Anar uzun fasilədən sonra povest yazdı
21.11.14

Bugünlərdə "Azərbaycan" jurnalının yeni  11-ci sayı işıq üzü görüb. Bu dəfə dərgi Xalq yazıçısı Anarın yeni yazdığı "Göz muncuğu" povesti ilə açılır. Son illərdə əsasən esselər, memuarlar, tarixi-kulturoloji traktat, kino-ssenarilər, satirik hekayələr yazan Anar ciddi bir nəsr əsəri ilə oxucularının görüşünə gəlir. Povest haqqında gənc yazıçı, esseist, Anar yaradıcılığının tədqiqatçısı Pərvinin "Anar nəsrinin göz muncuğu" adlı geniş essesi də yer alıb. Pərvin Anarın yeni əsəri haqda yazır: "Əsərin əsas uğuru onun oxunaqlı olmasıdı. Povesti birnəfəsə oxuyursan və elə ilk cümlədən əsər səni öz sehrinə salır, buraxmır. "Ağrı... dəhşətli, dözülməz ağrı..." - bu ilk cümlədən maraq bürüyür adamı. Nə ağrı, nədi səbəb bu ağrıya, nə baş verib? Və oxuduqca hər şey aydın olur... Əsərin qəhrəmanı Əhlimanı diri-diri dəfn ediblər...

... Anar qısa və uzun cümlələrlə, rabitəsiz fikirlərlə qəbirdə dirilmiş əli-qolu bağlı insanın dəhşətini, ağrısını, təlaşını, qorxularını son dərəcə dəqiq, canlı ifadə edir. Oxuduqca soyuq, nəm, üstübağlı bir məkanda hiss edirsən özünü və qəhrəmanın halını daha yaxşı anlayırsan. Yazıçının da əsas istəyi budur, deyəsən. Əhlimanı oxucusu ilə doğmalaşdırmaq, bəlkə də eyniləşdirmək. Axı doğrudan da Əhlimanın daxilindəki xeyir və şər toxumları hər birimizin içində var, zamanla cücərir, bəzən də biri digərini vurub keçir. Amma xeyirin, yaxud da şərin cücərməsi, boy atması üçün münbit şəraiti yaradan nədir? Bax bu sualın cavabını yazıçı müxtəlif fəsillərdə verir".

Dərginin poeziya bölümündə Qəşəm Nəcəfzadənin, Yusif Həsənbəyin, Əlizadə Nurinin, Anar Aminin, Xosrov Natilin, Səfər Səfərlinin şeirləri yer alıb.

Dramaturgiya bölməsində isə İlqar Fəhminin "Zümrüd parıltısı" adlı birpərdəli psixoloji dramı oxuculara təqdim olunub.

Jurnal ötən sayından etibarən, Azərbaycanın görkəmli yazıçısı, XX əsrin 30 - cu illərindən ta sonuna kimi ölkəmizin ictimai siyasi həyatının fəal üzvlərindən biri olmuş Mirzə İbrahimovun tanınmış alim, yazıçı, Moskva Dövlət Universiteti-nin professoru Əziz Şəriflə məktublaşmasını oxucularına təqdim edir. Bu dəfə də məktublarda o dövrün ümumi ab-havasını duyacaqsınız.

Məhsuldar tənqidçi, Azərbaycan ədəbiyyatını sistemli, ardıcıl araşdıran Vaqif Yusiflinin Müasir Azərbaycan romanı haqqında silsilə tənqidi-publisistik məqalələri davam edir.

Jurnalın redaksiya heyəti Teyyub Qurbanı 80 illik yubileyi münasibətiylə təbrik eləyərək şairin şeirlərini oxuculara təqdim ediblər.

Dərginin "İsti-isti" rubrikasında gənc tənqidçi Aygün Bağırlının "Yeni səs" adlı yazısı yer alıb.
Jurnalın sonunda ənənəvi "Kitab rəfi" rubrikasında yeni kitablar haqda məlumat dərc olunub.

Yenililklər
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.