Mübariz Örən: “Balıq məni xilas etdi” - MÜSAHİBƏ
24.11.14

Avanqard.net yazıçı Mübariz Örənlə müsahibəni təqdim edir.

Ötən həftə “Cavanşir Yusifli ilə Qiymət” layihəsində Mübariz Örənin “Qazanılmış günün siestası, yaxud balıq gülüşü” hekayəsi müzakirə olunmuşdu. Layihənin şərtinə uyğun olaraq müəllifin müzakirəyə münasibətini bildirib.

 

– Mübariz, “Cavanşir Yusifli ilə QİYMƏT” layihəsində sənin “Qazanılmış günün siestası, yaxud balıq gülüşü” hekayən müzakirə olundu. Ümumi şəkildə münasibətin necədir müzakirə haqqında?


– Belə bir ciddi, məqsədi-məramı xoş layihənin qısa müddət ərzində “işə düşməsi”, təbii ki, sevindirir. Məqsəd aydındı: ədəbi mühitdə baş verməkdə olan prosesə vicdanlı, “halal” münasibət bildirmək, dünya ədəbi prosesi fonunda baş alıb getməkdə olan xaotik ədəbi hadisələri yer-yurd etmək, öz real qiymətini gözləməkdə olan mətnlərin – müəlliflərin yox, məhz mətnlərin! –  öz qiymətini vermək, yaxşını pisdən ayırmaq, bir növ bu işdə məhək daşı rolunu oynamaq. Başlanğıc isə çox uğurludur...  

– Müzakirədə hekayənin adı ilə bağlı, demək olar ki, xeyli danışdıq. Halbuki sənin hekayən müxtəlif adlarla çap olunub. Bu da belə təəssürat yaradır ki, sənin üçün ad tam təsadüfi imiş. Yoxsa? Cavanşir müəllim isə adla hekayənin mahiyyəti arasında çox ciddi bağların olduğunu dedi. Necə düşünürsən?


– Heç bir təsadüfilikdən söhbət gedə bilməz. Hekayənin “işçi” adı “Qazanılmış günün siestası” idi. Yəni bu ad əvvəlcədən nəzərdə tutulmuş bədii “material”ın “üstünü örtürdü”. Hekayənin ilk cümləsindən onun hara gedib çıxacağı bilinmirdi, süjet əvvəlcədən hazır və aydın deyildi. Yazı prosesində elə bir məqam gəlib çatdı ki, sanki, hekayə “dalana dirəndi”,  yazılmadı. Getmədi ki, getmədi. Başa düşürdüm ki, hansısa əsas detal çatmır. Nə? Özüm də bilmirdim. Və “...qarnı ağ-gümüşü, beli göy-qara, şüşə gözlü, xırda qanadcıqlı” bir balıq haradansa, “...kanalın sarı-lil suyundan sıyrılıb” çıxdı və öz “balıq gülüşüylə” hekayəni xilas elədi. Beləliklə, hekayənin “işçi” adına “Balıq gülüşü” də əlavə olundu. İlk dəfə “Azadlıq radiosu”nda hekayə “Qazanılmış günün siestası, yaxud balıq gülüşü” kimi çıxdı. Bu hekayə “Yazı” jurnalında gedəndə, “Balıq gülüşü” adı ilə getmişdi, sonra da bir neçə dəfə bu təkrar olundu. Amma təbii ki, hekayənin öz adı var: “Qazanılmış günün siestası, yaxud balıq gülüşü”.

– Adətən, yazıçının mətni təhlil olunanda müəllif baxır və öz özünə düşünür ki, sən demə, mənim nə yazdığımdan xəbərim yoxmuş. Maraqlıdır, bəs sən müəllif olaraq, Cavanşir Yusiflinin təhlilindən sonra nə düşündün?


– Düz deyirsən, əksər müəlliflər bu cür düşünür, ancaq...

