Xanım Aydın - Gözəldi dodaqdan gülüşün öpmək
26.11.14
Avanqard.net gənc yazar Xanım Aydının şeirlərini təqdim edir.
GÖZƏLDİ AŞİQ OLMAQ
Aşiq olmaq gözəldi...hətta mümkünsüz... düşünmək... kövrəlmək... sevincdən gülmək... incimək ani bir soyuq baxışdan... gözəldi... həsrətdən gecələr ölmək... gözəldi... dodaqdan gülüşün öpmək... bənzərsiz, dəlicə sevmək... min cürə adicə arzular qurmaq... onu uçurmaq... xəyal qanadının son lələyindən... yapışıb gözəldi göylərə uçmaq... gözəldi... sevgini duymaq, duyurmaq... bəzən sevmək elə susaraq... gözəldi... səssizcə SƏNƏ aşiq olmaq... gözəldi....
SƏN VƏ MƏN
Sən və mən Həmin şəhərdə... Həmin səhərdə... Külək də həmindi, Yağış da həmin. .. Qəlbimdə sevgim də Həmindi həmin... Sanki küçələrdən bizi izləyən İşıqlar çıraqlar həmindi həmin... Qol-boyun sarılıb bizi gizləyən, Ağaclar, yarpaqlar həmindi həmin... Heç nə dəyişməyib, hər şey eynidir... Sanki sükutdadır, vaxtdan qeyridir... Sən və mən.... Bircə biz deyilik həmin... Nə sən həminkisən, nə də mən həmin...
|