Sadıq Elcanlı - Arvadının qəfil qışqırığına dik atıldı
06.10.14

Avanqard.net Sadıq Elcanlının "İşığın zülmətində" hekayəsini təqdim edir
 
Qəfil quzey qarı qəlbini üşütdü.  Sözün güneyinə çəkildi.
Sözün güneyində badam bağları çiçəkləmişdi.  Badam çiçəkləri körpə uşaq gözləri kimi dumduru idi, elə duru idi ki, adamı dərin dəryalar, ovsunlu girdablar kimi çəkib aparırdı.
Badam çiçəklərinin ağappaq təzəliyi, təmizliyi gözlərini qamaşdırırdı.  Qamaşan gözlərini təndirin alovu qovurğa kimi qovurdu. Yandırıb kor kömürə döndərdi.
Hövüllənib qır qazanı qaynarcadan qırağa atıldı;  Sözün quzeyinə çəkildi.  Və quzey qarları qəlbini qaraladı, ruhunu dondurdu.
Heç nə yox idi.  Tək bircə Söz vardı.  Sözün güneyi ilə quzeyi arasında yollar yorğunu idi. Yollardan yaralı tənhalığın susqun, səbirli səsi gəlirdi.
Nuh gəmiyə yox, dağa, aşkar ölümə tərəf üzən və batan oğlunun dərdi üstünə çıxıb Allaha deyirdi:
– Mənə söz vermişdin, niyə oğlumu xilas etmədin?
Allah həqiqətin qıfılı bağlı qırxıncı qapısını açırdı:
– O, sənin oğlun deyil, Nuh deyib peyğəmbər deməyən arvadının sirridir... O, sənin ailəndən deyil; bilmədiyin şeylər barədə məndən soruşma – Dedi Allah.
Sözün sarı səhraları səbrini zəhərləyirdi. Zəhər tuluğu dağılıb yeri-göyü yandırırdı.  Yer-göy korun-korun kösövə dönüb tüstüləyirdi.  Və yanıq iyi ruhunu gəmirirdi.  Yer üzünə gələnlərin ən günahsızı olan Zəkəriyyə oğlu peyğəmbər Yəhyanın, Məryəmin xalası oğlu Yəhyanın kəsilən başı yanıq iyinin zəlil zülmətində dığırlana-dığırlana, qaça-qaça qışqırırdı: – Düz deyil! Düzgün deyil!
Həqiqəti dediyi üçün hökmdar Herodis tərəfindən başı kəsilən günahsız Yəhyanın bərəlib hədəqəsindən çıxan gözlərində Sözün əvvəli və sonu görünürdü.  Sözün son sahilində köhnəlməyən köhnə kədərin tənha və boş qəbri həsrətdən sarala-sarala sahibini gözləyirdi.
Cənnətdən qovulan, Behiştdən ayağı çəkilən Adəmlə Həvvanın da, Allahı ilə oğlu arasında sınağa çəkilən İbrahimin də, dərdi ilə dağlara çəkilən Musanın da, çarəsiylə çarmıxa çəkilən İsanın da, dərin quyunun qarayaxa qaranlıqlarından işığa çəkilən Yaqub oğlu Yusifin də, qırx sualla sorğu-suala çəkilən Məhəmmədin də, qarnı ilə qəlbi arasındakı tərəzidə çəkilən və dünya alverxanasında gözlərinə mil çəkilən insan oğlu insanın da yolu Sözdən başlamışdı və Sözdə qurtarırdı.  Sözün son sahillərinə uzanan yorğun yolların nişangahında qaynar qanlı hərflərlə “Gedər-gəlməz” yazılmışdı.   Və bir qoca abid bir gözü gülə-gülə, bir gözü ağlaya-ağlaya deyirdi ki, bu yola gedən də peşman olacaq, getməyən də...
 
Arvadının qəfil qışqırığına dik atıldı.
Arvadı səsi qarala-qarala, sözü qırıla-qırıla qışqırırdı:
– Adamı, insan oğlu insanı nə qədər oyatmaq olar?!  İşə gecikirsən axı! Bir şiddətli töhməti də bu gün alarsan, mitilini atarlar bayıra,  inşallah... – Ərinin matdım-matdım, soyuq-soyuq, bumbuz baxışlarla baxdığını görüb daha da qeyzləndi. – Nə günnü güneysən, nə qarrı quzeysən, avara qalmısan, avara!
 
Key-key gülümsədi, elə bil neçə illik buz parçasının üstündə nagahan gün işığı oynaşdı:
– Nə dedin?
Arvad ərinin nəsə deyəcəyini gözləmirdi, neçə ilin binəva buz parçası nə vaxt danışıb ki; əməllicə çaşdı, heyrətlə gözlərini bərəltdi:
– Heç... Gecikirsən, qalx görək...
Buz parçasının üstündə oynaşan gün işığı lap ağını çıxartdı:
– Nəsə dedin axı... – Elə yazıq-yazıq baxdı, baxışlarıyla elə çarəsiz yalvardı ki, sanki arvadı o sözləri təzədən deməsəydi, Nuh tufanı qopacaqdı, yer-göy çilik-çilik olub dərin-dibsiz qiyamət dərəsinə töküləcəkdi, qədim mayyalıların, vikinqlərin dedikləri bu dəqiqə baş verəcəkdi: – Necə dedin onu?
Arvadın ürəyi isindi, qiyamət uçqunları altında boğula-boğula dönə-dönə bismillah dedi, sözlə çin ayağı bağlaya-bağlaya, gün işığı oğurlaya-oğurlaya kövrəldi, çarnaçar təkrarladı:
– Nə günnü güneysən, nə qarrı quzeysən, avara qalmısan, avara... – Elə gülümsədi ki, elə bil indicə ağlayacaqdı.
Qalxıb arvadıyla üz-üzə, göz-gözə dayandı, bulaq kimi bulanan görünməz gözləri anbaan duruldu, göründü:
– İşə getməyəcəyəm. – Pıçıldadı, sanki dünyanın ən böyük sirrini dilinə gətirdi.
– Qovdular? – Arvadı quru, kövrək ağac kimi kökündən qopdu, sınıb töküldü.
– Yox.
– Onda bəs...
– Getməyəcəyəm! – Buz parçası əriyir, neçə ilin donu açılırdı.
– Axı, qovarlar, özün cəhənnəmə, bizi, ailəni düşün... Qonum-qonşular, dost-düşmən var...
– Ailəmi də, allahımı da, peyğəmbərləri də düşünürəm. Mən o alçaq, o əbləh müdirin əlində alət olmaq, pul almaq, rüşvət yığmaq maşınına dönmək istəmirəm.  Mən haqlının haqqına ortaq, alçağın alçaqlığına şərik olmaq istəmirəm. Ürəyim qiyamət qapısına, ruhum cəhənnəm bazarına dönüb; ürəyimdə, ruhumda ölə-ölə gəzirəm; mən ölmək istəmirəm, yaşamaq istəyirəm! – Dəli daşqının, nagahan Nuh tufanının qarşısını ala bilmədi; qəfil hıçqırıq bəndi-bərəni aşdı, sinəsi sökülə-sökülə, səsi sarala-sarala hönkürdü.
 
Arvadı bahar buludu kimi dolmuşdu, təkəmseyrək isti yağışlar yağırdı.  Və kövrək, isti yağışlarla dəli daşqınlar qarışıb-qovuşub elə bir sirri-xuda müjdələyir,  elə bir gülgün gözəllik, qənirsiz qövsi-qüzeh yaradırdı ki, insan oğlu  insanın hələ bu dünyada yaşamağı gəlirdi.

Yenililklər
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.