Mahir Mehdi: "Mən 40 yaşı keçənləri demək olar ki, oxumuram"
02.12.14

O, bir müddət Bakıdan, Bakıdakı ədəbi mühitdən inciyərək Yevlaxa getdi. Demək olar ki, 3 il kimsə onun barəsində heç nə bilmədi. Sonra təsadüfi bir müsahibə, o müsahibədə “sənə sevişməyi mən öyrətmişəm”  misrası ilə rezonans yaradan şeiri və yenidən Bakıya, ədəbi mühitə  qayıdış... Qayıdandan sonra bir müddət lent.az və simsar.az saytlaında çalışdı. Sonra işsizlik və yenidən Bakını tərk etmək....
Yəqin ki, bu cümlələri oxuyan ədəbiyyat adamları həmən hiss etdilər ki, söhbət şair Mahir Mehdidən gedir... O, yenə də özünün əyalətdəki hücrəsinə çəklib, şeir yazır. Telefon açdıq hal-əhval soruşmaqla kifayətlənməyib Modern.az üçün bir müsahibə də istədik, razılaşdı.


- Mahir müəllim, hazırda nə  işlə məşğulsuz?

- Şeir yazıram da...  Mənimki şeirdi. Hər gün yazmasam da, hər gün nəsə oxuyuram.

- Məsələn, son yazdığınız şeir....   

- Söhbətimiz alınmaz,
  Sən ayıqsan mənsə dəm.
  Toplasalar bir yerə
  Yenə də olmaram cəm.

Adamı çıxarırsan
Özündən adam-adam.
Gəlmək olar, çatmaq yox
Ən yaxın uzağınam.

Nə artıq, nə də əskik
Sayıldığım saydayam.
Yazdıqca görünəcək
Yazmadığım boydayam.

- Əla şeirdi, şair...

- Çox sağ ol

- Üç  il Yevlaxda yaşayandan sonra yenidən Bakıya qayıtdınız. Qayıdan zaman ədəbi mühitdə nə dəyişmişdi?

- Vallah,  ədəbiyyat çox yaxşı mənada dəyişmişdi. Mən yeni istedadlı cavan nəsil gördüm. Kitaba qayıdış gördüm. İndi bəzi gənclərin yazılarında çatışmazlar ola bilər. Gəncdilər də,  yazmağa başlayan kimi şedevr yaratmayacaqlar ki! Amma onlarda yeni bir nəfəs gördüm ki, o bizim dövrümüzdə yox idi. İndiki gənclər daha həvəslidirlər. Sevindirici hallardan biri də budur ki, onlar kitab çapına çox həvəslidirlər. Düzdü, o kitabların arasında uğursuzları da olur. Amma mən uğurlulardan danışmaq istəyirəm. Çox maraqlı uşaqlar var. Mən Bakıda olanda gəncləri də çox izlədim, indi də inkanım olduqca izləyirəm. İndiki gənclər yazmağa çox həvəslidirlər. Açığı nə varsa elə cavanlarda var.

- Uzun müddətdən sonra Bakıya qayıtdınız. Burada yaradıcılıq baxımından əməlli-başlı yenidən həvəslənmişdiniz. Bəs nə oldu ikinci dəfə Bakıdan küsüb getdini?

- Yazan adam üçün harda yazmağın fərqi yoxdur.  Mən Bakıdan getməklə işdən getdim, yazmaqdan yox. Şair üçün harada qələm-kağız varsa deməli, orda yazmaq da olar. Eyni zamanda  bir yaşayış da lazımdır. Şair də havayıdan dolanan deyil ki! O da nəsə qazanmalıdır. Mən də Bakıya gəldim. İş yerimdə məni çox gözəl qarşıladılar. Mən də başladım işlədim. İndi reklam olmamaq üçün adını çəkmək istəmirəm. Bilirsən nə təhərdi, onlar mənim işimi bəyənmədi, mən də onların. Elə yerlər var ki, görürsən ki, orada hamısı sanki nəsə dəhşətli ciddi işlərlə  məşğuldular. Amma əslində elə deyil. Mən ordan ayrıldım. Təbii ki, bunun bəzi səbəbləri oldu. Mən qala bilmədim Bakıda. Evim yox, filan yox. Əvvəlcə, məni çox yaxşı bəh-bəhlə qarşıladılar. Amma sonrakı münasibət məni açmadı. Daha doğrusu, münasibətsizlik mənə ləzzət eləmədi. Mən də məcbur olub ayrıldım.

