Vins Galliko - Azərbaycan Homerinin yarımçıq əlyazması

10.10.14

85

“Pagina 99” iqtisidiyyat və mədəniyyət mövzularını yeni rakursdan işıqlandıran qəzetdir. Böhran dövrundə baş verən hadisələrin sadə şəkildə izah edilməsi üçün təhlil, şərh və araşdırmaların həyata keçirilməsinə əsaslanır. 2014-cu ildə yaradılıb. 4 oktyabr şənbə buraxılışında “Pagina 99” qəzetində Vins Gallikonun Kamal Abdullanın İtaliyada nəşr edilən “Yarımçıq əlyazma” romanı barədə yazısı dərc olunub. Yazını oxuculara təqdim edirik.


AZƏRBAYCAN HOMERİNİN YARIMÇIQ ƏLYAZMASI


 

Kamal Abdulla:  Bu elə bir romandır ki, burada
nəyin baş verəcəyini bilmək deyil,  nəyin baş
verdiyini bilməmək daha önəmli məqamdır.
 
Əsərin sujet xətti Çin qutularının*
labirint quruluşuna malikdir və
narrativ fraktallar vasitəsilə
nəql edilir.



Təsəvvür edək ki, biz indi Azərbaycanda yaşayırıq  və Avropa ədəbiyyatı barədə heç bir məlumatımız yoxdur. Görəsən biz Aralıqdənizi mədəniyyətinin yarandığı dövrə aid qəhrəmanlardan, Troya müharibəsindən, eyni zamanda Odissey və Eneydən bəhs edən saqanın nəşr olunmasına necə reaksiya verərdik? Belə bir materialın əhəmiyyətini anlamaq üçün intelektual səviyyənin elə də yüksək olmasına ehtiyac olmazdı və yəqin ki, biz onu özümüz üçün parlaq bir kəşf hesab edərdik.

İtaliyada Kamal Abdullanın “Yarımçıq əlyazma” əsərinin çap olunması ilə (Sandro Teti nəşriyyatı, 240 səhifə, 15 avro, Franko Kardininin girişi) yuxarıda qeyd etdiyimiz hadisənin analoqu, bəzi hallarda isə tam əksi baş vermiş olur. Kamal Abdullanın artıq bir çox dilə tərcümə olunmuş bu romanı tarixi şəxsiyyət olmuş Dədə Qorqud  obrazı üzərində qurulub. Dədə Qorqud sanki, Azərbaycanın Homeri, türkmən ənənəli epik poemanın , yəni ilk  öncə şifahi şəkildə yayılmış, XV əsrdə isə qələmə alınmış dastanın müəllifidir.

 Əsərin sujet xətti, çox işlədilən ədəbi fəndlərdən biri olan, yəni hansısa əlyazmanın tapılması hadisəsi üzərində qurulubdur. Bu əsərdəki əlyazma Bakı şəhərində kitabxanada aşkar edilir.

Əsərin baş qəhrəmanı, hadisələri nəql edən tədqiqatçı, mətnin filoloji analizinə başlamaqdan öncə, bir deyil, düz 3 müqəddimə ilə bizi qarşı-qarşıya qoyur. Digər tərəfdən isə qeyd etmək lazımdır ki, əlyazmadakı anomaliyalar dəqiq və əsaslı mühakimələr aparmağı tələb edir.  Sanki bir ellinist nəzm deyil, nəsr formada yazılmış və aşağıda qeyd olunan cümlə ilə başlayan “İliada” ilə üzləşibdir: “Axilles qəzəblidir, onun qəzəbinin hekayəti ilə başlamaq lazımdır (müqəddimədə İlahə Muzalara dua edib çağırmağı unutmamaq)”.

“Yarımçıq əlyazma” əsərində çətin bir istintaq işini aparan Bayandır xanla bağlı olan hadisələr nəql olunur. İç və dış oğuzlar arasında olan münaqişələr nəticəsində IX əsrin qeyri-sabit və mürəkkəb siyasi vəziyyətdə (o ərazidə həmin dövrlərdə də sərhəd problemləri var idi!), bir casus həbs olunur, lakin  sonra böyük Xanın icazəsi olmadan azad edilir. 

