AYB-də Lermontovun 200 illiyinə həsr olunmuş poeziya və nəsr almanaxının təqdimatı olub
23.10.14

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” zalında böyük rus şairi M.Y.Lermontovun 200 illiyinə həsr olunmuş “Qafqaz dağları, mən sizə yad deyiləm” adlı poeziya və nəsr almanaxının təqdimat mərasimi keçirilib. Nəfis tərtib olunmuş bu almanax “Sodrujestvo” Azərbaycan xalqlarının həmrəyliyi respublika cəmiyyətinin və Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Mütərcim” nəşriyyatında çapdan çixib. Təqdimat mərasimində Yazıçılar Birliyinin üzvləri – Azərbaycanın tanınmış ədibləri və şairləri, habelə həvəskar şairlər, böyük şairin yaradıcılığının pərəstişkarları iştirak ediblər.
Tədbirdə çıxış edən “Sodrujestvo” cəmiyyətinin sədri Tatyana Kərimova, kitabın tərtibçilərindən biri, redaktoru və müqəddimənin müəllifi, “Liternaturnı Azerbaydjan” jurnalının poeziya şöbəsinin müdiri, tanınmış şair Alina Talıbova, “Azərnəşr” Dövlət Nəşriyyatının direktoru Azər Mustafazadə, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin müşaviri Aleksandr Qladkov, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi, şair Çingiz Əlioğlu, “Literaturnı Azerbaydjan” jurnalının baş redaktoru Solmaz İbrahimova, şair-tərcüməçi Siyavuş Məmmədzadə, peşəkar lermontovşünas Lyudmila Səmədova, 160 nömrəli Klassik gimnaziyanın direktoru Faina Ələkbərova, Əməkdar Jurnalist Qalina Nikeladze, məcmuənin tərtib edənlərdən biri olan şair və yazıçı Marat Şəfiyev və başqaları qeyd ediblər ki, əsl istedad sərhəd tanımır, dahilər isə bütün dünyaya məxsusdur.
Azərbaycanda rus dilinə və rus mədəniyyətinə həmişə böyük məhəbbətlə yanaşıblar, burada rus ədəbiyyatının parlaq nümayəndələrinin yaradıcılığı bu gün də yüksək qiymətləndirilir. Qeyd edilib ki, öz qısa ömrünün bir hissəsini Qafqazda keçirmiş, Azərbaycanda olmuş M.Y.Lermontovun faciəli taleyinə və yaradıcılığına ölkəmizdə xüsusi maraq var. Məlumdur ki, şair Azərbaycan dilini öyrənməyə çalışmış, xalqımızın folkloru, əfsanələri və dastanları ilə maraqlanmış, dəfələrlə öz şeirlərində və nəsr əsərlərində bu yerlərə məhəbbətini ifadə etmişdir.
2014-cü ildə bütün dünya M.Y.Lermontovun 200 illiyini qeyd edir. O, 1814-cü il oktyabrın 15-də anadan olub. Bu əlamətdar tarixlə əlaqədar nəşr edilmiş poeziya və nəsr almanaxına M.Y.Lermontov haqqında Azərbaycan və Rusiya müəlliflərinin şeirləri və məqalələri, onun əsərlərinə çəkilmiş illüstrasiyaların və Lermontov mövzusuna həsr olunmuş rəsmlərin reproduksiyaları daxil edilib. Kitabın nəşri iki xalq arasında mədəni əməkdaşlığa töhfə kimi qiymətləndirilib. Əminliklə bildirilib ki, kitab rusdilli oxucuların geniş auditoriyası üçün qiymətli ədəbi mənbə olacaqdır. Bu yaxınlarda almanax Frankfurtda kitab sərgisində nümayiş etdirilib, İsraildə yaşayan keçmiş həmvətənlərimiz arasında da nəşrə böyük maraq göstərilir.
Rusiyanın Azərbaycandakı səfirliyinin müşaviri Aleksandr Qladkov Alina Talıbovaya rusiyalı həmvətənlərin informasiya dəstəyinə xüsusi töhfəsinə görə Rusiya Federasiyasının Xaricdə yaşayan həmvətənlərin işləri üzrə hökumət komissiyasının Fəxri diplomunu təqdim edib.