- Bəs yenidən Bakıya qayıdıb burada çalışmaq istəyərdiniz?


- İşləmək  istəyirəm və  o qüvvəm də var. Hökmən qayıdaram. Niyə qayıtmıram ki! Burda gizlətməli bir şey yoxdu. Bir-iki dosta da demişəm işlə bağlı. Uyğun iş olan kimi mənə xəbər edəcəklər. Sərfəli təklif olsa, niyə qayıtmayım ki?! Yenə deyirəm, yazan adamı hara göndərirsən göndər, o, gedib oda yazacaq, amma maddiyyat da lazımdı. Özün bilisən ki, mənim bu yaşda (şairin 43 yaşı var) heç kitabım da çıxmayıb. Amma mətbuatda kifayət qədər yazılarım çıxıb. Özün də yəqin oxuyursan. İndi fikrim var ki, onların hamısını toplayıb bir kitab halına salım. Bunların hamısı da maddiyyata bağlıdır. Kitab mənim azarım deyil. Nə də kitabımı vurum qoltuğuma qapı-qapı düşəm dilənəm ki, onu  çap etsinlər. Bu da azarım deyil!  İstəyirəm ki,  özümün olsun, öz kitabımı özüm çap edim.

- Yevlaxda kimlərlə  əlaqəniz qalıb. Hansısa saytdan, yaxud çap mediasından şeirlərinizi qonarar müqabilində istəyən olub?

- Açığı deyim  şeirlərimi istəyən olmayıb. Bura gələndən bir anamedia.az adlı saytda şeirim çıxıb,  bir də “Üç nöqtə” qəzetindən müsahibə alıblar. Özüm də heç yana şeir verməmişəm. Qonorar müqabilində istəyən də olmayıb. Amma çapını gözləyən kifayət qədər şeirlərim var.

- İş yerlərinizdən biri də Yazıçılar Birliyi olub. Təklif etsələr, yenidən ora gedərsiniz?

- İnanmıram ki, ordan mənə təklif gələ. Heç kim mənə təklif edən deyil.

- “Azadlıq” qəzetinin Xaqani küçəsi 33 ünvanındakı parlaq dövründə orada çalışmısınız. O dövrün “Azadlıq”ında ədəbiyyatdan yazmaq nə dərəcədə çətin idi?

- O vaxt elə bir siyasi dövr idi ki, ədəbiyyata maraq yox idi. Adamlar yazırdılar, amma sanki şeirə elə-belə baxırdılar. Ədəbiyyatın o zaman belə deyək ki, sakitlik dövrü idi. Durğunluq var idi ədəbiyyatda. Elə həmin vaxtlar “Azadlıq” qəzetində həftədə bir dəfə ədəbiyyat səhifəsi olardı. Belə baxanda bir səhifə nə olan şeydi ki?! Amma onunla belə, orda çap olunmaq istəyən adamlar çox idi. Buraxılışın ədəbi mühitə heç bir təsiri-zadı yox idi. Bir səhifə nə təsir edə bilərdi ki?..  Amma bir sıra tanınan adamlar var idi ki, orada çap olunmaq onlara maraqlı idi.

- Məsələn...

- Adətən, ən üzdə olan istedadlı adamlar çap olunurdular. Hamısının adını çəkə bilməyəcəm. Orada Həmid Herisci, Murad Köhnəqala, Rasim Qaraca çap olunub. Elçin Hüseynbəyli, İlqar Fəhmi çap olunub. Sonra Vaqif Səmədoğlunun özü, Kamal Abdulla, rəhmətliklərdən Tofiq Abdinlə Adil Mirseyid də çap olunub. Amma o qısaca bir dövr idi, gəlib keçdi. İndiki dövrdə durub desən ki, bir səhifə ilə ədəbiyyata təsir etmək istəyirik, bu gülünc çıxar. İndi Allaha şükür,  gül kimi saytlar, jurnallar var. İstədiyin qədər çap oluna bilərsən.

- Həmin “Azadlıq”dakı illərdən hansı maraqlı xatirə yadınızda qalıb?


- Vallah, çox şey olub... Amma bu dəqiqə heç nə yadıma düşmür. Gərək oturum bir fikirləşim..

- Bir dəfə Elçibəylə bağlı xatirələr danışmışdınız...

