Nobelçilər pullarını hara xərcləyir?
15.10.14

Nobel komitəsinin pul mükafatının miqdarı Nobel Fondunun gəlirlərinə uyğun olaraq ildən-ilə dəyişir. Bu il isə mükafata təqribən bir milyon dollar təşkil edir. Bəs laureatlar mükafatları hara xərcləyirlər?

 

 

Stokholmda Nobel həftəsi yekunlaşdı. Dünyada tanınmaqdan, Alfred Nobelin təsviri həkk olunmuş medaldan və diplomdan başqa laureatlar pul da alırlar. Bu məbləği onlar istədikləri kimi xərcləmək hüququna malikdirlər. Bəs bu pullar hara xərclənir?

 

 

Xeyriyyəçilik

 

Pul mükafatlarını müxtəlif xeyriyyə fondlarına köçürmək Nobel mükafatı laureatları arasında ənənə halını alıb. Tereza Ana(1979-cu ildə Nobel Sülh mükafatını alıb) mükafat pulunu kasıblar üçün sığınacaqların tikilməsinə xərcləmişdi. Bundan başqa, 2 min yoxsul insan üçün Milad naharı təşkil etmişdi.

 

Başqa bir Nobel sülh mükafatçısı Mixail Qorbaçov etiraf edir ki, aldığı bütün pulları SSRİ-nin büdcəsinə köçürübmüş. Bu vəsaitlə Rusiya, Belorus və Ukraynada xəstəxanalar tikilib.

 

2009-cu ildə sülh mükafatı almış Barak Obama 1,4 milyon dollar həcmində olan mükafatı bir neçə xeyriyyə təşkilatı arasında bölüşdürdü. Obamanın siyahısında birinci yerdə Haitidə zəlzələdən zərər çəkmişlərə kömək edən Buş-Klinton Fondu dururdu. Obama bu məqsədlə fondun hesabına 200 min dollar keçirdi. 50 min dollar isə Amerika veteranları və onların ailə üzvləriylə işləyən "Fişer Haus" təşkilatı aldı. Qalan məbləğ isə kiçik hissələrlə Afrika və Mərkəzi Asiya dövlətlərində maarifləndirici və sosial proqramlar həyata keçirən xeyriyyə təşkilatlarına və fondlara köçürüldü.

 

 

Elm sahəsinə ayırmalar

 

Nobel laureatı Jores Alfyorov Təhsil və Elmə dəstək Fondunun əsasını qoydu. Onun inkişafına o, 75 min dollar - aldığı Nobel mükafatının üçdə birini verdi. "Fondun əsas məqsədi - ölkə təhsilinin inkişafına və Rusiya məktəblərində fizika sahəsində fundamental tədqiqatların aparılmasına kömək etmək, iqtisadiyyatın inkişafı üçün ən vacib köməkliyi göstərməkdir” -Alfyorov jurnalistlərə belə demişdi.

 

İlk rus laureatı (1904-cü il) fizioloq İvan Pavlov öz mükafatını elmi araşdırmaların həyata keçirilməsinə xərclədi. Bu pula akademik Fiziologiya İnstitutunu yaratdı. O, burada 1936-cı ilə qədər direktor işlədi.

 

1908-ci ildə mükafatı almış mikrobioloq İlya Meçnikov bütün pulunu Parisdə yerləşən Paster İnstitutunun inkişafına xərclədi. Meçnikov bu institutda laboratoriyalardan birinə rəhbərlik edirdi.

 

Mikrobioloq Andre Mişeli Lvov da mükafatını Paster İnstitutuna köçürmüşdü. Fiziologiya və tibbi üzrə Nobel mükafatını Fransua Jakob, Jak Mono ilə birlikdə alan Lvov ona kəşfi həyata keçirməkdə kömək etdiyinə görə, İnstitutun hesabına keçirmişdi.

 

Misirli Əhməd Zeveyl (1999-cu ildə kimya üzrə mükafatın laureatı) və amerika alim Pol Qrinqard da (2000-ci ildə tibb sahəsində mükafat alıb) öz kolleqaları kimi davranıblar. Zeveyl mükafatın puluna Misir universitetlərindən biri üçün lazer avadanlığı alıb. Qrinqard isə vəsaitin bir hissəsini tibb sahəsində çalışan qadın tədqiqatçılara kömək edən fondun hesabına köçürdü.

 

 

Ehtiyaclarını ödəyənlər

 

Nobel mükafatı ilə ən qeyri-adi davranan Rokfeller Universitetinin prezidenti Pol Ners olub. 2001-ci ildə tibb və fiziologiya sahəsində Nobel mükafatının laureatı olan Britaniya biokimyaçısı aldığı məbləği öz “Kavasaki” motosiklinin sazlanmasına xərclədi.

