Dalğa Xatınoğlunun "Ayna" şeirlər toplusu çap olunub

09.10.14

Şair Dalğa Xatınoğlunun "Ayna" adlı şeirlər toplusu nəşr olunub.

Dalğa Xatınoğlu bu münasibətlə bildirib: "İlk və son şeirlərim tamamilə platonik təfəkkürün təsiri altındadır, ancaq ötən onillikdə yazdıqlarım modern üslubdadır: bağırtıdan iniltiyə, sonra isə acı yumora çevrilən intonasiya..."

Onun sözlərinə görə, II Dünya müharibəsindən sonra artıq dünyanın inqilab və partlayışla qurtulacağı deyil, şar kimi inilti ilə boşalacağı təhlükəsi çağdaş dünya ədəbiyyatının aktual mövzusudur: "Martin Haydeqqerin fikrincə, artıq tam qaranlıq bir eraya çatmışıq, nə önümüzü görür, nə də haraya gedəcəyimizi bilirik. Məncə, modernizmin radikal sisteminin fəsadı yalnız bununla bitmir, insan həm də keçmişinə baxanda şəffaf bir ömür hekayəsi yerinə qırıq və qarışıq hədyan görür".

Onun fikrincə, modernizm ənənəvi mifləri məhv edib yerinə modern miflər yaratdı: "Məncə, insan öz ağlına həddindən artıq söykəndi. Artıq bilirik ki, nəzarətimizdə olmayan alt-şüur düşüncənin formalaşmasında ən çox təsiri olan amildir, bu qədər qətiyyətlə ağlın hər əmrini yerinə yetirməməliydik. Keçmişə qayıtmaq, əlbəttə ki, gərəksizdir. Postmodern sənətdə keçmiş məqsəd deyil, vasitədir. Lakin fikrimcə, Sofoklun "Edip"i, Milan Kunderanın "Varlığın dözülməz yüngüllüyü" qədər aktualdır. Hələ də tərəddüd içində olan intellektli Hamletlər və əminliklə hərəkətə keçən avam Don Kixotlar dünyada hər baxımdan dominantdırlar".

Oğlum üçün

O qədər gözəlsən ki,
Gözlərimin əlində qalıram,
Yenidən üzünə dönür hara qaçırsam baxışlarımı.
Ayaqlarım öz əlimdə deyil ki,
Sənə uzanır bütün yollar, bilirsən.
Uzan yanımda, gülüm,
Uzan yollar qədər uzun.
O qədər şirindir ki,
Yenidən udmaq istərəm,
Sənə deyəsi sözlərimi içimdən ağzıma çatınca.
Danış, gülüm,
Nə istərsən təkrar-təkrar,
Böyüdükcə görərsən,
Arzular boğazdan dodağa çatınca ölür.
Danış, gülüm,
Böyüdükcə ürəklər arzular qəbiristanı olur
Böyüdükcə görürsən,
Yalan da həqiqətdir, gerçək də.
Hələ uşaqsan,
İtirib unudursan sevdiklərini belə,
Sonra böyüyür insan,
Bezdiklərini də itirməkdən qorxur.

Gündüzü oturmaq, gecəni yatmaq bilməzsən,
Bu gözəl,
Böyüdükcə insan,
Gündüzü qıçının yatması,
Gecəni yuxusunun qaçmasından qorxur.

Axı sən kimsən?
- Gözəlliyi yenidən yaratmaq həvəsim.

Ah bə bu körpə yaşlar!
İnanmazsan, əmin Nazimdən sor,
Bu gün yaran bir öpüşlə bitir,
Böyüyürsən bir öpüşlə başlar.

Cücələrini xatırla,
Sıxıb boğduğun yadındamı birini?
Sonra tərpənmədi nə qədər çağırıb-çığırsan da,
Yəni həyat bu oğlum,
İflic edirlər insanı,
Sonra tərpənmədiyinə küsürlər.

Yaxşı, üzülmə,
Qalan cücələri düşün, boş ver,
Götür ay dəryazını gecələr,
biçib ulduzları dən tök önlərinə.
Götür ay çanağını gündüzlər,
Göy dənizindən su qoy hinlərinə.

Sən heç bir iddiası olmayan körpə,
İddiasızlıq ən böyük iddia!
Zatən aşiq doğulur bütün insanlar,
Beş yaşından artıq böyümür ki,
Sonra çaşıb,
Özünü böyükmüş kimi aparır insanlar
Zatən şair doğulur hamı,
Sonra çaşıb, biri kral olmuş,
Biri başqan və başqaları qul.
Cibindən gedib,
Öpüşdən başqa hər şeyə xərclədiyin pul.

Oxumaqla deyil ki,
Aşiq olunca bilirsən,
Bir üstə gəl bir, bir olur,
İkidən biri çıxınca sıfır qalır.

