“Ulduz”un noyabr sayı işıq üzü görüb
02.12.14

“Ulduz” jurnalının noyabr sayı türk xalqları ədəbiyyatından seçmələrə həsr olunub.
 
Jurnal Cavanşir Yusiflinin “Orijinal axtarışında” ekspert yazısı ilə açılır. Cavanşir Yusiflinin jurnal barədə təklifləri, iradları, tənqidi qeydləri oxuculara təqdim olunur. Ekspert yazısının ardınca Xakasiyadan Mariya Okunevanın məsum şəkli boylanır.

Mənim əllərim buz kimi,
Acı istiot və üyüdülmüş qəhvə –
Dodaqlarımda bunlar gizlənib.
Lütfən şeirin sonrasını özünüz oxuyun.

Qırgızıstandan Damira İbragım məşhur qazax yazıçısı Berdibek Sokpakbayevin yaradıcılığından söz açır, onun “Mənim adım Xocadı” hekayəsini incələyir. Uyğur elindən Muhammedcan Raşid “Yaxşılar üçün nəğmələr” oxuyur.

Bolqarıstandan şair, tərcüməçi, araşdırmaçı Əhməd Emin Atasoyun  “Susuzluq” şeiri oxuculara təqdim olunur. Azərbaycandan Oktay Hacımusalı Osman Başın “Xarıbülbül” kitabını vərəqləyərkən keçirdiyi hissləri və duyğuları “Ulduz”un oxucuları ilə bölüşür.  Quzey Kıprısdan Altay Burağan  kiməsə  “Günəş şüasısan” pıçıldayır.

Türkmən elindən Nəsrin Erbil şeirini belə başlayır:

Yaralı quş
Biz də torpağında yetişən
Bir sünbülün dənələri idik.
Sonrasını özünüz oxuyun.

Türkiyədən Demet Çizmelin “Qırmızı göyərçin” hekayəsi, Kosovadan Esad Bayramın “Paradoks” və “Üz” şeirləri jurnalın səhifələrindən boylanir.

Azərbaycandan İlham Rəhimlinin “ Qavramaya qeyri-səlis məntiq işığı” yazısı rəngdə, səsdə – incəsənətdə qeyri-səlis işığının axtarışına həsr olunub.

Türkiyədən Baki Ayhan T.-nın şeirləri, Azərbaycandan Namiq Hacıheydərlinin “Xaqan oğlu Barış bəy” hekayəsi, Türkiyədən Onur Bəhramoğlunun, Şərəf Bilsəlin şeirləri jurnalda yer alır. Özbəkistandan Məhəmmədəli Mahmudovun “Sevgi” hekayəsi, Sanjar Yanışevin şeirləri, Tuvadan  isə Kuular Çertlikoolun şeirləri yeni ovqat yaradır.

Türkmən elindən Bağdad Universitetinin müəllimi Mehmet Omer Kazancı “Şeirin vəzifəsi”ndən danışır. Dost elindən Qoça Qvasalianın “Şeyxin şahini” hekayəsi Cambul Məmmədlinin gürcü dilindən tərcüməsində oxuculara təqdim olunur. Quzey Kıprısdan Arif Ali Albayrakın şeirləri və Şövkət Öznurun  “Kıprıs Türk ədəbiyyatında hekayə” araşdırma yazısı yer alır.  Altay diyarından Tatyana Baymunduzovanın, Makedoniyadan Zeynep Hüseynın, Kosovadan Ağim Rıfat Yeşerenin şeirləri, Quzey Kıprısdan Erdoğan Saracaoğlunun “Polis idarəsinin qarşısında bir adam vardı” hekayəsi, Türkiyədən Mətin Turanın “Yazının inkişafı və cəmiyyətin dəyişimi”  yazısı yer alır. Xakasiyadan Natalya Axpaşeva “Azərbaycan ədəbiyyatını çox sevirəm” – deyə səslənir.
 
Türkiyənin ən maraqlı tərcüməçilərindən biri – Tozan Alkanın şeirlərini, Qırğız yazıçısı Ayderbek Sarmanbetovun “İnqilab” hekayəsini  noyabr sayında oxuya bilərsiniz. “Dərgidə kitab”ın qəhrəmanı şair Qəşəm Nəcəfzadə olsa da, bu sayda onun hekayələrini oxumaq imkanı qazanacaqsınız. “Ulduz”un noyabr sayında şair Səxavət Talıblının dizayn işləri ilə tanış olacaqsınız.

Xatırladaq ki, “Ulduz”un noyabr sayını alan oxuculara Xalq yazıçısı Anarın “Zəfərin mübarək, Nazim!” kitabı hədiyyə olunacaq.

Yenililklər
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.