Təqdimat mərasimində M.Y.Lermontovun poetik əsərlərindən parçalar, şairin şeirlərinə yazılmış romanslar, Azərbaycan şairlərinin, o cümlədən ən gənc müəlliflərin ona həsr etdikləri əsərlər səsləndirilib. /AzərTAc/

Yenililklər
14.06.19
Azərbaycan televiziyası - yeni simada
13.06.19
“Ernest Heminquey: yeni nəsr və müasir insan” mövzusunda elmi sessiya keçirilib
13.06.19
Professor Qəzənfər Kazımovun kitablarının təqdimatı olub
13.06.19
Xalq artisti İlham Namiq Kamalın 70 illik yubileyi qeyd olunub
12.06.19
Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdim olunub
12.06.19
Leonardo da Vinçinin şedevr əsərlərindən biri tapılıb
12.06.19
Famil Mustafayevin verdiyi qərarı haqlı hesab edirəm
12.06.19
Xalq yazıçısı Elçinin Almaniyada yeni kitabları işıq üzü görüb
10.06.19
AzTV-də Bədii Şuranın növbəti iclası keçirilib
10.06.19
Milli Dram Teatrı “Ölülər”i yenidən təqdim edib
10.06.19
Rəşid Behbudovun xatirəsi anılıb
04.06.19
Ədəbiyyat İnstitutunun əməkdaşı Pərvanə Məmmədli beynəlxalq konfransda iştirak edib
04.06.19
XVI əsrə aid “Kitabi-tibbi-mənzum” əsəri nəşr olunub
30.05.19
"Qafqaz-Media" fəaliyyətində fərqlənənləri təltif etdi
29.05.19
Bədirxan Əhmədli: "Mədəniyyətlərarası dialoqda ədəbi əlaqələrin mühüm rolu var"
29.05.19
Bəsirə Əzizəli - Vladimir Nabokovun “Haram damğası” romanı: siyasi məzmun, ironiya, ölüm
29.05.19
Türkiyədə “Anastas Mikoyan. Bolşevik bir erməninin etirafları” kitabı nəşr olunub
27.05.19
"Özümüzdən böyük Sözümüz" təqdim olundu
27.05.19
Bakıda “Siyasi repressiya qurbanları muzeyi” açılıb
23.05.19
Azərbaycan ədəbiyyatı antologiyası qazax dilində
23.05.19
Dilçilik İnstitutunda bu il 10 kitab, 60-a yaxın məqalə çap edilib
23.05.19
Bakı Dövlət Universitetində Füyuzat Mərkəzinin açılışı olub
23.05.19
Dünya şöhrətli rəssam Zurab Seretelinin sərgisi açılıb
22.05.19
Oman yazıçısı Buker mükafatına layiq görüldü
13.05.19
Ədəbiyyat İnstitutunda Türkiyənin təsəvvüf alimlərilə görüş keçirilib
13.05.19
Musiqili Teatrda “Buratino” tamaşası nümayiş etdiriləcək
13.05.19
Ramiz Rövşən Bakı Kitab Mərkəzində oxucularla görüşdü
13.05.19
Azərbaycanın “Qarabağ” muğam qrupunun Ankarada konserti keçirilib
09.05.19
Rövşən Yerfi - Nəsimi niyə dahidir?
09.05.19
"Çöl Qala" Stokholmda təqdim olundu
07.05.19
Azərbaycan və Rusiyanın görkəmli təmsil ustalarının xatirəsi anılıb
07.05.19
Şair Dəmir Gədəbəyli vəfat etdi
06.05.19
Mətanət Vahid - Məhəmməd Hadinin irsi çağdaş ədəbiyyatşünaslıq müstəvisində
06.05.19
Romada Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələrin forumu keçiriləcək
06.05.19
BSU-da Hindistanlı türkoloqla görüş keçirilib
06.05.19
"Ulduz" jurnalının "Nəsimi" xüsusi sayı təqdim olundu
01.05.19
Türkiyəli tələbələr Bakı Mühəndislik Universitetində keçirilən konfransda iştirak edib
01.05.19
Anar Məcidzadə - Getdiyin o yollar qaytarmır səni 
30.04.19
Mərahim Nəsib - Rəhmətdən yağışa  gedən sevgi 
26.04.19
AMEA vitse-prezidenti: "Cəfər Cabbarlının romanı və məktubları tapılıb"
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.