Seyran İsmayıl: "Ədəbiyyatın həndəvərində dolanmaq daha yaxşıdır" - MÜSAHİBƏ

11.11.14

BSU Yaradıcılıq fakültəsinin “SUAL YAĞIŞI” layihəsi qısa fasilədən sonra davam edir. Qonağımız Cəlilabad rayonunun Qarğılı kəndində dünyaya xoş gəldim deyən, ixtisasca İlahiyyatçı olan və Yaradıcılıq fakültəsinin məzunu, özünü şair hesab eləməsə də, gözəl şeirlər müəllifi Seyran İsmayıldır. Dinləyicilərin “SUAL YAĞIŞI”nda yaxşıca islatmaq istədikləri Seyran bəyin söz çətiri ona yağışdan quru çıxmaqada yardımçı oldumu, yoxsa olmadı, bax bunu cavabları oxuyanda biləcəksiniz. Nəzərinizə çatdıraq ki, suala tutulan Seyran İsmayıl sonda layihəmizin qaydalarına uyğun olaraq növbəti iştirakçının adını çəkəcək və ən yaxşı sual sahibinə kitab hədiyyə edəcək. Ancaq hədiyyə yalnız qalibin istəyi ilə seçiləcək.

-   Hədiyyə demişkən, ilk sualımız birbaşa Hədiyyə xanımdan gəldi. Seyran İsmailov bəy, bilirsiniz də, kitab kimə alınmalıdır?


-    Seyran İ – Səhv eləmirəmsə, sualda sirr sözü də var. Ona görə də, sual sir olaraq qalır.

-    Ramilə Q - Amma sirr növbəti suala cavab istəyə bilər.

-    Seyran İ – Onda zəhmət olmasa sualı təkrarlayın.

-    Hədiyyə xanım soruşur ki, bilirsiz də, kitab kimə alınmalıdır?

-    Seyran İ - Axırda biləcəm.

-    İntiqam Hikmət İsmayıl, adı boyda sual verib. Seyran bəy, niyə məhz "Toyota" ?

-    Seyran İ - Toyota, “tale, onu məndən ayırma” sözünə oxşayır. TOMA. (gülür)

-    Ramilə Q – Toma kimdir?!

-    Seyran İ - Məncə bu sözü siz də eşitmisiz, vaxtı ilə belə bir deyim məşhur idi.

-    Ramilə Q - Mən eşitməmişəm, sözü güclə boynuma qoymayın.

-    Seyran İ - Niyə ki, biz bu sözləri uşaq vaxtı, “Toma” adıyla əlimizin üstünə yazırdıq.

-    Ramilə Q – Biz?

-    Seyran İ - Yox mən öz uşaqlıgımızdan danışıram. (gülürük)

-    Ramilə Q - Mən də Tərlan Əbilovun facebook statusundan belə oxumuşdum: “Eşitmişəm O hərfini əlifbamızdan çıxardacaqlar. İlahi, mən onsuz neynəyəcəm?

-    Seyran İ - Yaxşı deyib. (gülür)

-   Zamik Mehdisoy öncə icazə istəyib, icazə alan kimi də iki sual ard-arda verib. Deyir, Seyran üçün poeziya nədir və onun üçün cavabı olmayan sual var?

-    Seyran İ - Poeziya sonu görünməyən suallar silsiləsi və o silsilədə insanın itib-batmasıdır. Bilmirəm nəyə görədir, həmişə poeziya deyəndə, dumanda itib-batmış insanın siması canlanır gözümdə. Bəlkədə bu sonralardan bir sıra insanlar tərəfindən profesianallaşdı, ustalıqla yozuldu amma məncə poeziya həmdə bir ədəbi qol olaraq doğrudan da cavabı olmayan sualların ortasında itib batmaqdır. Qaldı cavabı olmayan suallar, bu sual məni qorxudur mən nə bilirəm ki...

-   Ramilə Q – Şairin özü qaranlıq ola bilər ancaq poeziya bəzən də aydınlıq gətirən məfumdur.