– Bir şey də deyim. Cavanşir müəllim deyir ki, bunları da deyək: mən dərhal müəyyənləşdirmək istərdim, bu hekayədə həlledici cümlə hansıdır, o cümlə ki, hekayəni iki yerə bölür, mənaları bölür, çoxaldır, işarələr bir-bir yox, topayla gəlir. Budur o cümlə, zənnimcə: “Çəpəri aşıb başqa bir dünyaya, vaxta düşmüşdü, sanki; nəsə əlahiddə bir şey baş vermişdi. Nə? Özü də bilmirdi. Ətraf, hər şey dəyişmişdi, bağ-bağat, çal-çəpər başqa rəng almışdı; boz pərdə çəkmişdin, sanki, hər tərəfə. Özü də dəyişmişdi. Böyümüşdü! Sinəsində, ayaqlarında, dizlərində hiss edirdi böyüdüyünü...”. Sualı lap konkret qoyuram. Sən bu cümləni yazanda düşünmüşdün ki, artıq hekayə iki yerə bölünür?

– Cavanşir müəllimin sözü gedən təhlilini oxuyanda sözün həqiqi mənasında, qorxdum, – hekayədəki uşaq anasının havalı gülüşündən qorxan kimi, – mənə elə gəldi ki, o, hər şeyi bilir! Hətta yazılmayan, ağlın ucundan keçən, ələkdən keçməyib ixtisara düşmüş mətləbləri belə bilir. Bu, çox qəribə-qarışıq bir  hiss idi; müəllif özünü eyni zamanda, həm qalib, həm də məğlub hiss edir. Cavanşir müəllimin hekayəni iki hissəyə bölüb, bu iki iqlimi, iki havanı – saflıq və çirkinlik! – ayıran cümləni belə tapması qorxutmuşdu məni. Təsəvvür elə, bu, yuxarıda dediyim həmin yer idi ki, hekayə yazılmırdı və yalnız “Çəpəri adlayıb başqa bir dünyaya, vaxta düşmüşdü...”  cümləsi hekayənin həllinə yol açdı, ikinci cəbhə açıldı. Cavanşir müəllimin bu təhlilindən sonra mən başa düşdüm ki, mətn təkcə müəllifə aid deyil; mətnin özündə kodlaşdırdığı informasiyalar  müəllifin vermək istədiyindən çox ola bilər.

 – Niyə hekayədə zamanla oyun oynayırsan? Cavanşir müəllim də təxminən bu fikrimlə razılaşıb.


– Həmişə zaman bizimlə istədiyini edir, əlimizə düşəndə, qoy bir dəfə də biz onunla oynayaq!(gülür)  Hekayədə atasız qalmış uşaq tez böyümək, zamanı qabaqlamaq istəyir. Fikirləşir ki, “hətta bambalaca qarışqalar da öz yuvalarına nəsə dartıb aparır”, o isə heç nə bacarmır, anasına kömək edə, əl tuta bilmir. Öz çarəsizliyini dərindən anlayır. Bir gündə iki gün yaşadığını tapanda isə, ürəyi dağa dönür, fərəhlənir! Başa düşür ki, nəsə qazanıb, fərqi yoxdu, qazandığı nədi və bu qazancın onun anasına bir xeyri-faydası var, ya yox. Əsas olan  ilk qazancıdı! Və burada bir cümlə var: “İnnən belə nə qədər ömür sürə bir gün artıq yaşayacaq”, – sanki, qazanılmış bu gündən heç Tanrının da xəbəri yoxdu. Xalis özünün Yaratdığı gündü!

– Cavanşir Yusifli: “Bu hekayə beynimdə Kortasarın mübhəm duyğulardan hörülmüş, axıra qədər anlaşılmayan mətnlərini oyatdı. Kortasarın “Qorxulu yuxu” hekayəsində (bu hekayəni 90-cı illərdə tərcümə etmişdim). Kortasarın təhkiyəsində heç nə aydınlaşmır, aydınlığa doğru getmir, bir az da mübhəmləşir; nəsrdə hər bir poetik sistemin kosmosla sirli əlaqəsi var. Kortasar bizi bu qədər mübhəmlik içində “boğsa da” yenə, bir daha həmin mətnləri maraqla oxuyuruq. Deməli, əslində, oxunan şey bir deyil, bilmədiyimiz qədərdir”. Maraqlıdır, müzakirədə Kortasarla müqayisə olunanda özünü necə hiss elədin?


– Düzü, belə bir müqayisə mənimçün gözlənilməz oldu. Müəllim deyir ki, bu hekayədə magik realizmin elementləri var və bu şüurlu şəkildə yox, təhliyənin xarakteri ilə bağlıdır. Razıyam. Xulio Kortasarın hekayələri improvizələr, qeyri-müəyyən oyunlar, gözlənilməzlik və paradokslarla doludur ki, bu da həmin əsərləri sirli-əsrarlı edir, adamı təkrar-təkrar özünə çəkir. Təbii ki, belə bir usta sənətkarla müqayisə mənimçün xoş təəccüb gətirdi.

