Rusiya səfirliyi rəsmisi Tərcümə Mərkəzində olub
10.12.14

Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müşaviri Oleq Muraşov Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub. Görüş zamanı O.Muraşev Mərkəz barədə fikirlərini bölüşüb: “Ölkələrimiz arasında dostluq münasibətləri gün-gündən inkişaf edir. Uzun illərdir sizin işinizlə əlaqəli bir sahədə çalışıram. Bakıya, Azərbaycana bağlı bir insanam. Görüşə gəlməmişdən öncə öyrəndim ki, Mərkəz Azərbaycan Prezidentinin fərmanı ilə yaradılıb və belə az zaman ərzində xeyli uğurlar qazanıb. Sizin rus ədəbiyyatından tərcümə və çap etdiyiniz kitabların kataloqu ilə tanış olduq. Tərcümə Mərkəzinin rus ədəbiyyatına və mədəniyyətinə olan diqqət və qayğısı  bizi çox sevindirdi. Xüsusən, diqqətimizi tərcümə olunan ədəbiyyatların seçimi cəlb etdi. Ümid edirik ki, bu cür mədəni və ədəbi mübadilələr qarşılıqlı və daimi olacaq”.

Mərkəzin direktoru qurumun fəaliyyət istiqaməti, perspektivləri barədə məlumat verdi: “Tərcümə Mərkəzi 25 ildir ki, fəaliyyət göstərir. Bu illər ərzində biz sırf dünya ədəbiyyatının tərcüməsi və nəşri istiqamətində çalışırdıq. Mərkəzin yeni statusu, düşünürəm, görülən işlərə verilən yüksək dəyər kimi qiymətləndirilməlidir. Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yaradılmasıyla bağlı dövlət başçısının verdiyi sərəncam Mərkəzin fəaliyyət dairəsini genişləndirdi. İndi biz təkcə bədii əsərlərin tərcüməsi ilə yox, ölkənin bütün sahələri üzrə gedən tərcümə proseslərinin təkmilləşdirilməsi və tənzimlənməsi ilə məşğul olacağıq. Bu gün Mərkəzdə dünyanın aparıcı dilləri üzrə mütəxəssislər çalışır. Biz görülən işlərin peşəkar səviyyədə həyata keçirilməsində maraqlıyıq. Tərcümə – sahələr üzrə bilik, yüksək peşəkarlıq və məsuliyyət tələb edən ciddi bir sahədir. Lakin təəssüflər olsun ki, çox zaman naşı yanaşmanın qurbanına çevrilir”.

Daha sonra Mərkəzin “Elm, təhsil və mədəniyyət şöbəsi”nin müdiri Yaşar Əliyev Mərkəzin uzun illər rus ədəbiyyatından tərcümə edilən ədəbi şedevrlərdən, həmçinin, çapa hazırlanan kitablardan danışdı: “Rus ədəbiyyatı Azərbaycan yazıçılarına güclü təsir göstərib. Təkcə tərcümə baxımından yox, ədəbiyyatın özü daim bizim maraq mərkəzimizdə olub. Mərkəz dünya xalqları ədəbiyyatının tərcüməsində ən geniş yeri həmişə rus ədəbiyyatına verib. Hazırda Fyodor Dostoyevskinin, Leonid Andreyevin əsərləri, Vasili Şukşinin povest və hekayələri, Çexovun hekayə və pyesləri, Andrey Platonovun “Can”, “Katlavan” əsərləri, Boris Pasternakın “Doktor Jivaqo”, Yuriy Trifonovun “Qoca” romanı, həmçinin “Gümüş dövrün şairləri” adlı poetik tərcümə toplusu çap mərhələsindədir. Bu əsərlərin bir çoxu Azərbaycanda ilk dəfə işıq üzü görəcək”.

Daha sonra dil mütəxəssisi Püstə Axundova Mərkəzin strukturu, şöbə və bölmələri, mətbu orqanları və şuraları, həmçinin tərcümə işinin təkmilləşdirilməsiylə bağlı həyata keçirilən digər tədbirlər barədə əhatəli məlumat verdi.

Sonda O.Muraşev Mərkəzin fəaliyyətindən, belə bir qurumla yaxından tanışlıqdan məmnunluğunu bildirərək, Rusiya səfirliyinin dil və tərcüməylə bağlı bir sıra tədbirlərinin Mərkəzlə sıx əməkdaşlıq zəminində həyata keçirilməsinin əhəmiyyətindən danışdı.

Yenililklər
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.