İstintaq işi satqın və kollaborasionistlərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi ətrafında aparılır və sonradan aşkar olunur ki, istintaq protokolunu tərtib etməyə çağırılmış aed-müğənni Dədə Qorqudun əsərdəki rolu heç də ikinci dərəcəli deyil. Sanki Homer Odisseyi ilhamlandıran hadisəni nəql edir və sonra özü də həmin hadisənin əsas qəhrəmanlarından birinə çevrilir.

Kitabxanadakı əlyazmada yalnız bu eposla deyil, eyni zamanda Şah İsmayılla da bağlı oxunulması mümkün olan episodlar qeydə alınıb. XVI əsrin böyük Azərbaycan şairi Şah İsmayıl  öz oxşarını o məqsədlə axtarır ki, eyni zamanda bir neçə yerdə iştirak edə bilsin. Bəs şahın oxşarı tapılandan sonra onlardan hansının əsl şah olduğunu kim müəyyənləşdirə biləcək?

Aralarında yeddi əsrə bərabər zaman məsafəsi olan bu iki hadisə paralel olaraq davam edir. Bəs hara qədər?

Bəli, iş də elə ondadır ki, bu əlyazma əsərin adından göründüyü kimi yarımçıqdır. Bütün bunlardan sonra  kitabxanada üç gün fasiləsiz oturan tədqiqatçıya, binadan çıxıb ona kömək edən müəmmalı arxivist qızın dalınca getməkdən başqa heç nə qalmır və ...

Bəli, bəli. Bu romanın özü də yarımçıq bir əsərdir.  Əslində Kamal Abdullanın oxucularının əsərdə axtardıqları hər hansı bir cavab və ya nəyinsə həlli yolları deyil.  “Yarımçıq əlyazma” əsərini oxumaq təcrübəyə əsaslanan bir işdir, sanki musiqili qamma sistemində ¼ tona malik  olan şərq musiqisini dinləyirsən və ya sanki fraktal hekayələrdə qarşılaşdığımız, nağıl içində olan nağıldakı daha bir nağıla bənzəyən çin qutularının*  labirintində özünü itirirsən.

Yeganə yol ondan ibarətdir ki, biz “Min bir gecə”də olduğu kimi bu konstruktor oyununa başlayaq və onun mənasını, ərəb musiqiliyini, fars cazibəsini duyaq və hiss edək. Maraqlı bir faktı qeyd etmək lazımdır ki, bu yay “İl Sole 24 Ore” jurnalı “Yarımçıq əlyazma” əsərinin uyğunlaşdırılmış variantını ardıcıl olaraq on bir buraxılışında hissə-hissə nəşr eləyibdir. Əsər, sanki, Xan tərəfindən danışdırılan hər bir obrazın, hadisələrlə bağlı öz versiyasiyalarının nəql edilməsindən ibarət olan psixodelik eksperimentdir.

Çünki Kamal Abdullanın əsəri Aleksandr Dümanın və son dövrlərə aid Armistid Maupinin əsərləri ilə tam əks qütblərdə dayanır. Buna səbəb isə onun yaratdığı əsərdə nəyin baş verəcəyini bilmək yox,  nəyin baş verdiyini bilməmək prinsipinin önəmli olmasıdır.


* Çində istifadə olunan və ölçüləri getdikcə böyüyən qutular deməkdir. Ədəbiyyat sahəsində hər hansı bir əsərin nəql olunma strukturunu adlandırmaq üçün istifadə olunur. Bu növ narrativ strukturda baş qəhrəman digər qəhrəman haqqında danışır və haqqında danışılan qəhrəman da öz növbəsində, digər bir hadisəni nəql edir (hekayə içində daha bir hekayə).
/kult.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.