Mark Tvendən gənc yazarlara məsləhətlər
04.10.14

Məşhur Amerika yazıçısı Mark Tvendən gənc yazarlara məsləhətlər:
 

1. Kimsə qonorar verənəcən qonorarsız yazmağa davam edin. Əgər yazıçı olmağı hədəfləyirsinizsə, sizin yazıçı olmaq istəyinizin kökündə daim, bu işə sevgi bəsləməyiniz dayanmalıdır. Əgər kökündə pul qazanmaq dayanırsa, çox tez məyus olacaqsınız.

2. İdeya hamıda ola bilər, işin çətin tərəfi həmin ideyanı mümkün qədər yığcam ifadə edə bilməkdir. Bir abzasa yerləşə bilən fikir bir vərəq tutmamalıdır.

3. Sadə dillə, qısa cümlələrlə, bər-bəzəksiz yazmaq daha düzgün yoldur. Düzdür, bərli-bəzəkli, güllü-çiçəkli dildə yazan yazıçılar arasından da uğurlu karyera quranlar çıxıb. Amma çalışın mətniniz aydın olsun, oxucunu lazımsız təsvirlərlə yormayasınız və onun diqqətini əsərlə demək istədiklərinizdən yayındırmayasınız.

4. Əgər yazdığınız əsər dalana dirənibsə, onu zorla yazmağa, nəyin bahasına olursa-olsun bitirməyə çalışmayın. Bir neçə saatlıq, bəzən isə bir neçə aylıq fasilə sizə imkan verə bilər ki, əsər üzərində işə yeni ideyalar və yeni baxış bucağı ilə qayıdasınız.(Tven bəzi kitablarının yazılmasına illərlə çəkən fasilə verib. Bəzilərinə isə ümumiyyətlə yenidən qayıtmayıb).

5. Kitabın möhtəşəmliyi onun qrammatikasının düzlüyü ilə yox, ideyası, üslubu və məzmunu ilə ölçülür.

6. Demə ki, “qoca qadın qışqırdı”. Qadını gətir və imkan ver qışqırsın! (Tvenin fikrincə, yazıçı hekəyətini elə anlatmalıdır ki, oxucuda onun orada olmaması, hadisənin birbaşa iştirakçısı olmaması təsəvvürü yaranmasın. Əksinə, hadisəni elə nəql etmək lazımdır ki, sanki yazanın gözləri önündə baş verib). 

7. Sözlərin yerində işlənməsinə diqqət edin. Sözün yerində işlənməsi ilə demək olar ki, yerində işlənməsi arasında fərq işıqla işıldaböcək arasındakı fərq qədərdir. Bir söz başqasının sinonimi ola bilər, amma mətndə onu əvəzləməsi mümkün olmaya bilər.

8. Nə qədər çox izah edirsənsə, oxucunu bir qədər dolaşdırırsan. (Tvenin fikrincə, yazıçı yığcam yazmağı bacarmırsa, heç olmasa fikrini uzun-uzadı anladandan sonra mənaya xələl gətirmədən onu redaktə edib qısaltmağa çalışmalıdır).  /oxuzali.az/

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.