– Bəzi qələm adamları sənin bu hekayəndə cümlə səhvləri tuturlar. Yaxud da söz sırasının qəsdən, bilə bil, özü də müəllif tərəfindən süni şəkildə pozulmasını yersiz oyun kimi yozanlar var. Deyirlər ki, müəllif mətn üzərində hoqqabazlıq edir. Nə məsələdir?


– Kəramət, yadındasa, keçən dəfəki müsahibəmizdə demişdim, mən hekayəni yazmıram, onu “tapıram”. Sanki, hekayə əvvəlcədən hansısa mistik bir lövhədə hazır durub, mənə ancaq onu sözbəsöz, nöqtəbənöqtə tapıb yerinə qoymaq qalır. Bu hekayədəki nəinki cümlələrin, hətta sözlərin belə yerini dəyişə bilmərəm. Çünki daş ustası hörgüyə daşı necə qoyursa, yüz yol sahmanlayır, eninə-boyuna baxır, ipə çəkir, şuğullayırsa, mən də o sözləri cümləyə eləcə yerləşdirirəm. Bıçağı boğazıma dirə, bircə sözün belə yerini dəyişə bilmərəm. Bir də, “üslub” deyilən bir şey var axı. Niyə hamı cümləni eyni cür qurmalıdı? Birinci yazılan cümlə mətndə digər cümlələrin quruluşunu müəyyən edir, onu ritmə, intonasiyaya salır.


– Bizim layihənin bir şərti də var. Tənqidçi sənin mətninə 10 ballıq sistemlə dübbədüz doqquz verdi. Bəs sən bu hekayənə neçə bal verərsən? Oxucular üçün da maraqlı olar müəllifin öz mətninə qiyməti.


– Kəramət, siz bu layihənin ilk hekayəsindən “planka”nı yüksək götürmüsünüz. Başqa sözlə, sizin layihənin 10 balı elə “Göyəzən dağının ilahəsi” hekayəsinin boyuna biçilib. Müqayisədə doqquz əla qiymətdir, xüsusən, əgər bu qiyməti tələbkar müəllim veribsə.
/Kəramət Böyükçöl, kult.az/

 

– Mübariz, “Cavanşir Yusifli ilə QİYMƏT” layihəsində sənin “Qazanılmış günün siestası, yaxud balıq gülüşü” hekayən müzakirə olundu. Ümumi şəkildə münasibətin necədir müzakirə haqqında?

Belə bir ciddi, məqsədi-məramı xoş layihənin qısa müddət ərzində “işə düşməsi”, təbii ki, sevindirir. Məqsəd aydındı: ədəbi mühitdə baş verməkdə olan prosesə vicdanlı, “halal” münasibət bildirmək, dünya ədəbi prosesi fonunda baş alıb getməkdə olan xaotik ədəbi hadisələri yer-yurd etmək, öz real qiymətini gözləməkdə olan mətnlərin – müəlliflərin yox, məhz mətnlərin! –  öz qiymətini vermək, yaxşını pisdən ayırmaq, bir növ bu işdə məhək daşı rolunu oynamaq. Başlanğıc isə çox uğurludur...  

 

– Müzakirədə hekayənin adı ilə bağlı, demək olar ki, xeyli danışdıq. Halbuki sənin hekayən müxtəlif adlarla çap olunub. Bu da belə təəssürat yaradır ki, sənin üçün ad tam təsadüfi imiş. Yoxsa? Cavanşir müəllim isə adla hekayənin mahiyyəti arasında çox ciddi bağların olduğunu dedi. Necə düşünürsən?