-    Seyran İ - Fikrinizə yalnız hörmət edə bilərəm. (gülümsəmək öz yerində)

-   Şəfa Piriyeva sual yağışında sizdən sual gözləyir. İndi, ilk ağlınıza gələn sual hansıdır? (amma onun indisi bir həftə öncə idi ha.)

-    Seyran İ – Hə, bilirəm, onun xatirinə bir həftə geri dönə bilərəm. (gülür) İlk ağlıma gələn sual yalnız Tanrı ilə bağlı olur. Onunla bağlı xeyli suallarım var.

-    Ulker Piriyeva şeir oxuyurmuş kimi sual verib. De bilsin, qadınla kişinin bərabərhüquqlu olduğunu göstərən üç ümdə məqam hansılardır?

-    Seyran İ - Məktəb vaxtlarından dəqiq elmləri sevməmişəm, hətta zəhləm gedib. Bütün hallarda o suallar ki, onların özündə bir ilğım, bir duman, bir anlaşılmazlıq var, o suallar maraglıdı mənim ücün. Statistikanı da saya bilmərəm amma onu deyə bilərəm ki, bu gün qadınla kişi demək olar bərabərhüquqludur. Sadəcə mən bunları bir neçə məqamda ayıra bilərəm.

-   Səxavət Sahil yenə mistikaya əl atıb, sualı ikibaşlı verib. Seyran bəy, ərəb qumu, yoxsa azərbaycan daşı? Yəni Azərbaycan, yoxsa ərəb qadını?

-    Seyran İ - Biz Səxavətlə yarızarafat, yarı ciddi, demək olar ki, bütün məsələlərdə mübahisə edirik. Xüsusi ilə, qadın haqqında söhbət düşəndə həmişə ona deyirəm ki, əvvəl qadının adın de sonra nə deyirsən denən. Hesab edirəm ki, qadın variantın məhsulu deyil, bütün variantları dünyaya təqdim edən qadındır. Biz də qadını bu cür təqdim eləsək daha yaxşı olar. Yəni qadının ərəbi, azərbaycanlısı olmur. Qadınlar ümumilikdə hörmətə, diqqətə layiqdirlər. Bu məqamda qadın gözəlliyi haqqında bir fikir deyəcəm, hansı ki, bu fikir məni çox heyrətləndirmişdi. Təsəvvür edin, əgər bir qadının dünyaya yeganə övlad gətirmək şansı olursa və bu qadın o övladı dünyaya gətirərkən itirirsə, bir alimin dediyinə görə qadının ən gözəl görüntüsü həmin an simasındaki haldır. Bilmirəm nə dərəcədə bu fikirlə barışmaq olar amma adam sözü deyib gedib. Səxavətin təbiri ilə desək, nə çarmıxa çəkiləsi deyil, nə öldürüləsi. Bəzən adam oturub bu haqda fikirləşəndə bir az da ona haq vermək istəyir ki, bəlkə də o məqam qadının simasında bütün aldadıcı mimikaları itirən məqamdır. Bəlkə də o mimikalar olmadan qadın daha gözəl olur, gözəllik daha cox özü olmaq deməkdir? Bilmirəm…

-    Qafar Şövqi özünü zəhmətə salmaq istəməyib, biraz ərkyana deyir ki, Seyran qardaşıma sual verin, indiyədək sizə verilən sualların içində elə sual olubmu, sual olduqca asan olduğu halda, cavab tapa bilməmisiz?

-    Seyran İ - Kifayət qədər belə suallar var. Bu gün verdiyim cavablarda elə suallar var ki, onlar da əslində sual olaraq qaldı. Yaxud da, sualdan sual doğaraq qalır amma bizə elə gəlir ki, hamısına cavab tapmışıq.

-    Gültən bu dəfə Kafkadan sual verməyib, ona maraqlıdır, şeirləriniz niyə işiq üzü görmür. Özünüz istəmirsiz yoxsa necə?

