Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti” kitabı çap olunub
10.10.14

Akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti” kitabı çapdan çıxıb.

Akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti” kitabının birinci hissəsi yenicə çapdan çıxıb.

Bu əsər görkəmli dövlət xadimi və sərkərdə, Azərbaycan tarixində ilk mərkəzləşdirilmiş dövlətin - Səfəvilər dövlətinin banisi Şah İsmayıl Səfəvinin (1487-1524) hərbi-siyasi, ideoloji və diplomatik irsinə milli tarix elmimizdə ən bitkin və sistemli baxışın məhsuludur.

Kitabın “Müəllifdən” bölməsində deyildiyi kimi, bu gün müstəqillik yolu ilə uğurla irəliləyən Azərbaycanın obyektiv tarixinin bərpa edilməsi, habelə xalqımızın görkəmli şəxsiyyətlərinə yenidən qiymət verilməsi məsələsi tarix elmimizin qarşısında duran ən mühüm vəzifələrdən biridir.

Akademik Ramiz Mehdiyev öz kitabında yazır: “Azərbaycan bəşəriyyətin siyasi tarixinə, dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş görkəmli şəxsiyyətləri ilə haqlı olaraq fəxr edə bilər. Tarixin ən mürəkkəb və ümidsiz dövrlərində də bu xalqın arasından öz iradi keyfiyyətləri və istedadları sayəsində, bəzən həyatları bahasına, amansız təhdid və təhlükələrə məhəl qoymadan tarixin gedişini öz xalqının xeyrinə dəyişmiş böyük siyasi xadimlər, cəsur qəhrəmanlar, görkəmli alim və mütəfəkkirlər çıxıb”.

Akademikin fikrincə, sözsüz ki, Şah İsmayıl Səfəvi Azərbaycan tarixinin məhz bu cür parlaq, əlinə qılınc götürərək doğma xalqının taleyini dəyişmiş, onu pərakəndəlikdən, öz dövrünün ən böyük imperiyalarından birinin titul milləti səviyyəsinə çatdırmış simalardan biridir.

Müəllif əsəri iki hissəyə bölüb. Birinci hissədə Səfəvilər sülaləsinin etnik mənşəyi və eyniadlı sufi ordeninin yaranmasından mərkəzləşdirilmiş dövlətin təşəkkülünə qədər olan dövrdə tarixi məsələləri, Şah İsmayılın və onun əcdadlarının şanlı həyat yolu, bu sülalənin Azərbaycan torpaqlarının birləşdirilməsi uğrunda mübarizəsi, habelə Səfəvilər dövlətinin siyasi sistemi və dini siyasəti nəzərdən keçirilir. Əsərdə Səfəvilər dövlətinin banisinin dövründə bu məmləkətin mədəniyyətinə də xeyli yer ayrılıb, görkəmli hökmdarın Azərbaycan mədəniyyətinin və dilinin inkişafında xidmətləri sadalanıb.

Kitabın ikinci hissəsi Şah İsmayıl Səfəvinin müzəffər yürüşlərinə və diplomatik fəaliyyətinə, Şeybanilər və Osmanlı dövlətləri ilə müharibələrinə həsr edilib.

Müəllif bu kitabı yazarkən həm Azərbaycan, həm də xarici səfəvişünaslığın əsas nailiyyətlərini nəzərə alıb. Eyni zamanda, kitabda ilk dəfə olaraq, dünyanın görkəmli şərqşünaslarının araşdırmalarında əksini tapmamış məxəzlərdən istifadə edilib. Buna kitabın sonunda göstərilən istifadə olunmuş ədəbiyyat siyahısı dəlalət edir.

Akademik Ramiz Mehdiyevin bu əsəri yeddi fəsildən ibarətdir. Müəllifin toxunduğu məsələlərin vacibliyi və əhatə dairəsi barədə tam təsəvvür yaranması üçün həmin fəsillərin adlarını sadalamaq kifayətdir: “Qərəzsiz və nifrətsiz”, “Səfəvilər sülaləsinin etnik mənsubiyyəti”, “Səfəviyyə” ordeninin yaranması və siyasiləşməsi”, “Səfəvilərin ideologiyası. Şiəlik və qızılbaşlıq siyasi mübarizə vasitələri kimi”, “İsmayıl tərəfindən Azərbaycan torpaqlarının birləşdirilməsi və Səfəvilər dövlətinin yaranması”, “Şah İsmayılın böyük dövləti: hərbi və siyasi sistemə baxış”, “Şah İsmayıl Səfəvi və Azərbaycan mədəniyyətinin və dilinin çiçəklənməsi”.

“Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti” kitabında İsmayıl Səfəvinin dövründə (1501–1524-cü illər) Səfəvilər dövlətinin Azərbaycan tarixi atlasından götürülmüş, həmin dövlətin miqyası barədə tam təsəvvür yaradan xəritəsinə və müvafiq illüstrasiyalara da yer ayrılıb.

“Şərq-Qərb” nəşriyyat evində çapdan çıxmış bu kitab mütəxəssislər – tarixçilər və şərqşünaslar, habelə Azərbaycan tarixinin həmin dövrü və Şah İsmayıl Səfəvinin siyasi irsi ilə maraqlanan oxucular üçün nəzərdə tutulub. /AzərTAc/

Yenililklər
27.11.21
Kənan Hacı - Yazı sənətinin tarixi
24.11.21
Təranə Vahidin “Qarışqa təqvimi” çap olunub
23.11.21
Muni Vitçer - Altıncı Ayın qızı Nina    
23.11.21
İlk dəfə olaraq “Arı” və “Mirat” satirik jurnalları transfoneliterasiya edilərək yeni əlifbada toplu halında nəşr edilib
22.11.21
Cəmşid Cəmşidovun tərcüməsində Muni Vitçerin əsəri çap olundu
22.11.21
Turan Yazqan: Türk dünyasının səsi
17.11.21
“Nizami Gəncəvi sözünün orbitində” kitabının təqdimatı keçirilib
17.11.21
Türkiyənin məşhur şairi Sezai Karakoç vəfat edib
17.11.21
“Nizami Gəncəviyə məktub” beynəlxalq esse müsabiqəsi elan olunur
17.11.21
Elçin Hüseynbəylinin “Vida” romanı çap olunub
17.11.21
BAFTA qısa filmləri Bakıda nümayiş olunacaq
11.11.21
“Nizami Gəncəvinin poetik portreti” kitabı nəşr olunub
11.11.21
“Şərq irsi” adlı Beynəlxalq Müasir İncəsənət Sərgisi açılacaq
08.11.21
Kənan Hacı - Ekspress qatarında eksperimental mozaika
08.11.21
Fəxri Uğurlu - Klassikanı diri saxlamaq
08.11.21
"Şuşa" sənədli filminin təqdimatı olub
08.11.21
4+4: rəqəmsal namə
08.11.21
İsfar Sarabski Parisdə iki gün konsert verib
05.11.21
“Hədəf Nəşləri”nin təsisçisi Şəmil Sadiqin ƏDV ilə bağlı müzakirələrə əlavə və dəyişiklərlə bağlı təklifləri
05.11.21
Kənan Hacı - Yazıçılarımız nəyi bacarmır?
04.11.21
Qələbə ilə bitən ilk roman
04.11.21
Ədəbiyyat İnstitutunda Məhəmməd İqbalın “Seçilmiş əsərləri”nin təqdimatı keçirilib
04.11.21
Azad Qaradərəli - Qara sevda
03.11.21
"Qarabağın qara kitabı" və "Qarabağ - qələbəyə doğru" kitablarının təqdimat mərasimi keçirilib
03.11.21
Kənan Hacının “Hakimə açılan atəş” romanı oxucularıın böyük marağına səbəb olub
02.11.21
“Şuşa, sən azadsan!” və “Biz” filmləri təqdim olunacaq
02.11.21
Rusiyanın Tretyakov Qalereyasında Tahir Salahovun sərgisi açılıb
02.11.21
Şamaxıda Yaradıcılıq Mərkəzi istifadəyə verilib
01.11.21
Altı əsr yaşı olan xalça 5,4 milyon dollara satışa çıxarılacaq
01.11.21
Nizami Kino Mərkəzində “Fulya” sənədli filminin premyerası olub
01.11.21
Zahid Sarıtorpağın İranda kitabı çap olunub
01.11.21
Vidadi Babanlının "Sabaha ismarıc" adlı romanı çap olunub
01.11.21
Poetik diktatura - Firuz Mustafa yazır
26.10.21
Çempion idmançı, istedadlı aktyor və doktorant
25.10.21
Azad Qaradərəli -  Zəngəzur ağacları
24.10.21
I Sumqayıt Kitab Sərgisi keçiriləcək
22.10.21
Kənan Hacı: “Güclü xarakterə malik insan haqqında yazmaq ikiqat çətindir” - Müsahibə
21.10.21
"Cəbrayıl əfsanəsi"nin təqdimat mərasimi olacaq
20.10.21
Türkiyədə təşkil olunan Beynəlxalq Şeir və Ədəbiyyat Festivalında ölkəmiz də təmsil olunur
20.10.21
Təranə Vahid - Yaddaşsız kölgələr
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.