– Heç bir təsadüfilikdən söhbət gedə bilməz. Hekayənin “işçi” adı “Qazanılmış günün siestası” idi. Yəni bu ad əvvəlcədən nəzərdə tutulmuş bədii “material”ın “üstünü örtürdü”. Hekayənin ilk cümləsindən onun hara gedib çıxacağı bilinmirdi, süjet əvvəlcədən hazır və aydın deyildi. Yazı prosesində elə bir məqam gəlib çatdı ki, sanki, hekayə “dalana dirəndi”,  yazılmadı. Getmədi ki, getmədi. Başa düşürdüm ki, hansısa əsas detal çatmır. Nə? Özüm də bilmirdim. Və “...qarnı ağ-gümüşü, beli göy-qara, şüşə gözlü, xırda qanadcıqlı” bir balıq haradansa, “...kanalın sarı-lil suyundan sıyrılıb” çıxdı və öz “balıq gülüşüylə” hekayəni xilas elədi. Beləliklə, hekayənin “işçi” adına “Balıq gülüşü” də əlavə olundu. İlk dəfə “Azadlıq radiosu”nda hekayə “Qazanılmış günün siestası, yaxud balıq gülüşü” kimi çıxdı. Bu hekayə “Yazı” jurnalında gedəndə, “Balıq gülüşü” adı ilə getmişdi, sonra da bir neçə dəfə bu təkrar olundu. Amma təbii ki, hekayənin öz adı var: “Qazanılmış günün siestası, yaxud balıq gülüşü”.

 

– Adətən, yazıçının mətni təhlil olunanda müəllif baxır və öz özünə düşünür ki, sən demə, mənim nə yazdığımdan xəbərim yoxmuş. Maraqlıdır, bəs sən müəllif olaraq, Cavanşir Yusiflinin təhlilindən sonra nə düşündün?

– Düz deyirsən, əksər müəlliflər bu cür düşünür, ancaq...

 

– Bir şey də deyim. Cavanşir müəllim deyir ki, bunları da deyək: mən dərhal müəyyənləşdirmək istərdim, bu hekayədə həlledici cümlə hansıdır, o cümlə ki, hekayəni iki yerə bölür, mənaları bölür, çoxaldır, işarələr bir-bir yox, topayla gəlir. Budur o cümlə, zənnimcə: “Çəpəri aşıb başqa bir dünyaya, vaxta düşmüşdü, sanki; nəsə əlahiddə bir şey baş vermişdi. Nə? Özü də bilmirdi. Ətraf, hər şey dəyişmişdi, bağ-bağat, çal-çəpər başqa rəng almışdı; boz pərdə çəkmişdin, sanki, hər tərəfə. Özü də dəyişmişdi. Böyümüşdü! Sinəsində, ayaqlarında, dizlərində hiss edirdi böyüdüyünü...”. Sualı lap konkret qoyuram. Sən bu cümləni yazanda düşünmüşdün ki, artıq hekayə iki yerə bölünür?

Cavanşir müəllimin sözü gedən təhlilini oxuyanda sözün həqiqi mənasında, qorxdum, – hekayədəki uşaq anasının havalı gülüşündən qorxan kimi, – mənə elə gəldi ki, o, hər şeyi bilir! Hətta yazılmayan, ağlın ucundan keçən, ələkdən keçməyib ixtisara düşmüş mətləbləri belə bilir. Bu, çox qəribə-qarışıq bir  hiss idi; müəllif özünü eyni zamanda, həm qalib, həm də məğlub hiss edir. Cavanşir müəllimin hekayəni iki hissəyə bölüb, bu iki iqlimi, iki havanı – saflıq və çirkinlik! – ayıran cümləni belə tapması qorxutmuşdu məni. Təsəvvür elə, bu, yuxarıda dediyim həmin yer idi ki, hekayə yazılmırdı və yalnız “Çəpəri adlayıb başqa bir dünyaya, vaxta düşmüşdü...”  cümləsi hekayənin həllinə yol açdı, ikinci cəbhə açıldı. Cavanşir müəllimin bu təhlilindən sonra mən başa düşdüm ki, mətn təkcə müəllifə aid deyil; mətnin özündə kodlaşdırdığı informasiyalar  müəllifin vermək istədiyindən çox ola bilər.

 

– Niyə hekayədə zamanla oyun oynayırsan? Cavanşir müəllim də təxminən bu fikrimlə razılaşıb.