Uduz eşq qumarında büsbütün,
Qalmasın heç nəyin,
Yeni bir qumara həvəsindən başqa.
Yəni qalmasın aldığın heç bir borc,
Geri qaytarmağa, nəfəsindən başqa.
Bəli, ən ideal həyat, yenə bir faciə.
Boş ver,
Dünya top gülləsi kimi ağır, köpük qədər boş
Bilərək yaşamaq nə gözəl.
Bəli, böyüyüb görəcəksən,
Yoxsullar doyacaqlar bir gün,
Yaşamaqdan doyacaqlar yoxsullar.
Yol çəkmədilər ki,
Şallaq çəkdilər yerin belinə,
Tunellərinin sonunda da bir işıq yox,
Hara qaçmalı qarğınmış Yer kürəsindən?
Körpülərin iki başı da yerə dirənmiş.
Sıxma ürəyini,
Al portağal soyum günəşi səninçün,
Al limon sıxım çayına,
Al buludlar şəkərpambığın olsun,
Al ulduzları duz səpim yeməyinə...
Ah gülüm,
Ayaqlarım öz əlimdə deyil ki,
Sənə uzanır bütün yollar, bilirsən....
/trend.az/

Yenililklər
02.12.21
“Məhəmməd İqbal: Eşq və düşüncə şairi” kitabı nəşr olunub
02.12.21
“Vərqa və Gülşa” miniatür əlyazmasında yer alan illüstrasiyaların nəşr edildiyi kitabın təqdimatı olub
02.12.21
Bölgələrə kitabla gəlirik! – Şəmil Sadiqin yazısı…
01.12.21
“Aşıq sənətinin Ələsgər zirvəsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
27.11.21
Kənan Hacı - Yazı sənətinin tarixi
24.11.21
Təranə Vahidin “Qarışqa təqvimi” çap olunub
23.11.21
Muni Vitçer - Altıncı Ayın qızı Nina    
23.11.21
İlk dəfə olaraq “Arı” və “Mirat” satirik jurnalları transfoneliterasiya edilərək yeni əlifbada toplu halında nəşr edilib
22.11.21
Cəmşid Cəmşidovun tərcüməsində Muni Vitçerin əsəri çap olundu
22.11.21
Turan Yazqan: Türk dünyasının səsi
17.11.21
“Nizami Gəncəvi sözünün orbitində” kitabının təqdimatı keçirilib
17.11.21
Türkiyənin məşhur şairi Sezai Karakoç vəfat edib
17.11.21
“Nizami Gəncəviyə məktub” beynəlxalq esse müsabiqəsi elan olunur
17.11.21
Elçin Hüseynbəylinin “Vida” romanı çap olunub
17.11.21
BAFTA qısa filmləri Bakıda nümayiş olunacaq
11.11.21
“Nizami Gəncəvinin poetik portreti” kitabı nəşr olunub
11.11.21
“Şərq irsi” adlı Beynəlxalq Müasir İncəsənət Sərgisi açılacaq
08.11.21
Kənan Hacı - Ekspress qatarında eksperimental mozaika
08.11.21
Fəxri Uğurlu - Klassikanı diri saxlamaq
08.11.21
"Şuşa" sənədli filminin təqdimatı olub
08.11.21
4+4: rəqəmsal namə
08.11.21
İsfar Sarabski Parisdə iki gün konsert verib
05.11.21
“Hədəf Nəşləri”nin təsisçisi Şəmil Sadiqin ƏDV ilə bağlı müzakirələrə əlavə və dəyişiklərlə bağlı təklifləri
05.11.21
Kənan Hacı - Yazıçılarımız nəyi bacarmır?
04.11.21
Qələbə ilə bitən ilk roman
04.11.21
Ədəbiyyat İnstitutunda Məhəmməd İqbalın “Seçilmiş əsərləri”nin təqdimatı keçirilib
04.11.21
Azad Qaradərəli - Qara sevda
03.11.21
"Qarabağın qara kitabı" və "Qarabağ - qələbəyə doğru" kitablarının təqdimat mərasimi keçirilib
03.11.21
Kənan Hacının “Hakimə açılan atəş” romanı oxucularıın böyük marağına səbəb olub
02.11.21
“Şuşa, sən azadsan!” və “Biz” filmləri təqdim olunacaq
02.11.21
Rusiyanın Tretyakov Qalereyasında Tahir Salahovun sərgisi açılıb
02.11.21
Şamaxıda Yaradıcılıq Mərkəzi istifadəyə verilib
01.11.21
Altı əsr yaşı olan xalça 5,4 milyon dollara satışa çıxarılacaq
01.11.21
Nizami Kino Mərkəzində “Fulya” sənədli filminin premyerası olub
01.11.21
Zahid Sarıtorpağın İranda kitabı çap olunub
01.11.21
Vidadi Babanlının "Sabaha ismarıc" adlı romanı çap olunub
01.11.21
Poetik diktatura - Firuz Mustafa yazır
26.10.21
Çempion idmançı, istedadlı aktyor və doktorant
25.10.21
Azad Qaradərəli -  Zəngəzur ağacları
24.10.21
I Sumqayıt Kitab Sərgisi keçiriləcək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.