrinin realist ənənələri zəminində yaratdığı qiymətli əsərləri ilə milli mədəniyyətin inkişafına dəyərli töhfələr verib.
Diqqətə çatdırılıb ki, onun ssenariləri əsasında “Kölgələr sürünür” və “Yenilməz batalyon” bədii filmləri, həmçinin “General” və digər televiziya filmləri çəkilib.
Bildirilib ki, Qılman İlkin xidmətlərinə hər zaman yüksək qiymətləndirilib və o, dövrünün bir çox yüksək mükafatlarına layiq görülüb.
Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Qılman İlkinin ədəbi prosesin öndə getdiyini, onu stimullaşdıran şəxsiyyətlərdən biri olduğunu söyləyən professor Buludxan Xəlilov yazıçının keçdiyi həyat yolu və yaradıcılıq axtarışları barədə ətraflı məlumat verib.
Vurğulanıb ki, yazıçı əsərlərini dərin müşahidələri, həyat hadisələri əsasında qələmə alıb.
Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi söyləyib ki, Qılman İlkinin həm şəxsiyyətində, həm də yaradıcılığında ağayanalığın olması onu digərlərindən fərqləndirən müsbət cəhətlərindən idi. Məhz bu səbəbdən də əsərlərində zadəgan düşüncəsi hiss olunurdu.
Bildirilib ki, sovet dövrü nəsrimizdə sözə münasibətin ən böyük nümunəsini Qılman İlkinin yaradıcılığında görmək olar.
Akademik Vasim Məmmədəliyev Qılman İlkinin, sözün əsl mənasında, böyük insan, yazıçı, şəxsiyyət olduğunu söyləyib. Onun əsərləri bu gün də sevilə-sevilə oxunur. Görkəmli nasirin “Bakı və bakılılar” əsəri paytaxtımız haqqında yazılmış qiymətli kitablardandır.
Diqqətə çatdırılıb ki, pedaqoji fəaliyyətlə məşğul olan Qılman İlkin ədəbiyyatı peşəkar səviyyədə bilən insan idi.
Yazıçının oğlu Ayaz Musayev tədbirin təşkilinə görə ailəsi adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Qeyd edib ki, Qılman İlkin bütün varlığı ilə xalqına, torpağına bağlı insan idi. O, bütün şüurlu həyatını ədəbiyyata həsr edib.
Tədbir çərçivəsində “Dan ulduzu” instrumental ansamblının və tanınmış müğənnilərin ifasında musiqi parçaları, ədibin müxtəlif əsərləri əsasında hazırlanmış səhnəciklər və ssenari müəllifi olduğu filmlərdən fraqmentlər nümayiş olunub./AzərTAc/

Yenililklər
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.