Həmişə zaman bizimlə istədiyini edir, əlimizə düşəndə, qoy bir dəfə də biz onunla oynayaq!(gülür)  Hekayədə atasız qalmış uşaq tez böyümək, zamanı qabaqlamaq istəyir. Fikirləşir ki, “hətta bambalaca qarışqalar da öz yuvalarına nəsə dartıb aparır”, o isə heç nə bacarmır, anasına kömək edə, əl tuta bilmir. Öz çarəsizliyini dərindən anlayır. Bir gündə iki gün yaşadığını tapanda isə, ürəyi dağa dönür, fərəhlənir! Başa düşür ki, nəsə qazanıb, fərqi yoxdu, qazandığı nədi və bu qazancın onun anasına bir xeyri-faydası var, ya yox. Əsas olan  ilk qazancıdı! Və burada bir cümlə var: “İnnən belə nə qədər ömür sürə bir gün artıq yaşayacaq”, – sanki, qazanılmış bu gündən heç Tanrının da xəbəri yoxdu. Xalis özünün Yaratdığı gündü!

 

– Cavanşir Yusifli: “Bu hekayə beynimdə Kortasarın mübhəm duyğulardan hörülmüş, axıra qədər anlaşılmayan mətnlərini oyatdı. Kortasarın “Qorxulu yuxu” hekayəsində (bu hekayəni 90-cı illərdə tərcümə etmişdim). Kortasarın təhkiyəsində heç nə aydınlaşmır, aydınlığa doğru getmir, bir az da mübhəmləşir; nəsrdə hər bir poetik sistemin kosmosla sirli əlaqəsi var. Kortasar bizi bu qədər mübhəmlik içində “boğsa da” yenə, bir daha həmin mətnləri maraqla oxuyuruq. Deməli, əslində, oxunan şey bir deyil, bilmədiyimiz qədərdir”. Maraqlıdır, müzakirədə Kortasarla müqayisə olunanda özünü necə hiss elədin?

Düzü, belə bir müqayisə mənimçün gözlənilməz oldu. Müəllim deyir ki, bu hekayədə magik realizmin elementləri var və bu şüurlu şəkildə yox, təhliyənin xarakteri ilə bağlıdır. Razıyam. Xulio Kortasarın hekayələri improvizələr, qeyri-müəyyən oyunlar, gözlənilməzlik və paradokslarla doludur ki, bu da həmin əsərləri sirli-əsrarlı edir, adamı təkrar-təkrar özünə çəkir. Təbii ki, belə bir usta sənətkarla müqayisə mənimçün xoş təəccüb gətirdi.

 

– Bəzi qələm adamları sənin bu hekayəndə cümlə səhvləri tuturlar. Yaxud da söz sırasının qəsdən, bilə bil, özü də müəllif tərəfindən süni şəkildə pozulmasını yersiz oyun kimi yozanlar var. Deyirlər ki, müəllif mətn üzərində hoqqabazlıq edir. Nə məsələdir?

– Kəramət, yadındasa, keçən dəfəki müsahibəmizdə demişdim, mən hekayəni yazmıram, onu “tapıram”. Sanki, hekayə əvvəlcədən hansısa mistik bir lövhədə hazır durub, mənə ancaq onu sözbəsöz, nöqtəbənöqtə tapıb yerinə qoymaq qalır. Bu hekayədəki nəinki cümlələrin, hətta sözlərin belə yerini dəyişə bilmərəm. Çünki daş ustası hörgüyə daşı necə qoyursa, yüz yol sahmanlayır, eninə-boyuna baxır, ipə çəkir, şuğullayırsa, mən də o sözləri cümləyə eləcə yerləşdirirəm. Bıçağı boğazıma dirə, bircə sözün belə yerini dəyişə bilmərəm. Bir də, “üslub” deyilən bir şey var axı. Niyə hamı cümləni eyni cür qurmalıdı? Birinci yazılan cümlə mətndə digər cümlələrin quruluşunu müəyyən edir, onu ritmə, intonasiyaya salır.

 

Bizim layihənin bir şərti də var. Tənqidçi sənin mətninə 10 ballıq sistemlə dübbədüz doqquz verdi. Bəs sən bu hekayənə neçə bal verərsən? Oxucular üçün da maraqlı olar müəllifin öz mətninə qiyməti.

– Kəramət, siz bu layihənin ilk hekayəsindən “planka”nı yüksək götürmüsünüz. Başqa sözlə, sizin layihənin 10 balı elə “Göyəzən dağının ilahəsi” hekayəsinin boyuna biçilib. Müqayisədə doqquz əla qiymətdir, xüsusən, əgər bu qiyməti tələbkar müəllim veribsə.

