"Azərbaycan" jurnalının 10-cu sayı işıq üzü görüb
30.10.14

Bu günlərdə "Azərbaycan" jurnalının yeni sayı çapdan çıxıb. Bu dəfə dərgi Əli Əmirlinin yeni "Premyera" ikihissəli epataj komediyası ilə açılır. Adətən yay aylarında fəal işləyən, tamaşaçıları, oxucuları üçün təzə əsərlər yazan dramaturq bu dəfə teatrın özünü hədəfə çevirib. Onun qəhrəmanları teatr işçiləridir - rejissorlar, qoca aktyor, kastinq iştirakçıları və s. Uzun illər teatrla sıx təmasda olan dramaturq nələri gülüş hədəfinə çevirib, bax bu çox maraqlıdı...
Poeziya bölümündə Xalq şairi Zəlimxan Yaqubun "Ün" poeması çap olunub. Sağlığında yuxularla yaşayan, mistik qüvvələrlə söhbət edən İsa Muğanna ölümündən sonra Zəlimxan Yaqubun yuxusuna gəlibmiş. Özü də bir neçə dəfə. Dəyərli məsləhətlər verib, yol da göstərirmiş. Bundan ilhamlanan şair İsa Muğannaya "Ün" poemasını həsr edib.
Poeziya bölümündə Xasay Mehdizadə, Ruslan Dost Əli, İnqilab İsaq, Kəmaləddin Qədim, İbrahim Yusifoğlunun da şeirləri yer alıb.
Oxucularını ara-sıra yeni tərcümələrlə sevindirən "Azərbaycan " dərgisi bu dəfə Frans Kafkanın "Ocaqçı"sını Vilayət Hacıyevin alman dilindən tərcüməsində təqdim edir. Alyə əl Asuaninin "İnzibati göstəri: Boksyor küçükləri - bütün rənglərdə" hekayələrini isə dilimizə Xumar Ələkbərli çevirib.
Nəsr bölümündə qadın nasirlər Narıngülün və Mənzərə Sadıqovanın hekayələri, bir də Qardaşxan Fərzinin "Palaz" hekayəsi yayımlanıb.
Jurnal bu sayından başlayaraq Azərbaycanın görkəmli yazıçısı, XX əsrin 30-cu illərindən ta sonuna kimi ölkəmizin ictimai-siyasi həyatının fəal üzvlərindən biri olmuş Mirzə İbrahimovun tanınmış alim, yazıçı, Moskva Dövlət Universitetinin professoru Əziz Şəriflə məktublaşmasını oxucularına təqdim edir. Məktublarda o dövrün ümumi ab-havasını duyacaqsınız.
Tənqidçi Rüstəm Kamalın Azərbaycan Yazıçılar Birliyinin mərhum katibi, dəyərli alim Arif Əmrahoğlunun 60 illiyinə həsr olunmuş yazısı da dərginin səhifələrində yer alıb.
Məhsuldar tənqidçi, Azərbaycan ədəbiyyatının sistemli, ardıcıl araşdıran Vaqif Yusifli Müasir Azərbaycan romanı haqqında tənqidi-publisistik düşüncələrini oxucularla bölüşür.
Ədəbi portretlər bölümündə Böyükxan Bağırlının "Şehli pıçıltılar" məqaləsi yer alıb.
Ədəbiyyatşünas Rəhilə xanım Qeybullayevanın "M.F.Axundovun "Aldanmış kəvakib" povestində "Ulduz" personaj Şah Abbas, Qurban motivi və Ulduz metamorfozaları" məqaləsi də jurnalın bu sayında yer alıb.
Jurnalın sonunda ənənəvi Kitab rəfi rubrikasında yeni kitablar haqda məlumat dərc olunub. /525.az/

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.