Gülnarə İsrafilqızı -  Hicablı gəlin!
05.12.14

İyirmi səkkiz may metrosunun çıxışında, qırxdoqquz nömrəli maşrutun dayanacaqında bir hicablı gəlin, yanında da bir qız, bir oğlan uşaqı dayanmışdı. Dekabr ayının birinci günü olduqundan, hava sərtləşmişdi. Küləyin uğultusundan qulaq batır, soyuqdan əllər cibdə donurdu. Gəlinin başında qara, hazır keçirtmə hicab vardı. Dindarların dediyi kimi desək, məqnə. Əynində isə tünd göy rəngdə ətək, qısa gödəkçə, uşaqları sinəsinə sıxıb, dayanmışdı. Mən gəlinə tərəf yeridim. Əvvəl elə bildi ki, ona pul verəcəm. Sonra gördü ki, yox məsələ başqadır. Yaxınlaşdım, xeyli sual cavablarımız oldu. Xanım bağışlayın siz niyə dilənirsiz? dedi:

-Vallah ehiyacım var. Ehtiyacım olmasa dilənmərəm. Kim istəyər ki, bu soyuqda gəlib dilənsin?

- Gedin işləyin pul qazanın niyə işləmirsiz? dedi:

- İşləyirəm siz hardan bilirsiz mən işləmirəm?

- Harda işləyirsiz?

- Çörək bişən yerdə. Yüz əlli manat pul alıram. Özüm kirayə qalıram. Dolana bilmirəm.

- Bəs sizin bu uşaqlara yazığınız gəlmir?

- Gəlir.

- Yoldaşınız yoxdur?

- Var, yoldaşım vərəm xəstəsidir.

- Evdə yatır?

-Yox, yatmır taksi sürür. O bilmir mən diləndiyimi elə bilir alver edirəm.

- Bəs siz bilmirsiz ki, yalan danışmaq günahdır? Siz həyat yoldaşınızı aldatmaqla ona xəyanət edirsiz? Allah ən çirkin əməli bağışlayır lakin xəyanəti bağışlamır.

- Allah günahlarımızı bağışlasın. Mən də yalan danışmaqa məcburam!

- Bu vaxt taksi sürücüsü məni görüb cəsarətləndi. Xanım mən görürəm ki, siz bu soyuqda dayanmısınız lap ürəyim ağrıyır. Gəlin sizə kömək edim. “Ümid uşaq evinə” zəng edim uşaqları apar qoy oraya, nə vaxt istəsən get gör, lap istəsən hər gün gedib görərsən o sənin öz istəyinə bağlıdır. Mən gördüm xanım sizə yaxınlaşıb söhbət etdi, cəsarətlənib yaxınlaşdım. Özünü də şadlıq evlərindən birinə qabyuyan vəzifəsinə təyin edək, get işlə ayda da, ən azı üç yüz manat maaş al. Bunu deyib cib telefonuna əl atdı. Gəlinin rəngi dəyişdi. Elə bil yatmışdı, yuxudan ayıldı.

- Mən sizə razılıq verdim ki? Siz zəng edirsiz? 

- Taksiçi heç nə deməyib uzaqlaşdı. Bu səhnəni kənardan izləyən başqa bir taksiçi, dayanacaqın o tayında maşını saxlayıb, bizə yaxınlaşdı. Əlini cibinə atıb, gəlinə pul verdi. Pul verdikdən sonra yanımızdan getmədi. Bu vəziyyəti görüb, ona tərəf döndüm, heyrətlə üzümə baxan və heç nə deyə bilməyən bir surətlə qarşılaşdım. Mən də ona diqqətlə baxdıqda, uzaqlaşdı.

Dedi:

- Siz mənə bir iş tapın. Ya gəlim sizin evinizdə işləyim evi təmizləyim. Görünür varlı görünmüşdüm xanımın gözünə. Dedim:

- Bağışlayın mənim evim yoxdur. Dedi:

- Bəs başqa adam tanımırsız gedib evini silib-süpürüm?  

Narahat olmayın mən evi yığıb qaçmaram. Mənə inana bilərsiz...

Bu fikirlər heç ağlımdan belə keçməzdi. Elə bil təsdiqlədi ki, mənə qəti etibar etmək olmaz! Evi silib-süpürərəm...

