Xalq yazıçısı Anara Çingiz Aytmatov Mükafatı təqdim edilib
04.12.14

Azərbaycanın Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri, Türkdilli Ölkələrin Yazıçılar Birliyinin rəhbəri Anar MDB Parlamentlərarası Assambleyası tərəfindən Çingiz Aytmatov adına mükafata layiq görülüb.

Noyabrın 28-də  Sankt-Peterburqda, Tavriya sarayında keçirilən mərasimdə mükafatı laureata təqdim edən Rusiya Federasiyası Federal Şurasının sədri V.İ.Matvienko və Qırğızıstan Parlamentinin sədri Ə.Ş.Jeenbekov Anarı müasir dövrün görkəmli yazıçısı kimi səciyyələndirib, ədibin  Azəraycan sərhədlərindən uzaqlarda da geniş tanındığını qeyd ediblər.
Anar mükafatın ona verilməsini qərara alanlara və mükafatı təqdim edənlərə səmimi təşəkkürünü bildirib, bu mükafatın böyük yazıçı Çingiz Aytmatovun adını daşımasından xüsusi qürur duyduğunu deyib. Çingiz Aytmatovun onu kiçik qardaşı adlandırdığını, Moskvada nəşr olunan kitabına ön söz yazdığını önə çəkən Anar qeyd edib ki, mükafatın məhz bu şəhərdə, Puşkinin və Blokun, Axmatovanın və Zoşşenkonun şəhərində təqdim edilməsi də əlamətdardır: "1942-ci ildə, müharibənin ən şiddətli vaxtında SSRİ ərazisində yalnız bir yerdə, blokada şəraitində yaşayan Leninqradda dahi Azərbaycan şairi Nizami Gəncəvinin 800 illik yubileyi keçirilib. Bizimçün bu hadisə mühasirə olunmuş şəhərdə Şostakoviçin 7-ci simfoniyasının ifası kimi böyük bir rəmzdir - leninqradlıların  yenilməz mənəvi  gücünün rəmzi. Və nəhayət, bu təqdimatın, tarixi Tavriya sarayında keçirilməsinin də xüsusi əhəmiyyəti var. İndi burada bizim ölkənin nümayəndələri də çalışırlar, vaxtilə isə burada Dumada Azərbaycan deputatları fəaliyyət göstəriblər. Onlardan biri - Əlimərdan bəy Topçubaşov Dumanın müsəlman fraksiyasının rəhbəri idi və mən minnətdaram ki, indi bu binada Ə.Topçubaşovun - 1918-ci ildə ilk müstəqil Azərbaycan Respublikasının banilərindən birinin büstü ucalır".

Ənənəyə görə, şəhərin ən şərəfli qonaqlarına Petropavlovsk qalasından top atəşi açmaq imkanı verilir. Noyabrın 28-də, saat 12-də belə bir müstəsna imkan Anar üçün yaradılıb.

Bundan sonra şəhərin ən böyük kitab evində - Rusiya Milli Kitabxanasında görüş olub. Burada Azərbaycan yazıçısının kitablarından ibarət sərgi təşkil edilib. Kitabxananın baş müdiri A.V. Lixomanov Anarı salamlayıb və toplaşanlara ətraflı təqdim edib. Anar görüşə gələnlərə yaradıcılıq planlarından, Azərbaycan ədəbiyyatından danışıb və çoxsaylı sualları cavablandırıb. /525.az/

Yenililklər
12.06.25
Mehriban Vəzir "Rəng mühəndisi" haqqında - Bundan sonra heç nə yazmasa belə... bəsidir
09.06.25
Xatirəsi vətən oldu ömrümə!
09.06.25
Hər il 9 iyun gələndə...
01.06.25
Şərif Ağayarın yeni romanının təqdimatı olub
28.05.25
Şərif Ağayarın yeni romanı təqdim olunacaq
20.05.25
AzTV-də yeni sənədli film - Azərbaycanlıların deportasiyası (1948-1953)
19.05.25
Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib
19.05.25
Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü – MBFW Azerbaijan başa çatıb
17.05.25
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.