Elkin Kərimli - "İşaxtarnın dostuna rast gəlməsi"
22.10.14

Avanqrad.net BSU Yaradıcılıq fakültəsinin tələbəsi Elkin Kərimlinin "İşaxtarnın dostuna rast gəlməsi" hekayəsini təqdim edir.


… Onu deyirəm də, deməli, bir gün yenə iş adıyla şəhərə çıxmışdım, iş axtarırdım. Əslində atam biraz hörmət eləyib məni metropolitenə işə düzəltmişdi, necə oldusa işə çağırmadılar, necə deyərlər "it də getdi, ip də getdi". Hə sözüm onda yox, bir-iki yerə getdim, nəsə bir iş çıxmadı, əslində iş varıydı, “prosta”, mənim başım çıxmadı. Dəhşətdi vallah, rusun dilini bilmirəm deyə öz vətənimdə acından ölməliyəm.
Şəhəri bir az da ac qarnına fırlandım, gördüm yox e, “uje” başım fırlanır, burda mənə görə iş yoxdu. Bir şəhərə baxdım, bir də üst-başıma… Sarayda dilənçi kimi hiss elədim özümü. Çox sıxıldım, başladım söyməyə, söydüm də, məni işsiz-gücsüz qoyanları, fəhlə işlədiyim yerdə pulumu kəsənləri, iş düzəltmək üçün şirinlik istiyənləri, bir anlıq hər şeyə tüpürdüm, yaşamaq istəməyən adam necə olar? Bax elə gündəydim. Nə qədər doğma da olsa, yaşadığım diyardan getmək istəyirdim.
Birdən birə ağlıma hardan gəldisə, uşaq vaxtı məktəbdə İlhamə müəlliməmin sözü yadıma düşdü. O, "Sənin pis yaşamağında vətən günahkar deyil, vətəni mənimsəyənlərdi günahkar. Vətən hamımızın Anasıdır" - deyərdi. Ya da buna oxşar bir şey, "Ana vətəndi" ya da "Vətən Anadı" hər nəysə, balasını küçələrə atan Ana!  Iş yox, güc yox, boş-bekarçılıqdan dedim elə çıxım bulvara bir az "mazutdu" dənizimizi seyr eliyim, heç olmasa iyi tutsun, kabab çəkəndə həmişə babam deyərdi, "bala, iysi məni tutub, siz yeyin" onun sözü olmasın "əsas qonaqlardı, biz qoxsunu alsaq da olar".
Sözüm heç onbirdə də yox, elə təzəcə oturmuşdum ki, gördüm bir nəfər qol-qanadını açıb mənə sarı gəlir, yaxınlaşdıqca tanıdım, sinif yoldaşım Əlibala.  Səsinin yoğun yerinə sala-sala, dedi:
- Ooo salam brat, nə var nə yox?
- Şükür qaqaş, sən necəsən?
- Şükür brat, şükür. Neyniyirsən, haralardasan?
- Hə qaqaş, bu aralar biraz başım qarışıb.
- Uşaqlar-zad neyniyir, Emili görmürsən?
- Yo brat, çoxdandı görmürəm. Bir-iki ay olar elə axrıncı dəfə vatsapda yazışmışdıq
- Həəə, o neyniyir, nə işə baxır?
- Maşın aldığını eşitdim, dedim elə təbrik eləyim, mesaj yazdım, təbrik elədim. Ondan bəri danışmaşıq heç.
- Nə maşını alıb ki?
- Sağlığına qismət, Hunday alıb, adı da bir təhərdiy e.
- Hə lap yaxşı, can sağlığıyla sürsün, Emil yaxşı qardaşdı. Maşını nağdıya götürüb ya kreditə?
- Brat, nağdıya götürüb deyəsən.
- Həəə, bəs nə əcəb görüşüb eləməmisiz indiyə kimi?
- Nəbilim brat, dedi ki, axşam xəbər eliyəcəm görüşərik, hələ bir xəbər yoxdu.  
- Hə qaqaş, Emilin nömrəsi var səndə?
- Hə qaqaş, bu da nömrəsi.
- Emil yaxşı qardaşdı, mən də zəng eliyim təbrik eliyim gərək.
- Sən neyniyirsən, yenə həmin işdəsən?
- Yoo brat, o işimdən çoxdandır ki, çıxmışam, neçə aydır işsizəm. İş axtarıram, iş olandan olana tikintilərdə zadda başımı qatıram.
- Həəə, yaxşı qaqa. Allah işini avand eləsin, məni bağışla, mən tələsirəm sonra görüşərik, inşallah.
- Hökümət bağışlasın qaqaş, görüşərik inşallah. Sən də get.
… Həəə, Əlibala da belə getdi…

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.