- Hə, deməli, “Azadlıq”ın ad gününü hansısa restoranda qeyd edirdik. Bəy də orada idi. Eşitmiş  olarsan, Fainə Hənifəyeva adlı xanım jurnalist var, mən məclis gedən vaxtı ona yaxınaşıb dedim ki, gəl rəqs edək. Amma o, imtina etdi. Dedim, nə olar oynamırsan, oynama da... Sonra başım uşaqlarla söhbətə qarışmışdı, bir də dönüb baxıram ki, bu qız Əbülfəz bəylə tans oynayır. Tez yaxınlaşdım Əbülfəz bəyə, əlimi zarafatla astaca bəyin çiyninə vurub dedim ki, “bəy, sizi duelə çağıracam”. Əbülfəz bəy əllərini yanına saldı. Üzümə baxdı, amma mənə heç nə demədi. Sonra Fainəyə deyib ki, “olmaya o, səni sevir, olmaya rəqs etməyini qısqanır?”. Belə xatirlər olub. Amma indi heç biri yadıma düşmür.

- İkinci dəfə Bakıya qayıdanda sizin xoşunuza gəlməyən nələrlə qarşılaşdınız?

- Ədəbiyyat aləmində bir-birini gözü götürməmək, intriqalar, həmişə olub, olacaq da... Bu, ancaq indi üçün deyil ki! Bir məqam da var, kim ki, televiziyada durub odlu-alovlu şeir deyir, camaat  da elə bilir ki, yaxşı şeir və yaxşı şair bu cür olmalıdır. Yalançı kitab təqdim olunmaları, filanlar hələ də qalır. Böyük yerlərdə kitab təqdim edirlər. Mən buna bir söz demirəm. Heç kimin sevincini əlindən almaq olmaz. Amma bunu çox şişirtmək də olmaz. Onu da deyim ki,  ədəbiyyatda yüz il bundan qabaq hansı dartışmalar olubsa, elə indi də onlar qalıb. Başqa heç nə  dəyişməyib. Pərdəarxası hansı proseslər gedirsə, indi də onlar qalır.

- Söhbətin əvvəlində öz ədəbi nəslin nümayəndələrindən danışdınız. Onlar bu gün nə qədər aktivdirlər?

- Mən öz nəslimi indi oxumuram. Çünki yazılarına rast gəlmirəm. Konkret ad çəkmirəm. Mən 40 yaşı keçənləri demək olar ki, oxumuram. Mənim nəslim elədir ki, indi onların çoxunu görmürəm. O qədər saytlar var,  amma onlar ortalıqda yoxdur. Bəli,  vaxtikən istedadları var idi və yazırdılar. Amma onların dövrləri artıq bitdi. Sən 1993-də uşaq olardın. O zaman “Yol” qəzeti  var idi. Əlisəmid Kür buraxırdı. O qəzet siyasi proseslərin içində bir ədəbi ab-hava idi. Mənim ədəbi nəslimin nümayəndələri də nə etdilərsə, elə o qəzetdə etdilər. Çoxusu ondan sonra heç nə edə bilmədi. İndi o nəslin bir mənzərəsi yoxdu. Heç mənim onlarla ciddi əlaqəm də yoxdu. Heç birisi ilə zəngləşmirəm də..

- Bəs gənclərdən kiminlə əlaqləriniz var?

- Tez tez əlaqə saxlamasam da, hərdən bir danışırıq. Fərid Hüseyn, Aqşin Yeniseylə  telefon vasitəsilə danışırıq. Kulis.az-ın uşaqları ilə əlaqələrim qalıb. Yazdığım və çap etdirdiyim şeir mənim haqqımda bir informasiyadır. Şair şair haqqında onun şeiriylə informasiya alar. Odur ki,  tez-tez telefon açmağa da ehtiyac qalmır.

- Əyalətdə gününüz necə keçir?


- Beş-altı aydır ki, burdayam. Özümlə xeyli kitab gətirmişdim. Onların hamısını oxumuşam,  qurtarıb. Bir də şeir yazıram. Hər gün çalışıram ki, nəsə oxuyum. Siyasətlə bağlı olan saytlara, yazılara demək olar ki, baxmıram. Mənimki ədəbiyyyatla bağlı olan yazılardı. Kulis.az, kult.az-a baxıram, Modern.az-da sənin ədəbiyyat yazılarına baxıram. Amma daha mənasız xəbər saytlarına baxmıram. Konkret desəm, özümlə məşğulam bu saat.

- Özünüzlə çox məşğul olun ki, tezliklə Bakıya yenidən qayıdıb aktiv işə başlaya biləsiniz...

-....
/Elmin Nuri, modern.az/

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.