"Qanun" "Sirrlər xəzinəsi"ni yenidən çap edib
11.11.14

"Qanun" nəşriyyat evi yeni kitablar çap edib. Aşağıda həmin kitablar haqqında məlumatlar yer alıb.


Nizami Gəncəvi - Sirrlər xəzinəsi

«Sirlər xəzinəsi» («Məxzənül-əsrar») bö­yük Azərbaycan şairi Nizami Gəncəvinin Ya­xın Şərqdə «beş xəzinə» adı ilə şöhrət qa­zanmış «Xəmsə»sinin ilk məsnəvisidir. Şair bu əsəri təxminən 1178-79-cu illərdə yazaraq Ərzincan hakimi Davud oğlu Məlik Fəxrəddin Bəhram şaha (1162–1225) ithaf etmişdir.

«Sirlər xəzinəsi» yazılı ədəbiyyata Ni­zami tərəfindən gətirilmiş səri bəhrində ya­zılmışdır. Əsərin kompozisiyası da ori­ji­naldır.

Əsərin canını iyirmi məqalat təşkil edir. Ni­zami hər məqalatda bir məsələ qoyub irəli sürdüyü fikri atalar sözləri kimi dərin mənalı beytlərlə canlandırarır.
Şair, əsasən, öz müasirlərinə xitab edir: hökmdarlara, dövlət adamlarına və oxu­cu­larına nəsihətlər verərək onları pis əməl­lər­dən çəkinməyə çağırır.
Şairin bu dərin mənalı, dövrü üçün son də­rəcə mütə­rəqqi fikirlərinin məcmuəsi olan “Sirlər xəzinəsi” bugünkü Azərbaycan oxu­cusu üçün tükənməyən qaynaqdır.

Bu kitab ilk dəfə  Nizami Gəncəvinin  840 illiyinə həsr edilərək Azərbaycan SSRİ Elmlər Akademiyası “Elm” Nəşriyyatı tərəfindən 1981-ci ildə çap olunmuşdur.


Bakı, Qanun Nəşriyyatı, 2014. 328 səh.




С.K.Roulinq - HARRİ  POTTER VƏ AZKABAN MƏHBUSU


Harri Potter və dostları Hoqvartsda üçüncü illərinə qədəm qoyurlar. Sehr dünyasının isə bütün diqqəti, qüvvələri Azkaban həbsxanasından qaçmağı bacarmış sehrbaz, Qara Lordun sadiq xidmətçisi Sirius Blekin axtarışına yönəlib. Bəs, görəsən, Blek və Harrini birləşdirən nədir? Görəsən, bu dəfə Sağ Qalmış uşağın macəraları nələr olacaq?

Bakı, Qanun Nəşriyyatı, 2014, 456 səh.,
Tərcümə edən:     Fərid Hüseynli
Redaktor:     Rövşən Ağayev





 




STİVEN KİNQ - 11/22/63



Con Kennedinin Dallasda qətlə yetirilməsindən haradasa, təxminən yarım əsr keçir. Ancaq iki məsələ hələ də açıq qalır: həqiqətən tətiyi çəkən Li Osvald idimi; əgər o idisə, o, təkbaşına hərəkət etmişdimi? “11/22/63” romanında yazdığım heç nə bu suallara cavab vermir. Çünki təxəyyülün məhsulu olan bu səyahət zaman daxilində maraqlıdır. Əgər siz də mənim kimi, bu sualların cavabsız qalmasında hələ də maraqlısınızsa, düşünürəm ki, sizə iki sözdən ibarət qənaətbəxş cavab verə bilərəm: Karen Karlin. Bu yalnız tarixə haşiyə deyil, bu, haşiyəyə haşiyədir. Amma yenə də...