-    Seyran İ - Bir cavab verəcəm, istənilən şəxs, istədiyi kimi başa düşə bilər. Ümumiyyətlə mən son dövrlərdə ədəbiyyatın nə olduğunu hiss etməyə başladım. Buna görə də, düşünürəm ki, ədəbiyyatın içində yox, həndəvərində dolanmaq daha yaxşıdır amma bu çox subyektivdir.

-    Vəli bəy ölçüb-biçmək istəyir. Seyran bəy, sizcə şairlər yazdıqları qədər, heç olmasa yarısı qədər ola bilirlərmi?

-    Seyran İ - Əvvəllər harda gözəl bir misra görürdümsə, istəyirdim müəllifin axtarıb tapam, canlı görəm. Mən o şairi həmən misra boyda, misranın yükü qədər görürdüm. Amma indi çox rahat şəkildə bir müəllifə nifrət edə-edə onun şeirini sevə bilirəm və ya əksinə.

-   Ulduz  xanım tər-təmiz azərbaycanca soruşur. Ona de qörüm dünyanın ən qüclü avtomobili hansıdır?

-    Seyran İ - Ən güclü avtomobil insanın sürə biləcəyi avtomobildir. (gülürük)

-    Şəhla Aslan acıyıb amma unudub ki, könlü balıq istəyənin... Acıdıme, doğrudan balıq qonaqlığı nə vaxtdır?

-    Seyran İ - Dostların ürəyi nə zaman istəsə, həmdə dəniz kənarında yeyərik.

-    Arzu Murad ikinci həyatında da fotoqraf olmaq istəyir, ona görə də bilmək haqqıdır. Dünyaya bir daha gəlsəydiniz, yenə bu yolu seçərdinizmi?

-    Seyran İ - Bilmirəm mən hansı yolu seçmişəm, sual bir az mənfi çalar daşıdığına görə məni üşəndirdi. (gülürük) Amma Arzunun bu sualı maraqlı bir məqamı xatırlatdı. İllər öncə bu sual böyük ziyalılardan birinə veriləndə onun cavabı məni xeyli ovutmuşdu. Demişdi ki, “mən birdə dünyaya gəlmək istəmirəm, gəlsəm hər şey təkrar olacaq”. Ancaq zaman keçdikcə mən bu səmimiyyətə inanmadım, heç indi də inanmıram. Şəxsən mən yenidən dünyayaya gəlmək istərdim amma hələ də bilmirəm mənim yolum hansıdır, haradır. Həyat o qədər qarma-qarışıqdır ki, bəzən illərlə nifrət etdiyimiz insanlar olur ki, sonradan görürsən əslində nifrətə yox sevgiyə layiq imişlər. Yaxud əksinə, burnunun ucundan bir az qabagı görən insanlar həmişə taleyin və insanların qamçısına məruz qalıblar. Bu çox acı və maraglı həqiqətdir.

-    Elşad Barat psixoloqluq etmək istəyib, məncə sirr verməyin - Seyran bəy, həyatınızda az da olsa boşluq hiss edirsiz? Əgər hiss edirsizsə bütün ixtiyarlar əlinizdə olsa o boşluğu nə ilə doldurarsız?

-    Seyran İ - Ortadoksal insanlardan fərqli olaraq, azca düşünə bilirsənsə boşlugun işartıları görünür əgər daha çox düşünə bilirsənsə deməli sən boşluqdasan və bununla bərabər əgər sənə bütün ixtiyarlar verilirsə deməli sən boşlugun özüsən.

-    Tanış olun, bu gözəl xanım Gulnare İsrafilqizidır. Deyir Seyran İsmayıl özünü tanıyırmı?