 

1993-cü ildə "bir-birlərindən müstəqil şəkildə genin qırıq-qırıq strukturunu kəşf etdiklərinə görə" fiziologiya və tibb üzrə Nobel mükafatını genetiklər Riçard Roberts  Fillip Şarp aldılar. Hər iki alim mükafat pulunu öz maddi ehtiyacları üçün xərclədi. Roberts evinin yanında kroket oyunu üçün meydança düzəltdirdi. Fillip Şarp isə mülk aldı. "Sanki böyük dalğa üzərində uçuram. Mən öz ailəmin arzusunu həyata keçirdim- çox gözəl bağı olan qədim ev aldım"-Nobel laureatı jurnalistlərə etiraf eləmişdi.

 

 

Arvada verdi

 

Deyilənə görə, 1921-ci ildə fizika sahəsində Nobel mükafatı laureatı olmuş Albert Eynşteyn mükafatın bütün məbləğini iki il öncə boşandığı keçmiş arvad Mileve Mariçə veribmiş. Bununla alim Nobel mükafatını alacağı təqdirdə onun pulunu tədqiqatlarda kömək etmiş xanımına verəcəyi barədə bağladığı nikah müqaviləsinin öhdəliyini yerinə yetirib.

 

Boşandığına görə mükafatın bir hissəsini arvadına verməyə məcbur olanların arasında Amerika iqtisadçısı Robert Lukasda var. 1995-ci ildə ən yüksək mükafata layiq görülən alim 7 il əvvəl arvadıyla bağladığı boşanma müqaviləsinə əsasən alacağı mükafatın 50 faizini ona ödəməli idi. Bəxtsizlikdən alimin həyat yoldaşı ilə bağladığı müqavilə 31 oktyabr 1995-ci ildə qüvvədən düşürdü. Əgər iqtisadçı bir il sonra Nobel mükafatını alsaydı, onda bütün pul özünə qalardı.

 

Amma 2003-cü ildə fizika sahəsində Nobel mükafatı almış üç laureatdan biri, akademik Vitali Qinzburq və 2002-ci ildə ədəbiyyat üzrə Nobel almış macar yazıçısı İmre Kerteş öz pullarını könüllü olaraq arvadlarına veriblər "Onilliklər boyunca mənimlə ehtiyac və yoxsulluq içində yaşamış həyat yoldaşım mükafatın pulunu istədiyi kimi xərcləməyə layiqdir. Lap özünə pal-paltar və bər-bəzək alsın", - İmre Kerteş jurnalistlərə belə demişdi.

 

 

Əyləncə gecələri və səyahətlər

 

1933-cü ilin dekabrında Paris mətbuatı yazırdı: "Şübhəsiz İ.A.Bunin son illər rus nəsr və poeziyasında ən güclü fiqurdur", "ədəbiyyatın kralı əminliklə və bərabərhüquqlu şəkildə başında tac gəzdirən monarxın əlini sıxdı". Dünya şöhrəti ilə yanaşı 170 min 331 kron əldə edən Bunin pulu səxavətlə xərcləməyə başladı. Şair və ədəbi tənqidçi Zinaida Şaxovskaya yada salırdı: "Fransaya qayıdan İvan Alekseyeviç pulun haqq-hesabını aparmadan ziyafətlər təşkil etməyə, mühacirlərə paylamağa, dəstək məqsədilə müxtəlif cəmiyyətlərə ianə verməyə başladı. Nəhayət, kimlərinsə məsləhətinə uyaraq əlində qalmış məbləği hansısa "uduşlu işə" yatırdı və heç nəsiz qaldı".

 

Mixail Şoloxov "Sakit Don" romanına görə 1965-ci ildə ədəbiyyat üzrə Nobel mükafatını aldı. Aldığı 62 min dolların bir hissəsini Rostov vilayətində kitabxana və klubun tikilməsinə xərclədi. Qalan pulla Şoloxovun ailəsi səyahətə yola düşdü. "O, uşaqlarına Avropanı və Yaponiyanı göstərmək üçün qalan pulu səyahətə xərclədi. Biz maşınla geninə-boluna İngiltərəni, Fransanı, İtaliyanı gəzib dolandıq", - Şoloxovun qızı Svetlana xatırlayırdı.