Bakı, Qanun Nəşriyyatı, 2014., 916 səh.,
İngiliscədən  tərcümə:     Nəzakət Ağayeva
Redaktor:             Nəzirməmməd Zöhrablı
 

Yenililklər
02.12.21
“Məhəmməd İqbal: Eşq və düşüncə şairi” kitabı nəşr olunub
02.12.21
“Vərqa və Gülşa” miniatür əlyazmasında yer alan illüstrasiyaların nəşr edildiyi kitabın təqdimatı olub
02.12.21
Bölgələrə kitabla gəlirik! – Şəmil Sadiqin yazısı…
01.12.21
“Aşıq sənətinin Ələsgər zirvəsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
27.11.21
Kənan Hacı - Yazı sənətinin tarixi
24.11.21
Təranə Vahidin “Qarışqa təqvimi” çap olunub
23.11.21
Muni Vitçer - Altıncı Ayın qızı Nina    
23.11.21
İlk dəfə olaraq “Arı” və “Mirat” satirik jurnalları transfoneliterasiya edilərək yeni əlifbada toplu halında nəşr edilib
22.11.21
Cəmşid Cəmşidovun tərcüməsində Muni Vitçerin əsəri çap olundu
22.11.21
Turan Yazqan: Türk dünyasının səsi
17.11.21
“Nizami Gəncəvi sözünün orbitində” kitabının təqdimatı keçirilib
17.11.21
Türkiyənin məşhur şairi Sezai Karakoç vəfat edib
17.11.21
“Nizami Gəncəviyə məktub” beynəlxalq esse müsabiqəsi elan olunur
17.11.21
Elçin Hüseynbəylinin “Vida” romanı çap olunub
17.11.21
BAFTA qısa filmləri Bakıda nümayiş olunacaq
11.11.21
“Nizami Gəncəvinin poetik portreti” kitabı nəşr olunub
11.11.21
“Şərq irsi” adlı Beynəlxalq Müasir İncəsənət Sərgisi açılacaq
08.11.21
Kənan Hacı - Ekspress qatarında eksperimental mozaika
08.11.21
Fəxri Uğurlu - Klassikanı diri saxlamaq
08.11.21
"Şuşa" sənədli filminin təqdimatı olub
08.11.21
4+4: rəqəmsal namə
08.11.21
İsfar Sarabski Parisdə iki gün konsert verib
05.11.21
“Hədəf Nəşləri”nin təsisçisi Şəmil Sadiqin ƏDV ilə bağlı müzakirələrə əlavə və dəyişiklərlə bağlı təklifləri
05.11.21
Kənan Hacı - Yazıçılarımız nəyi bacarmır?
04.11.21
Qələbə ilə bitən ilk roman
04.11.21
Ədəbiyyat İnstitutunda Məhəmməd İqbalın “Seçilmiş əsərləri”nin təqdimatı keçirilib
04.11.21
Azad Qaradərəli - Qara sevda
03.11.21
"Qarabağın qara kitabı" və "Qarabağ - qələbəyə doğru" kitablarının təqdimat mərasimi keçirilib
03.11.21
Kənan Hacının “Hakimə açılan atəş” romanı oxucularıın böyük marağına səbəb olub
02.11.21
“Şuşa, sən azadsan!” və “Biz” filmləri təqdim olunacaq
02.11.21
Rusiyanın Tretyakov Qalereyasında Tahir Salahovun sərgisi açılıb
02.11.21
Şamaxıda Yaradıcılıq Mərkəzi istifadəyə verilib
01.11.21
Altı əsr yaşı olan xalça 5,4 milyon dollara satışa çıxarılacaq
01.11.21
Nizami Kino Mərkəzində “Fulya” sənədli filminin premyerası olub
01.11.21
Zahid Sarıtorpağın İranda kitabı çap olunub
01.11.21
Vidadi Babanlının "Sabaha ismarıc" adlı romanı çap olunub
01.11.21
Poetik diktatura - Firuz Mustafa yazır
26.10.21
Çempion idmançı, istedadlı aktyor və doktorant
25.10.21
Azad Qaradərəli -  Zəngəzur ağacları
24.10.21
I Sumqayıt Kitab Sərgisi keçiriləcək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.