Qazaxıstanın dilçi alimi və yazıçı Erden Kajıbəy Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin qonağı olub.Görüşdə Erden Kajıbəy türk dilçilik ənənələri, Qazaxıstan ədəbiyyatı, qədim abidələr, ortaq dil haqqında söz açaraq, araşdırmaçılıq prosesinin daha geniş vüsət asldığını və bu işdə gənc nəslin əməyinin əvəzsiz olduğunu söylədi.
Fakültənin yaradıcısı, Azərbaycan Respublikasının Millətlərarası Multikulturalizm və Dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev çıxış edərək bildirdi ki, Qazaxıstan gənc ədəbi mühiti ilə Azərbaycan gənc ədəbi mühiti bir-birini tanıması yönündə müştərək layihələr həyata keçirilməsi vacibdir. Həmçinin Kamal Abdullayev Erden Kajıbəyə gələcəkdə azərbaycanlı yazarların kitablarının Qazaxıstan ədəbi mühitində, qazaxıstanlı yazarların kitablarının Azərbaycanda təqdimatlarının keçirməsi layihəsini təklif etdi. Təklif qonaq tərəfindən razılıqla qarşılandı və bu tanıtım istiqamətdə konkret addımlar atmağı söz verdi.
Avanqard.net