Elşad Barat - Mənim uşaqlığım böyümədi ki
30.10.14
Avanqard.net BSU Yaradıcılıq fakültəsinin tələbəsi Elşad Baratın şeirini təqdim edir.
Özümdə kiçildim, səndə böyüdüm Həsrətim böyüdü, mən də böyüdüm, Yağışda, dumanda, çəndə böyüdüm Mənim uşaqlığım böyümədi ki.
Arzum nağıllarda dağıldı elə İndiki həyat da nağıldı elə. Ağıl da həminki ağıldı elə, Mənim uşaqlığım böyümədi ki.
Böyüdü dərdimin koğuşu, Allah, Böyüdü yolumun yoxuşu, Allah, Böyüdü alnımın qırışı, Allah, Mənim uşaqlığım böyümdi ki.
Yolları çəkdikcə gözüm böyüdü İçimdə iradə, dözüm böyüdü, Ürəyim böyüdü, özüm böyüdüm - Mənim uşaqlığım böyümədi ki.
Elşadam, zamanın əlində qaldım İçimdən dağıldım, içimə doldum. Böyüdüm, evləndim, ata da oldum, Mənim uşaqlığım böyümədi ki.
|