Kosmetoloq Könül Məmmədova: “Çirkin qadın yoxdur, baxımsız qadın var” - MÜSAHİBƏ

06.11.14

Avanqard.net kosmetoloq-həkim Könül Məmmədova ilə müsahibəni təqdim edir.

“Mənim tək bir yanlışım insanın üz sinirlərini zədələyə bilər”


Müsahibimiz  həkim-dermatoloq, kosmetoloq Könül Məmmədovadır. Qeyd edək ki, Könül xanım 2012ci il “Əsrin Ziyalıları” ictimai-siyasi jurnalında Əsrin Ziyalısı seçilmiş, eyni zamanda, "lin Kosmetoloqu" adına layiq görülüb.


- Könül xanım peşənizin sizi özünə çəkən keyfiyyətləri hansılardır?

- Qadınlardakı zahiri qüsurları yox etmək istəyi mənə bu peşəni seçməyə ruhlandırdı. Bu peşədə ”Çirkin qadın yoxdur, baxımsız qadın var” fikirləri öz təsdiqini tapır. Ümumiyyətlə peşə mənim ruhuma uyğundur. Düzdür, qadınları gçzəlləşdirmək eşqi məni bu peşəyə yönəltdisə də, hal-hazırda kosmetoloji,dermotoloji əməliyyatlarda kişilərin də zahiri görkəmindəki qüsurları yox edirəm.

- İnsan simasında zədələməkdən qorxduğunuz ən həssas hissə hansıdır?

- Mən həkiməm, mənim insanların simasındakı eləcə də, bədənindəki hissələri fərqləndirməyə haqqım yoxdur. Yəni, hər birinə eyni dərəcədə həssaslıq ilə yanaşıram. Mənim tək bir yanlışım insanın üz sinirlərini zədələyə bilər, buna zərgər dəqiqliyi lazımdır.

- Bildiyim qədəri ilə xarici kosmetoloqlarla müəyyən qədər əlaqələriniz var, bu münasibətlərin peşənizə nə kimi faydası var?


- Dünya durmadan dəyişir, inkişaf edir. Təbii ki, bu yeniliklərdə istifadə etdiyimiz preparatlar, ləvazimatlar da təkmilləşir. Məhz elə Rusiyadan, Türkiyədən, İsraildən və başqa ölkələrdən kosmetoloq-dermatoloqlarla olan əlaqələrim yeniliklərdən məni xəbərdar edir. Biz internet əlaqələri ilə ölkələrimizdə baş verən yenilikləri bölüşürük, məsləhətləşirik. Bütün bu kosmotoloji irəlləyişlər Azərbaycan səhiyyəsinin uğurlarıdır.

- Qadınların daim cavan və təravətli qalmaları üçün etməli olduqları  gigeyenik qaydalar hansılardır?

-Qeyd edim ki, 30 yaşa kimi təbiətin bizə bəxş etdiyi gözəllik ilə kifayətlənə bilmərik, ancaq qadınlar 30 yaşından başlayaraq mütəmadi olaraq müxtəlif üsullarla dərilərinə qulluq edib cavan qala bilərlər. Məsələn müxtəlif üz maskalarından, bitki tərkibli preparatlardan istifadə etməklə cavan qalmaq mümkündür.

- Kosmetoloq-dermotoloq mütəxəssiz olaraq necə düşünürsünüz,  xanımlarımız neçə yaşa kimi cavan hesab olunur?


- Hər yaşın öz gözəlliyi var, ancaq qadın yaşının çoxluğunu bəhanə edib, baxımsız qalmamalıdır. Mən bu suala konkret olaraq qadın hansısa yaşda qocalır deyə cavab vermək istəmirəm. Hər yaşda cavan qalmağı bacarmalıyıq.Yaşına baxmayaraq, baxımlı olan qadın hır zaman cavan qalacaq deməkdir. Onu da qeyd edim ki, əsas insanın daxilindəki ruhu cavan olsun, ruhu qocalmış insan elə cisməndə qoca görünür.

- Hansı xəstəlikləri olan insanlar estetik əməliyyat tövsiyyə olunmur?

- Ümumiyyətlə,  ilk öncə onu qeyd edim ki, pasent əməliyyat üçün müraciət etdikdə, onunla birinci mərhələdə psixoloji söhbətlər aparırıq, pasentin bu əməliyyata hazır olub-oladığı yoxlanılır. Daha sonra sağlamlıq haqqında lazımı sənədlər tələb olunur. Məsələn hepatit, şəkər, sarılıq kimi xəstəliklərdən əziyyət çəkən pasentlər estetik əməliyyat arzuolunmazdır, həmin pasentlərimiz belə əməliyyatlarda səhhətlərində ciddi zərərlərlər ilə, hətta həyatı bahası ilə nəticələnə bilər. Bundan əlavə spirtli içki qəbul edən xanımlarda bu kimi əməliyyatlar az effek verir.

- Gələcəkdə xarici ölkələrin klinikalarındaniş təklifi gələrsə, bu təklifi necə qiymətləndirərsiniz?


- Xarici ölkələrdə bu peşə yüksək səviyyədə inkişaf edib. Məhz mən də həmin ölkələrdəki klinikalarda çalışmaq istəyirəm ve bu kimi inkişaf etmiş ölkələrdə müəyyən müddətdə işlədikdən sonra, vətənə qayıtdıqda öyrəndiyim bilgilər ilə peşəmin inkişaf etdirərəm.

- Sizcə insan yarandığı müəyyən zahiri qüsurlarla qalmalı yoxsa, bu nöqsanı yox etməlidir?


