Ülkər Piriyeva - Baxışın yandırıb-yaxdıqca məni
28.10.14
Avanqard.net BSU Yaradıcılıq fakültəsinin tələbəsi Ülkər Piriyevanın şeirlərini təqdim edir.
Ürəyimə yağış yağır bu gecə...
Gözlərindən baxışların tökülür, Od nəfəsim sənlə dara çəkilir... Varlığımda eşq sarayı tikilir, Bir xəbərsiz eşq yaranır gizlicə, Ürəyimə yağış yağır bu gecə...
Bəxtim sənə nə göz yaşı ol deyir, Nə tökülən göylər daşı ol deyir, Bir ürəyin gəl sirdaşı ol deyir. Arzularla ötub gedir gün necə, Ürəyimə yağış yağır bu gecə...
Baxışların gözlərimə dolanda, Ta qayıtma...sığın ona, qal onda... Adın qəlbdə, taleyinsə əlində, Sənsiz günüm nə yaşana, nə keçə, Ürəyimə yağış yağır bu gecə...
Ana
Adın göylər boyda, baxışın dərin, Müqəddəs adına qurbanam, ana. Şirin layla caldın mənə beşikdə, Nəfəsdə oduna qurbanam ana.
Əzablı gündüzdən soyuq gecədən, Keçib tellərinə salıb neçə dən... Övladlar yolunda ömrün puc edən, Sənintək qadına qurbanam, ana.
İl gəldi elə hey ilinin üstə, Zaman qar ələdi telinin üstə... Tanrı gönərdiyi dilinin üstə, Sözünün dadına qurbanam, ana.
***
Ömrü yaşadıqca, böldukcə elə, Ürəyim hey səni anır sevdiyim. Baxışın yandırıb-yaxdıqca məni, Gözlərim sevgindən yanır, sevdiyim.
Eşqinlə ovunur içdə kədərim, Açılır üzümə nurlu səhərim... Sənin əllərində olan əllərim, Gecələr üşüyüb, donur sevdiyim.
Səninlə düşmərəm tufanlı qışa- Buluddan asılan qara, yağışa... Əzablar icində həyat tamaşa, Göstərib eşqini danır, sevdiyim.
|