Alik Əlioğlu - Bəmbəyaz bir qadın axır küçədə
02.12.14

Yad şəhərdə
 

Səhərlər durub tanımadığımız
bir şəhərin dar küçələrini
süpürürük, zibilini daşıyırıq.

Gecələr
dərisini gün yandırmış
qıvrım, cod saçlı yetim uşaqlara
ən xoşbəxt şahzadənin nağılını danışırıq...

Kimsə gəlməlidir.
Günlər uzanır və heç kəs gəlmir.

Geriyə baxmaq dəhşətdir.
Görürsən ki,
illər öncə qulağını qatar relsinə dirəyib
uzaqlar arzusuyla yaşadığınçün
səni gətirib uzaqlara atıblar...
 
Görürsən ki, yiyəsizsən.

Görürsən ki, bu amansız məhəllədə
günbəgün itlər də yoxa çıxır,
pişiklər də.
Bilmirsən öldürürlər, ya azdırırlar.
Bilmirsən hönkürüb ağlayasan,
ya eləcə kədərlənəsən...

Bir doğma adam gəlsin,
elə bir doğma adam ki,
onu öpmək yox, qoxulamaq istəyəsən.
Yanında olduğuna əmin olmaq üçün
əlini üzünə qoyub yoxlamaq istəyəsən.
 
Günlər uzanır. Amma heç kəs gəlmir...
 
Və sən bir-bir ölürsən...


Qadın və s.

Bütün dustaqların bir qayğısı var:
yeni həyata necə başlamaq –
harada, kiminlə…

Bəmbəyaz bir qadın
yorğun təbəssümlə
axır küçədə -
leysan yağışda su kimi
üzüaşağı...
 
Kişiylə qadının görüşü
tale deyil yəqin,
ssenaridir düşünülməmiş.
Adəmlə Həvvanın işidir –
sonadək görülməmiş...

Qadın – küçə qaydalarını pozmaqdır.
Və bir az uduzmaqdır.

Bütün dustaqların bir qayğısı var:
yeni həyata necə başlamaq –
harada, kiminlə…
 
Həyata qadından başlamaq
taleyindən kənara çıxmaqdır,
bədbəxtlikdir yəni...
...Ah, yazıq Pirosmani...

 

Yeni kino: “Qaraçı qadının günəşi”

Yer palçıq, hava soyuq.
 
Mən yeni kinoyam:
“Qaraçı qadının günəşi”.
Əvvəlimdə payızdır,
adamlar xoşbəxt...

Qəzet oxuyur, bağ belləyir,
ağac əkirlər...

Qaraçı qadın var,
adamları tutur bir-bir,
deyir günəş mənimdir.

Sevgi də var…
Janrı: dramma.
...
Amma...
...
Adamlar təkdir...

Yeni kinoyam,
davamım ümidsiz,
sonum kədərli...
Amma möhtəşəm:
qaraçı qadın ağlayır:
“Günəşi itirmişəm...”

 

***
 

Şərif Ağayara

Bir gün oyanıb
dəmir barmaqlıqlardan çıxan
və üzü sənə addımlayan
qoca bir kişiyə çevrildim.

Bir əlimi iflic vurdu,
bir əlimi sənə verdim.
Bir üzümü saqqal basdı,
bir üzümü sənə çevirdim.
Bir yarım qurumuşdu,
bir yarımla sevirdim –
səni, onu, hamını...
 
Hamını sevmək olmur –
keçən il anladım bunu.
Bu ilsə sağlığıma ən yaxşı sağlıq deyildi,
badə qaldırdı dostlarım.
Şərif bir sualla çəkdi şəklimi:
“Olar ağlayım?..”

/aydinyol.az/

Yenililklər
12.06.25
Mehriban Vəzir "Rəng mühəndisi" haqqında - Bundan sonra heç nə yazmasa belə... bəsidir
09.06.25
Xatirəsi vətən oldu ömrümə!
09.06.25
Hər il 9 iyun gələndə...
01.06.25
Şərif Ağayarın yeni romanının təqdimatı olub
28.05.25
Şərif Ağayarın yeni romanı təqdim olunacaq
20.05.25
AzTV-də yeni sənədli film - Azərbaycanlıların deportasiyası (1948-1953)
19.05.25
Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib
19.05.25
Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü – MBFW Azerbaijan başa çatıb
17.05.25
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.