 

SSRİ-dən olan daha bir laureat, 1964-cü ildə mükafat almış fizik Aleksandr Proxorov da Nobel pulunu səyahətə xərcləyib. "Nobel pullarını Qərb banklarından birinə qoydum. Məni xaricə tez-tez dəvət edirdilər. Mən də özümlə xanımı, ailə üzvlərini aparırdım. Ezamiyyət pulu və maaşımız səyahət xərclərini ödəmədiyi üçün mükafat pulunu sərf edirdim", - Proxorov etiraf edirdi. /kulis.az/

Yenililklər
13.08.20
MTRŞ əcnəbi teleserialların yayımının bərpa olunmasına qərar verdi
13.08.20
İsmayıllıda yol tikintisi zamanı maddi-mədəniyyət nümunələri aşkar olunub
13.08.20
Mədəniyyət nazirinə müşavir təyin edilib
13.08.20
Hacı Zeynalabdin Tağıyevin naturadan çəkilmiş portreti - Bir rəsmin dedikləri
13.08.20
Əliağa Vahidin 125 illiyi münasibətilə poçt markası buraxılıb
13.08.20
Azərbaycan Kinematoqrafçılar İttifaqı ssenari müsabiqəsi elan edib
12.08.20
Dünyanın ən çox məvacib alan aktyorları açıqlandı
12.08.20
Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri işdən çıxıb
12.08.20
Cavid Zeynallının kitabı Türkiyədə nəşr olunub
12.08.20
Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında Prezident Sərəncam imzalayıb
11.08.20
Anar Kərimov Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral ilə görüşüb
11.08.20
İspaniyalı rəssamın əsəri Heydər Əliyev Mərkəzində nümayiş olunur
11.08.20
Mədəniyyət Nazirliyi sisteminin idarə edilməsinin təkmilləşdirilməsi üzrə işçi qrup yaradılıb
11.08.20
Cəlilabadda maddi mədəniyyət nümunələri aşkarlanıb
10.08.20
"Ən böyük arzum Azərbaycan Mühacirət Muzeyini qurmaqdır" - Dilqəm Əhmədlə müsahibə
10.08.20
İzmirdə mifoloji varlıq olan Satyrosun heykəli aşkarlanıb
10.08.20
Mədəniyyət Nazirliyində kadr islahatları aparılıb
08.08.20
Nadir şah Əfşarın Azərbaycanın xristian əhalisi ilə münasibətlərinə dair kitab nəşr olunub 
08.08.20
“Eurovision” mahnı müsabiqəsinin Amerika versiyası yaradılacaq 
08.08.20
Məmməd Məmmədli - Avropa kinosu kreativlik nümayiş etdirir
07.08.20
"Ulduz" jurnalının iyul sayı çap olundu
07.08.20
Nizami Cəfərov - Azərbaycan dilinin orijinal qrammatikası 400 il sonra
07.08.20
Haqverdiyevin kitabı macar dilində nəşr edilib
07.08.20
“Ümmətçilikdən millətçiliyə keçid dövrümüzün fəlsəfəsi” monoqrafiyası nəşr olunub
07.08.20
90 yaşlı Toğrul Nərimanbəyov
07.08.20
Mədəniyyət Nazirliyi ictimaiyyətə müraciət edib
06.08.20
Elçin İbrahimov - Azərbaycanda dil siyasəti
06.08.20
Şamaxıda Antik dövrə aid nekropol aşkar olunub
06.08.20
Respublika Kinematoqrafçılar İttifaqı Milli Kino Günü ilə bağlı kino xadimlərinə pul mükafatları təqdim edib
06.08.20
Çingiz Aytmatova həsr olunmuş monoqrafiya çap olunub
03.08.20
“Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda V beynəlxalq elmi-nəzəri konfrans keçiriləcək
03.08.20
Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri elan olunub
03.08.20
Əziz Mirəhmədovun “Seçilmiş əsərləri” çap olunub
30.07.20
Məşhur amerikalı aktrisa vəfat etdi
30.07.20
İsmayıllıda “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin təməlqoyma mərasimi keçirilib
30.07.20
Qazaxıstanda Xoca Əhməd Yasəvinin məqbərəsi bərpa edilib
30.07.20
“Xəzərin dalğaları” adlı Beynəlxalq Sulu Boya Festivalına 500-dən çox sənət əsəri göndərilib
29.07.20
Çağdaş Monteneqro şeiri - Eşq barədə gecə şeiri və sairə
29.07.20
Rembrandtın avtoportreti rekord məbləğə satılıb
29.07.20
"Azərbaycan ədəbi tənqidi" kitabı dəyərli elmi-nəzəri mənbə və birliyin təcəssümü kimi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.