- Yox xanım tanımıram. Həm tanısam belə sizə heç kəs etibar edib, evinin açarını verməz. O insana açar verirlər ki, tanıdıqları insan olur. Etibar etsələr də, mən sizə etibar etmərəm. Çünki sizi tanımıram. Sabah evi yığıb qaçarsız, sonra həm sizi, həm də məni tutarlar. Gəlin dedi:

- Hə oda düzdür!

Sual verdim xanım siz namaz qılırsız?

- Yox namaz qılmıram, amma qılmaq istəyirəm. Yoldaşım qılır.

- Bəs bu hicabı başınıza niyə bağlamısız? Sizə baxanda insanların içində namaz qılıb, hicab bağlayanlara ikrah hissi oyanır. Zəhmət olmasa hicabı başınızdan açın. Sabah gələndə başı açıq gəlib dayanın burda... hicabdan istifadə etməyin. Kənardan baxan bilmir, siz namaz qılırsız ya yox...

- Dedim axı mən də namaz qılmaq istəyirəm. Amma dilənirəm deyə Allahdan qorxuram. Bu işimlə o uyğun gəlməyəcək.

- Həə deməli siz bu dilənməyi özünüzə peşə seçmisiz, anladım. Neçə ildir dilənirsiz? Gəlinin dərdi açıldı.

- Eh çoxdan dilənirəm. Düzünü bilmək istəyirsinizsə, bizim ata-babalarımız da bu işlə məşğul olublar. Mən dilənmək istəmirəm. Dedim:

- Allah ata-babalarınıza lənət eləsin ki, sizi bu yola təhrik edib. Uşaqlıqdan sizi, insan kimi yaşamaqdan məhrum edib. Görüm onları qəbirdən, qəbrə hobbansınlar. Deməli siz qaraçısız? Bəs yoldaşınız? Dedi:

- Düz deyirsən!

Allah ata-babalarımıza lənət etsin! Bəli qaraçıyam. Yox yoldaşım qaraçı deyil. Burda gəlinin yalanı üzə çıxmışdı. Yenidən təkid edəndə ki, gedin işləyin bu dəfə dedi:

-Bizdə işləyən qadına pis baxırlar. Məni öldürərlər əgər gedib işləsəm. Bizim tayfada heç kəs işləmir. Dedim:

- İşləmək şərəfdir. Zəhmətinizlə gedib pul qazanacaqsınız. Qab yuyub, qarşılığında pul alacaqsınız. Dilənəndə isə biri pul verir, sonra da, ata ananıza, bütün qohum-əqrəbənizə söyür...

Yox, yox, yox, işləyə bilmərəm.

- Bəs oxuma yazma bilirsiz? Bu uşaqları məktəbə qoymusuz?

- Qoymuşam oxuyur uşaqlar məktəbdə.

- Yaxşısı budur siz gedib alverlə məşqul olun. Burda illərlə əl açıb dilənçiliklə qazandığınızı, alverlə bir dəfəyə əldə edəcəksiniz. Bir şərtlə insafsızlıq etmədən, aldıqınız malın üstünə dəyəri qədər qiymət qoyub satmaq şərti ilə. Həm də, günah qazanmazsınız. Gecə də var, gündüz də. Əgər gecə, gündüz ola bilirsə, demək ki, hər şey nizamlıdır. Bir gün gələcək siz də, bizdə hamımız öləcəyik onda, siz Allaha nə cavab verəcəksiniz? Bu uşaqlara yazıqınız gəlsin. İndi siz ata-babalarınızın goruna söydüyünüz kimi, bir vaxt, onlar da böyüyüb sizin gorunuza söyəcəklər. Gedin dayanmayın, elə bu gündən tövbə edin. Allah məni səbəbsiz yerə sizin qarşınıza çıxarmayıb. Gəlinin gözləri dolmuşdu. Dedi:

Bu sabah qızıma dedim:

-Qızım dua et, Allah bizə bir yol açsın, yol göstərsin daha dilənməyək. Yəqin ki, sizin vasitənizlə mənə yol açmaq istəyir. Elə bil gözlərində şam əriyirdi. O getdi amma içində boğub saxladıqlarını, və gözlərində gizlənən qoru üç bucaq divarın dibində qoydu...

Yenililklər
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.