- See more at: http://kult.az/yeni/view/5244#sthash.Dsy2Tq83.dpuf

Yenililklər
24.02.20
Rəvan Cavid - “Azğın”: roman, yoxsa cızma-qara gündəlik?
24.02.20
"Kitabi-Dədə Qorqud”un üçüncü – Günbəd əlyazması" cap olunub
24.02.20

İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub

24.02.20
Azər Abdulla - Peşmanlıqdan sevincə keçid
23.02.20
Elçin Hüseynbəyli - Qarağac - Romandan parça
23.02.20
Bədirxan Əhmədli - Gerçək və intellektual türkçü Muhsin Kadıoğlu
23.02.20
Könül Nuriyeva - "İsanın İncili"ndəki sonsuz suallar
23.02.20
Əlyazmalar İnstitutunda “Nəsimidən nəsimlər” kitabının təqdimatı olub
23.02.20
Ədəbiyyatşünaslığın inkişafına dəyərli töhfələr verən alim – akademik Həmid Araslı
21.02.20
İnsanın əzəməti – Dino Butsatinin hekayəsi
21.02.20
Tramp “Oskar” mükafatının Cənubi Koreya filmi “Parazitlər”ə verilməsini tənqid edib
21.02.20
Məşhur yazıçı hekayəsini 1 ABŞ dollarına satdı
21.02.20
Müslüm Maqomayev haqqında çəkilən serialın treyleri yayımlandı - VİDEO
21.02.20
Xalq rəssamı Böyükağa Mirzəzadənin anadan olmasından 99 il ötür
21.02.20
Taleh Eminoğlu - Knut Hamsun: bir medalın iki üzü
21.02.20
Bakıda Beynəlxalq film festivalı keçiriləcək
21.02.20
"Müqayisəli ədəbiyyatşünaslıq" jurnalının yeni sayı çıxıb
21.02.20
Hacı Ələmdar Mahirin anım günü
18.02.20
Özbəkistanda “Hər anımız Vətən desin!” adlı şeir müsabiqəsi elan olundu
12.02.20
"Təkrarın tənhalığı”nda "Sevdiyim əsər” – Fərid Hüseynin kitab təqdimatından reportaj
10.02.20
Gülbala Dadaş - “Hər kəsin öz eşqi” kitabı haqqında
07.02.20
Fərid Hüseynin kitablarının təqdimat mərasimi keçiriləcək
05.02.20
Bəsirə Əzizəlinin Muhsin Kadıoğlu haqqında monoqrafiyası çap olunub
05.02.20
İradə Musayeva -  Süleyman Rüstəmi əksinqilabçı adlandıran repressiya qurbanı
03.02.20
Cavanşir Yusiflinin Səlim Babullaoğlu haqqında kitabı nəşr edilib
02.02.20
İradə Musayeva - Bağırovun gizli tapşırığı: “Boynuna qoyuluncaya qədər döyün!”
01.02.20
"Qanun” nəşriyyatında "The Paris Review müsahibələri” adlı kitab nəşr edilib
01.02.20
Rusiya Yazıçılar İttifaqı ilə AYB arasında əməkdaşlıq müqaviləsi imzalanıb
29.01.20
İradə Musayeva - Bağırov bu tərcüməçimizi həbs etmək üçün Stalindən icazə istəmişdi
28.01.20
Fərid Hüseyn - İnsanın unutqanlığı bəzən onun ədalətidi
28.01.20
AYB-nin Gənclər Şurasının “Ulduz”u nəşr edildi
25.01.20
İradə Musayeva - Müstəqil Azərbaycan” sözü dilinizdən çıxmadımı?
25.01.20
Fazil Abbasov - Qanımı süz, şərab kimi...
25.01.20
Əsmər Hüseyn Xan - Onda balaca idik, adımız uşağıydı
25.01.20
Şəhla Aslan Türkiyənin "KonTV" kanalında aparıcılıq edəcək
24.01.20
İradə Musayeva -  Repressiya illərində  tragik həbs situasiyaları...
22.01.20
“Dünya ədəbiyyatı” dərgisinin yeni sayı esse janrına həsr edilib
22.01.20
İlham Əziz - O dünyadan gələn səslər
22.01.20
İradə Musayeva - Repressiya dəhşətləri
22.01.20
Yazıçı-publisist Aqşin Babayevin daha bir kitabı çapdan çıxıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.