-Heç kəs zahiri qüsurları ilə yaşamağa məhkum edilə bilməz. Əgər insanın həmin nöqsanına görə narahat olursa, sıxılırsa,hətta aynaya baxmaqdan imtina edirsə, niyə də estetik əməliyyat etdirib, həyatını bu sıxıntıdan xilas etməsin. Bəzən bu kimi qüsurlar, komplekslər insanda psixoloji gərginlik yaradır və nəticədə sinir sisteminə mənfi təsirlər göstərir.

- Kariyeranızla bağlı gələcək planlarınızdan danışardınız.


-İrəliləyən zamanda estetik əməliyyatlarının sayını artırmağı nəzərdə tuturam. Elə bu səbəbdən bir çox təlimlərə qatılıram. İstəyim budur ki, insanlarımız hansısa estetik əməliyyata görə xarici ölkələrə üz tutmsınlar. Hər bir pasentin zahiri qüsurlarını aradan qaldırmaqda, onun simasında yaranan xoşbəxtlik təbəssümü, düşünürəm ki, mənə və bütün həmkarlarıma ən xoş hədiyyədir, belə desək, zəhmətimizin şirin bəhrəsidir.

Firayə Allahverdiyeva




























Yenililklər
25.02.20
Rasim Qaraca: “Hər ad günümə bir kitab hədiyyə edirəm” - VIDEO-SÖHBƏT
25.02.20
Bəxtiyar Vahabzadənin şeirləri Koreya dilində
24.02.20
Rəvan Cavid - “Azğın”: roman, yoxsa cızma-qara gündəlik?
24.02.20
"Kitabi-Dədə Qorqud”un üçüncü – Günbəd əlyazması" cap olunub
24.02.20
İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
24.02.20
Azər Abdulla - Peşmanlıqdan sevincə keçid
23.02.20
Elçin Hüseynbəyli - Qarağac - Romandan parça
23.02.20
Bədirxan Əhmədli - Gerçək və intellektual türkçü Muhsin Kadıoğlu
23.02.20
Könül Nuriyeva - "İsanın İncili"ndəki sonsuz suallar
23.02.20
Əlyazmalar İnstitutunda “Nəsimidən nəsimlər” kitabının təqdimatı olub
23.02.20
Ədəbiyyatşünaslığın inkişafına dəyərli töhfələr verən alim – akademik Həmid Araslı
21.02.20
İnsanın əzəməti – Dino Butsatinin hekayəsi
21.02.20
Tramp “Oskar” mükafatının Cənubi Koreya filmi “Parazitlər”ə verilməsini tənqid edib
21.02.20
Məşhur yazıçı hekayəsini 1 ABŞ dollarına satdı
21.02.20
Müslüm Maqomayev haqqında çəkilən serialın treyleri yayımlandı - VİDEO
21.02.20
Xalq rəssamı Böyükağa Mirzəzadənin anadan olmasından 99 il ötür
21.02.20
Taleh Eminoğlu - Knut Hamsun: bir medalın iki üzü
21.02.20
Bakıda Beynəlxalq film festivalı keçiriləcək
21.02.20
"Müqayisəli ədəbiyyatşünaslıq" jurnalının yeni sayı çıxıb
21.02.20
Hacı Ələmdar Mahirin anım günü
18.02.20
Özbəkistanda “Hər anımız Vətən desin!” adlı şeir müsabiqəsi elan olundu
12.02.20
"Təkrarın tənhalığı”nda "Sevdiyim əsər” – Fərid Hüseynin kitab təqdimatından reportaj
10.02.20
Gülbala Dadaş - “Hər kəsin öz eşqi” kitabı haqqında
07.02.20
Fərid Hüseynin kitablarının təqdimat mərasimi keçiriləcək
05.02.20
Bəsirə Əzizəlinin Muhsin Kadıoğlu haqqında monoqrafiyası çap olunub
05.02.20
İradə Musayeva -  Süleyman Rüstəmi əksinqilabçı adlandıran repressiya qurbanı
03.02.20
Cavanşir Yusiflinin Səlim Babullaoğlu haqqında kitabı nəşr edilib
02.02.20
İradə Musayeva - Bağırovun gizli tapşırığı: “Boynuna qoyuluncaya qədər döyün!”
01.02.20
"Qanun” nəşriyyatında "The Paris Review müsahibələri” adlı kitab nəşr edilib
01.02.20
Rusiya Yazıçılar İttifaqı ilə AYB arasında əməkdaşlıq müqaviləsi imzalanıb
29.01.20
İradə Musayeva - Bağırov bu tərcüməçimizi həbs etmək üçün Stalindən icazə istəmişdi
28.01.20
Fərid Hüseyn - İnsanın unutqanlığı bəzən onun ədalətidi
28.01.20
AYB-nin Gənclər Şurasının “Ulduz”u nəşr edildi
25.01.20
İradə Musayeva - Müstəqil Azərbaycan” sözü dilinizdən çıxmadımı?
25.01.20
Fazil Abbasov - Qanımı süz, şərab kimi...
25.01.20
Əsmər Hüseyn Xan - Onda balaca idik, adımız uşağıydı
25.01.20
Şəhla Aslan Türkiyənin "KonTV" kanalında aparıcılıq edəcək
24.01.20
İradə Musayeva -  Repressiya illərində  tragik həbs situasiyaları...
22.01.20
“Dünya ədəbiyyatı” dərgisinin yeni sayı esse janrına həsr edilib
22.01.20
İlham Əziz - O dünyadan gələn səslər
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.