-    Seyran İ - Hansısa bir məclisdə "Seyran ismayıl" deyəndə bilirəm ki, söhbət məndən gedir. Ancaq insanın özünü tanıması təkcə bu deyilsə, və bunun fövqündə başqa mənalar axtarılırsa, düşünürəm ki, insanın özünü tanımağı, ətrafında olan bütün predmetlərə toxunmağı ilə baş verə bilər. Yaşadıgımız bu dünyada o qədər şeylər varki biz olaran varlığından belə xəbərsizik. Bir çox predmetlər var ki, bizim kömpleksimiz olara toxunmağa imkan vermir. Bir xeyli peredmetlər də var ki, biz yalnız öz maraglarımız çərçivəsində onlara toxunuruq. Məncə insan öz potensialının yüzdə, bəlkə də mində birini yaşaya bilir. Belə olan halda insanın özünü tanımasından necə söhbət gedə bilər? Məncə bütün insanlar alınlarındakı yazıya reaksiya verməklə məşguldur. Kimi onu pozmaq, kimi razılaşmaq, kimi dəyişmək üçün. Allahı tanımaq bəzən elə özünü tanşmaq deməkdir.

-    Deyəsən Gunay Hesenli süi-qəst hazırlayır, ehtiyyatlı olun. Ölümdən qorxursuz?

-   Seyran İ - İcazə versəydiniz Günayın sualını bir az pozitivləşdirərdim. Məsələn belə; həyatı sevirsizmi? Qadınların pozitiv olması vacibdir. (gülürük) Deməli belə, kəndimizə gedən yolda bir dağ var, onu aşanda ilk görsənən kənd qəbristanlığı olur. Tələbəlik illərində hər dəfə kəndimizə gedəndə, dağı aşıb o qəbristanlığa baxmağa cətinlik cəkirdim. Əgər orda qara torpaq görürdümsə demək kimsə rəhmətə gedib və kimliyndən əslı olmayaraq elə bilirdim dünyanın bir tərəfi ucub. İndi isə belə şeyləri çox normal qəbul edirəm, söhbət özümdən getsə belə… Hər şeyə rəğmən həyat gözəldir, birdə evdən çıxanda saçını darayırsansa demək həyat gözəldir və onu sevirsən. Yəni başqa sözə ehtiyyac yoxdur. Həyatı sevin doslar, hər şey sevgidən başlayır. İnanın ki, bu belədir. Gözəllik yaratmaq haqqıqda fikirləşin və inanın ki, gözəllik yaratmaq haqqında fikirləşməklə də dünyanın düzəninə təsir etmək olar. İnanın ki, olar.

-    Aynur Cavid hələ indi soruşur - Necə oldu ki, Seyran İsmayılov Xoca - ya çevrildi?

-    Seyran İ - Bunu demək mənim işim deyil. Manaf bilir necə oldu.

-    Ramilə Qardaşxanqızı – Ənənəmizi bilirsiz, ona görə də “SUAL YAĞIŞI”nın növbəti qonağını təklif edin və bir də ən yaxşı sualın sahibini seçin. Daha sonra isə, mənim üçün gözəl bir şeir deyin. Narahat olmayın, siz deyin, sonda qeyd edəcəm şeirdən oxucularımıza da pay düşsün.

-   Seyran İ – Növbəyi qonaq Mübariz Örən olsun. Ən yaxşı sual sahibi isə Gülnarə İsrafilqızıdı.


Hesabsız atılan addımlarla
naxışlandı ömür gündəliyimiz
yaşam hənirtisi gizləndi cəkdiyimiz ahlarda.
Bəlkə də bir körpə məsum gözü ilə
baxmaq gərəkmiş dünyaya,
bəlkə də xəfifcə məsumluq gizlənir
ən böyük günahlarda.
Həqiqətin bir addımlığında
isindi insanlar nədənsə
nədənsə həqiqət hec kimə lazım olmadı ən sonda,
xoşbəxtlik bütün ağrıları icinə çəkərək,
öpüşmək qədərində verildi hər kəsə .
Diqqətlə baxsan bir qandallıq ağrı yeri var
hər kəsin qolunda.



Yarı zarafat, yarı: Ramilə Qardaşxanqızı.


Yenililklər
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.