Şəhriyyə Qəzənfərqızı - Dilənən qadınlar
08.10.14

“Dilənmək” mövzusu mənim yazılarım arasında baş köşədədi. Bəlkə, ən çox müşahidə etdiyim bir mövzudu. Bunu, xalqımın zəif bir nöqtəsi kimi görürəm. Dilənçilərin həyatı məni çox maraqlandırır. Onları da iki təbəqəyə bölmək olar. Qaraçılar-hansı ki, bu onların əcdadlarından gələn peşəsidi.  Və “ yerli dilənçilər”. İnsanı daha çox utandıranlar bax bu “yerli" dilənçilərdi. Onlarla yol yoldaşı olmaq, yəqin ki, hamıya qismət olmur. Qucağında uşaqla, əllərində şəkillə gəzənlər. Yəni, hər cür dilənçi ilə qarşılaşmaq olar.

Körpələrin dilənməyi bir başqa mövzudu. İndi qadınların dilənərək  alçalmağından danışıram. Son bir neçə aydır qarşıma çıxan dilənçilər gənc və sağlam qadınlardı. SAĞLAM sözun xüsusi vurğuyla demək istəyirəm. İnsan sağlam olub da dilənərmi? Nədir bunları bu işə vadar edən?

Daha bir mövzu-dilənən qadınların 90 %-i hicablıdı. Bunlar, həqiqətənmi, dinə bağlı insanlardılar? Yoxsa bu onların yeni imicidi? Hicab insanda, yəni, hansısa mərhəmət hissi oyatmağa qadirdirmi? Hicablı olarkən daha çox pul qazanmaq olurmu? Yoxsa bu yolla özlərini soyuqdanmı qoruyurlar? Dində dilənmək nə dərəcədə günah sayılır? Yoxsa bu qadınlar bu yolla öz namuslarınımı qorumağa çalışırlar? Bu “yoxsalar” o qədər çoxdur ki, saymaqla bitməz.

“Dilənmək” peşəsi pulla bağlı olsa da, çox ağır bir işdi. Hər zaman təhqir olunmağı gözə alırsan.

Düşünürəm ki, hicab heç bir mərhəmət hissi oyada bilməz. Mən o cür insanlara kömək etmək istəmirəm. Daha da riyakar, yalançı görünürlər insana. Hansısa fiziki qüsuru olmayan birinə niyə kömək edəsən ki? Dinin kölgəsində gizlənib çirkinliklə məşğul olan insanlar sırasına bu dilənçilər də daxildi. Günahsız körpələri alət etdilər, indi də dini peşələrinə alət edirlərmi? Buna görə də hicaba artıq hörmət qalmayıb.


Avanqard.net

Yenililklər
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.